AXİRƏT

Axirət inancının güclü olması ilə səmimi dindar olmaq mümkündür


Axirət inancının güclü olması ilə səmimi dindar olmaq mümkündür

Bəzi insanlar yaradılış məqsədini unudaraq öz istək və arzuları istiqamətində dəyərsiz işlərin arxasınca qaçaraq həyatını Allah`ın əmr və qadağalarını tanımadan keçirən bir insan ölümdən sonra diriləcəyini, etdiklərinin bir-bir hesabını verəcəyini və buna uyğun qarşılıq görəcəyini düşünmək istəmir. Axirətin varlığını bilsə də, vicdanını susduraraq özünü aldadır. Sırf bu həqiqətdən qaçmaq üçün bəzi azğın inanclara belə əl atır. Məsələn, xüsusilə son zamanlarda yayılan, öldükdən sonra dəfələrlə dirilərək fərqli yerlərdə və zamanlarda yenidən dünyaya gəlmə şəklində açıqlanan reinkarnasiya inancının insanlar tərəfindən mənimsənməsinin səbəblərindən biri də budur. Dünyada etdiklərinin əvəzini axirətdə cəhənnəm kimi bir cəzanın özlərini gözlədiyini bilən və ya heç olmasa bunu ehtimal edən insanlar öldükdən sonra axirətə gedəcəkləri həqiqətindən narahat olurlar. Buna görə də heç bir dəlil və əsasın olmadığına baxmayaraq, bu azğın inancı və ya bu tərz inancları tez qəbul edirlər.

Bu şəkildə özlərini axirətin olmadığına inandıraraq ovutmağa çalışan insanlar hər dövrdə yaşamışdır. Allah Quranda bu insanların sırf axirəti qəbul etməmək və bu həqiqətlə üz-üzə gəlməmək üçün ağıl və məntiqdən necə uzaqlaşdıqlarını bizlərə ibrət olaraq anlatmışdır. Bu ayələrdən biri belədir:

Deyirlər: “Doğrudanmı, biz (öləndən sonra dirilib) əvvəlki vəziyyətimizə qaytarılacağıq?! Özü də çürümüş sümüklər olduğumuz zamanmı?!” Onlar deyirlər: “Elə isə bu ziyanlı dönüşdür”. (“Naziat” surəsi, 10-12)

Yuxarıdakı ayələrin sonunda da göründüyü kimi, axirəti və dirilişi inkar edən bu insanlar yenidən dirildiləcəklərinin öz zərərlərinə olacağını vicdani olaraq bilirlər. Buna görə, bu həqiqəti mümkün olduqca ağıllarına gətirməməyə, azğın düşüncələrlə unutmağa və unutdurmağa çalışırlar. Cavabını çox yaxşı bildikləri halda, sırf həqiqətlərdən qaçmaq üçün bu sualları verirlər:

Öz yaradılışını unudub: “Çürümüş sümükləri kim dirildə bilər?!” – deyə, hələ Bizə bir məsəl də çəkdi. De: “Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu çox gözəl tanıyandır!” (“Yasin” surəsi, 78-79) 

Axirət mövzusunda bu şəkildə özlərini aldatma yolunu seçən insanların bu məntiqləri bütün düşüncə və davranışlarında əks olunur. Əgər bir insan özünü ölümdən sonra hesab gününün olmayacağına, cənnət və ya cəhənnəm həyatının olmadığına inandırsa, hər cür azğınlığı etməyə qadir olar. Çünki insanı qorxudub-çəkindirən səbəblərdən biri axirətdə etdiklərinə uyğun əvəz görəcəyi inancıdır. Amma əgər əks düşüncədədirsə, məsuliyyətlərinə əhəmiyyət verməz və görməzlikdən gəlməyə başlayar. Çünki ancaq axirətə inanan insanlar bu dünyada özlərini aldadaraq reallıqdan qaçmanın axirətdə çox böyük acı və hüsranla nəticələnəcəyini bilirlər.

Siz də bir az düşündüyünüzdə özünüz də daxil olaraq ətrafınızdakı heç bir şeyin təsadüfən olmadığını, hər şeyin Allah`ın sonsuz gücü, bilgisi, istəyi və idarəsi ilə reallaşdığını asanlıqla görə bilərsiniz. Bundan başqa, axirəti yaratmanın da yuxarıdakı ayələrdə xəbər verildiyi kimi, Rəbbimiz üçün çox asan olduğunu, İlahi ədalətə ən uyğun olduğunu qavraya bilərsiniz. Diqqət edin! Anlamazlıqdan gələrək özünüzü aldatmayın. Çünki bu mövzuda özünü aldadanlar və axirət həqiqətindən uzaq yaşayanlar axirətdə etdikləri səhvləri bərpa edə bilməmənin sonsuz acısını yaşayacaqlar.