Axırzaman və MEHDİ (əs)

Quranda axırzamana və Mehdiyə işarə edən ayələr


Quranda axırzamana və Mehdiyə işarə edən ayələr

Biz isə yer üzündə gücdən salınanlara lütf etmək, onları liderlər etmək və varislər etmək istəyirik. (Qəsəs surəsi, 5)

Biz hansı bir ölkəyə peyğəmbər göndərdiksə, onun əhalisini sıxıntıya və bəlaya düçar etdik ki, bəlkə boyun əyələr. (Əraf surəsi, 94)

Səndən əvvəl də ümmətlərə (elçilər) göndərmişdik. Biz onları sıxıntıya və xəstəliyə düçar etdik ki, bəlkə boyun əyələr. (Ənam surəsi, 42)

Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!”– deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz? (Nisa surəsi, 75)

İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, (Allah) onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar (haqqa) qayıdalar. (Rum surəsi, 41)

Allah təhlükəsizlik və əmin-amanlıq içində olan bir diyarı (Məkkəni) misal çəkir. Ona öz ruzisi hər yerdən bol-bol gəlirdi. Lakin o (diyarın əhalisi) Allahın nemətlərinə nankorluq etdi, Allah da onları etdikləri əməllərə görə aclıq və qorxu libasına bürüdü. (Nəhl surəsi, 112)

Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: “Allahın köməyi nə vaxt (gələcək)?”– dedilər. Həqiqətən, Allahın köməyi yaxındır. (Bəqərə surəsi, 214)

Onların arxasınca namazı buraxıb şəhvətə uyan bir nəsil gəldi. Onlar ziyana uğrayacaqlar. (Məryəm surəsi, 59)

Kim də mənim zikrimdən üz çevirsə, artıq onun üçün çətin bir dolanışıq vardır... (Taha surəsi, 124)

Əgər o ölkələrin xalqı inansaydılar və qorxub-çəkinsəydilər, həqiqətən üzərlərinə həm göydən, həm yerdən (saysız) bolluqlar (bərəkətlər) endirərdik; ancaq onlar yalanladılar, biz də onları qazandıqları səbəbiylə əzabla yaxaladıq. (Əraf surəsi, 96)

Heç olmasa, sizdən əvvəlki nəsillərdə yer üzündə fitnə-fəsad törətməyi qadağan edən ağıl və hikmət sahibləri olaydı. Onlardan yalnız xilas etdiyimiz az bir qismi belə idi. Zülm edənlər isə onlara verilmiş dünyanın ləz­­zətinə uydular və günahkar oldular. (Hud surəsi, 116)

O, dönüb getdikdə yer üzündə fitnə-fəsad törətməyə, əkinləri və nəsilləri məhv etməyə çalışar. Allah isə fitnə-fəsadı sevmir. (Bəqərə surəsi, 205) 

*** Həqiqətən, sən göndərilmiş elçilərdənsən, doğru yoldasan. (Yasin surəsi, 3-4)

Kitab əhlindən və müşriklərdən inkar edənlər onlara açıq-aydın dəlil gəlməyincə (küfrlərindən) əl çəkmədilər. (Bu dəlil ) pak səhifələri oxuyan Allahın göndərdiyi Elçidir. Onların içində doğru yazılar vardır. (Bəyyinə surəsi, 1-3)

İçərilərindən bir adama: “İnsanları qorxut və iman gətirənləri müjdələ ki, özlərinin Rəbbinin dərgahında onların etdikləri yaxşılıqların mükafatı vardır!”– deyə vəhy etməyimiz insanlara qəribəmi göründü? Kafirlər: “Sözsüz ki, bu, açıq-aşkar bir sehrbazdır!”– dedilər. (Yunus surəsi, 2)

Hər ümmətin bir elçisi vardır. Elçiləri gəldikdə onların arasında ədalətlə hökm verilər və onlara zülm edilməz. (Yunus surəsi, 47)

Müşriklər istəməsə də o dini (İslamı) bütün dinlərə üstün etmək üçün elçisini hidayətlə və haqq dinlə göndərən Odur. (Tövbə surəsi, 33)

Ki O, elçilərini hidayətlə və haqq din ilə, digər bütün dinlərə qarşı üstün etmək üçün göndərdi. Şahid olaraq Allah yetər. (Fəth surəsi, 28)

Ey iman edənlər, içinizdən kim dinindən geri dönərsə (irtidat edər), Allah (yerinə) özünün onları sevdiyi, onların da özünü sevdiyi möminlərə qarşı təvazökar, kafirlərə qarşı isə güclü və şərəfli, Allah yolunda cəhd edən (səy göstərən) və qınayıcının qınamasından qorxmayan bir birlik gətirər. Bu, Allahın bir fəzlidir, onu dilədiyinə verər. Allah (rəhmətiylə) geniş olandır, biləndir. (Maidə surəsi, 54)

Sizdən; xeyirə çağıran, yaxşılığı (mərufu) əmr edən və pislikdən (münkərdən) çəkindirən bir birlik olsun. Qurtuluşa çatanlar məhz onlardır. (Ali İmran surəsi, 104)

Və onların içindən, səbr etdikləri zaman əmrimizlə doğru yola çatdırıb-yönəldən liderlər etdik; onlar bizim ayələrimizə qəti məlumatla inanırdılar. (Səcdə surəsi, 24)

Allah buyurdu: Bir-birinizə düşmən kəsilərək hamınız buradan (yerə) enin. Məndən sizə doğru yolu göstərən rəhbər gəldiyi zaman hər kəs Mənim doğru yol göstərən bələdçimin ardınca getsə, nə yolunu azar, nə də bədbəxt olar. (Taha surəsi, 123)

Haqqı gətirən və onu təsdiq edənlər isə əsl müttəqilərdir. (Zumər surəsi, 33)

*** 

Fitnə qalmayana və dinin hamısı Allahın olana qədər onlarla döyüşün. Əgər imtina edəcək olsalar, şübhəsiz Allah etdiklərini görəndir. (Ənfal surəsi, 39)

Kafirlərə de: “Siz tezliklə məğlub olacaq və Cəhənnəmə toplanılacaqsınız! Ora nə pis yataqdır!” (Ali İmran surəsi, 12)

Uğrumuzda cihad edənləri mütləq Öz yolumuza yönəldəcəyik. Şübhəsiz ki, Allah xeyirxah əməl sahiblərilədir. (Ənkəbut surəsi, 69)

Musa qövmünə: "Allahdan kömək diləyin və səbr edin. Şübhəsiz ki, yer üzü Allahındır; O qullarından dilədiyini ona varis edir. Ən gözəl nəticə müttəqilər üçündür." dedi. Onlar dedilər: “Sən bizə (peyğəmbər) gəlməzdən əvvəl də, sənin gəlişindən sonra da bizə əziyyət verildi”. (Musa) dedi: “Ola bilsin ki, Rəbbiniz düşməninizi məhv edib sizi yer üzünün varisləri təyin etsin, sonra da necə hərəkət edəcəyinizə baxsın”.(Əraf surəsi, 128-129)

(O bununla) günahkarların xoşuna gəlməsə də, haqqı gerçəkləşdirmək və batili puç etmək istəyirdi. (Ənfal surəsi, 8)

Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda (batilin) yox olub getdiyini görərsiniz. (Allaha) aid etdiyiniz sifətlərə görə vay halınıza! (Ənbiya Surəsi, 18)

De: “Rəbbim haqqı endirir. O, qeybləri biləndir”. De: “Haqq gəldi. Batil (ona qarşı) nə ortaya (bir şey) çıxarar, nə də (onu) qaytara bilər”. (Səba surəsi, 48-49)

De ki: "Haqq gəldi, batil yox oldu. Heç şübhəsiz batil yox olucudur. (İsra surəsi, 81)

Ağızlarıyla Allahın nurunu söndürmək istəyirlər. Halbuki, kafirlər istəməsə də Allah, öz nurunu tamamlamaqdan başqasını istəmir. (Tövbə surəsi, 32)

O kəslər ki, yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gördükləri elçinin – yazıb-oxumaq bilməyən peyğəmbərin, ardınca gedərlər. O (peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. Onların ağır yüklərini yüngülləşdirər və onları buxovlardan xilas edər. Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun (Quranın) ardınca gedənlər isə nicat tapanlardır”. (Əraf surəsi, 157)

Onlar Allahın nurunu ağızlarıyla söndürmək istəyirlər. Halbuki, Allah, öz nurunu tamamlayacaq; kafirlər istəməsə belə. (Səff surəsi, 8)

Sonra biz, elçilərimizi və iman edənləri belə qurtararıq; möminləri qurtarmamız bizim üzərimizə bir haqqdır. (Yunus surəsi, 103)

Allah, iman gətirənlərin vəlisi (dostu və dəstəkçisi)dir. Onları qaranlıqlardan nura çıxarar; inkar edənlərin vəliləri isə tağutdur. Onları nurdan qaranlıqlara çıxarar. Məhz onlar atəşin xalqıdırlar, orada əbədi qalacaqlar. (Bəqərə surəsi, 257)

Kafirlər dedilər: “Əgər biz səninlə birlikdə doğru yolla getsək, yurdumuzdan qovularıq”. Məgər Biz onları Özümüzdən bir ruzi olaraq hər cür meyvənin gətirildiyi, müqəddəs, təhlükəsiz bir yerdə yerləşdirmədikmi? Lakin onların çoxu (bunu) bilmir. (Qəsəs surəsi, 57)

Biz səndən əvvəl hansı bir şəhərə xəbərdarlıq edən (bir peyğəmbər) göndərdiksə, onun cah-calal içində yaşayan sakinləri: “Biz atalarımızı bu yolda gördük və biz də onların yolunu tutub gedəcəyik!”– dedilər. (Peyğəmbər) dedi: “Əgər sizə atalarınızın tutduğu o yoldan daha doğrusunu göstərsəm necə?” Onlar dedilər: “Biz sizinlə göndərilənləri inkar edirik”. (Zuxruf surəsi, 23-24)

***
və deyirdilər: “Məgər bir məcnun şairə görə məbudlarımızı tərk edəcəyik?” Xeyr! O, haqqı gətirdi və (əvvəlki) peyğəmbərləri təsdiqlədi. (Saffat surəsi, 36-37)

Bizim elçi göndərdiyimiz qullarımız haqqında bu Sözümüz əzəldən deyilmişdi: “Həqiqətən, onlara kömək göstəriləcəkdir. Bizim əsgərlərimizin mütləq qələbəsi labüddür”. (Saffat surəsi, 171-173)

Səndən əvvəlki elçiləri də yalançı saymışdılar. Lakin Bizim köməyimiz onlara gələnədək yalançı sayılmalarına və onlara əziyyət verilməsinə səbr etdilər. Heç kəs Allahın kəlmələrini dəyişə bilməz. Artıq peyğəmbərlərə aid bəzi xəbərlər sənə gəlib çatdı. (Ənam surəsi, 34)

Bir-biri ardınca göndərilənlərə and olsun (Mürsəlat surəsi, 1)

Elçilərini hidayət və haqq dinlə göndərən Odur. Belə ki, onu (haqq din olan İslamı) bütün dinlərə qarşı üstün edəcək; müşriklər xoş görməsə belə. (Səff surəsi, 9)

***
Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir. (Nur surəsi, 55)

Allahın köməyi və fəth gəldiyi zaman və insanların Allahın dininə dalğa dalğa girdiklərini gördükdə, dərhal Rəbbini həmd ilə təsbeh et və Ondan bağışlanma dilə. Çünki O, tövbələri çox qəbul edəndir. (Nəsr surəsi, 1-3)

And olsun, biz Zikrdən sonra Zəburda da: "Şübhəsiz Yer üzünə saleh qullarım varis olacaq" deyə yazdıq. (Ənbiya surəsi, 105)

Və sizi onların torpaqlarına, yurdlarına, mallarına və daha ayaq basmadığınız bir yerə varis etdi. Allah hər şeyə güc çatdırandır. (Əhzab surəsi, 27)

Sonra onların ardınca sizi yer üzündə xələflər etdik ki, görək necə davranacaqsınız. (Yunus surəsi, 14) 

Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz? (Nəml surəsi, 62)

Əgər onlara yer üzündə hökmranlıq versək, onlar namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin aqibəti Allaha aiddir. (Həcc surəsi, 41)

Acizlik göstərməyin və kədərlənməyin. Möminsinizsə, üstün olacaqsınız. (Ali İmran surəsi, 139)

Təkcə iman sahibi olub xeyirxah əməllər edən, Allahı tez-tez yada salan və haqsızlığa məruz qaldıqdan sonra (dini) müdafiə edənlərdən başqa. Zalımlar isə qayıdacaqları yeri mütləq biləcəklər. (Şuəra surəsi, 227)

(Musa ilə olan) zəif camaatı isə yer üzünün xeyir-bərəkət verdiyimiz məşriqlərinə və məğriblərinə varislər təyin etdik... (Əraf surəsi, 137)

Allah yazmışdır: "And olsun, mən qalib gələcəyəm və elçilərim də." Həqiqətən Allah, ən böyük qüvvət sahibidir, güclü və üstün olandır. (Mücadilə surəsi, 21)

Allahı əsla elçilərinə verdiyi sözdən dönən zənn etmə. Həqiqətən Allah Əzizdir, intiqam sahibidir. (İbrahim surəsi, 47)

Və onlardan sonra sizi o yerlərə sakin edəcəyik. Bu hüzurumda durmaqdan qorxanlar və təhdidimdən çəkinənlərə aiddir. Elçilər qələbə istədilər. Hər bir inadkar dikbaş da ziyana uğradı. (İbrahim surəsi, 14-15)

Sevdiyiniz başqa şey də vardır: Allah tərəfindən kömək və yaxın qələbə. Möminləri bununla müjdələ. (Saff surəsi, 13)

Həqiqətən biz sənə aydın bir zəfər bəxş etdik ki, Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlasın, sənə olan nemətlərini tamamlasın, səni düz yola yönəltsin və Allah sənə böyük bir qələbə ilə kömək etsin. (Fəth surəsi, 1-3)

... Lakin Allah, sizin bilmədiyinizi bildi, beləcə bundan əvvəl sizə yaxın bir fəth (nəsib) etdi. (Fəth surəsi, 27)

Müjdə, dünya həyatında və axirətdə onlarındır. Allahın sözlərində heç bir dəyişiklik yoxdur.  Böyük qurtuluş və xoşbəxtlik budur. (Yunus surəsi, 64)

De ki: "Hər kəs gözləyir; siz də gözləyin. Sonda, dümdüz yolun sahibləri kimlərmiş və doğru yola çatan kimlərmiş çox yaxında öyrənəcəksiniz." (Taha surəsi, 135)

Allah öz (dini)nə kömək edənlərə qəti olaraq kömək edər. Şübhəsiz Allah, güclü olandır, əziz olandır. (Həcc surəsi, 40)

Ey iman gətirənlər, Allaha itaət edin; elçiyə itaət edin və sizdən olan əmr sahiblərinə də… (Nisa surəsi, 59)

 "Qorxma" dedik. "Şübhəsiz sən üstün gələcəksən." (Taha surəsi, 68)

***

Həqiqətən Allahın Kitabını oxuyanlar, namazı düzgün qılanlar və özlərinə ruzi olaraq verdiklərimizdən gizli və açıq infak edənlər; qəti olaraq zərərə uğramayacaq bir ticarəti ümid edə bilərlər. (Fatir surəsi, 29)

Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsənin mükafatını artırar. Allah hər şeyi Əhatəedəndir, Biləndir. (Bəqərə surəsi, 261)

Rəbbinizin ruzisindən yeyin və Ona şükr edin. Gözəl bir şəhəriniz və bağışlayan bir Rəbbiniz var. (Səba surəsi, 15)

Sizin yanınızda olan müvəqqətidir, Allahın Qatında olan isə əbədidir. Səbr edənlərin qarşılığını etdiklərinin ən gözəliylə biz şübhəsiz verəcəyik. Kişi olsun, qadın olsun, bir mömin olaraq kim saleh bir əməl etsə, heç şübhəsiz biz onu gözəl bir həyatla yaşadarıq və onların qarşılığını, etdiklərinin ən gözəliylə şübhəsiz verərik. (Nəhl surəsi, 96-97)

Allah əmin-amanlıq yurduna - Cənnətə çağırır və istədiyini doğru yola yönəldir. Yaxşı iş görənlər üçün ən yaxşısı və bundan da üstünü (Cənnət, üstəlik də Allahı görmək) vardır. Onların üzünü nə bir qubar, nə də bir zillət bürüyər. Onlar cənnət sakinləridirlər və orada əbədi qalacaqlar. (Yunus surəsi, 25-26)

De ki: "Şübhəsiz lütf və ehsan (fəzl) Allahın əlindədir, onu dilədiyinə verər. Allah (rəhməti) geniş olandır, biləndir. O, Öz  rəhmətini istədiyi şəsxə məxsus edir, Allah böyük lütf və ehsan (fəzl) sahibidir." (Ali İmran surəsi, 73-74)

Kimə diləsə hikməti ona verər; şübhəsiz özünə hikmət verilənə böyük bir xeyr də verilmişdir.
Təmiz ağıl sahiblərindən başqası öyüd alıb-düşünməz. (Bəqərə surəsi, 269)