Peyğəmbərlər

O, Allah’ın Elçisi və peyğəmbərlərin sonuncusudur


O, Allah’ın Elçisi və peyğəmbərlərin sonuncusudur

Peyğəmbərimiz (səv) Allah’ın “...Lakin o, Allah’ın Elçisi və peyğəmbərlərin sonuncusudur...” (Əhzab surəsi / 40) ayəsi ilə bildirdiyi kimi, insanlar üçün son peyğəmbər olaraq göndərilən, Allah’ın ən son haqq kitabını vəhy etdiyi, gözəl əxlaqı, təqvası, Allah’a olan yaxınlığı ilə insanlara nümunə göstərdiyi, Allah dostu, Rəbbimizin qatında üstün olan, möminlərin dostu, ən yaxını və vəlisidir.

Allah,“Həqiqətən Biz sənə ağır bir Söz (Quran) vəhy edəcəyik.” (Müzzəmmil surəsi / 5) ayəsi ilə də bildirdiyi kimi son peyğəmbər olan hz. Muhəmmədə (səv) çox vacib məsuliyyətlər verib. Peyğəmbərimiz (s.ə.v) isə Allah’a olan dərin imanı ilə Allah’ın ona verdiyi vəzifələri ən gözəl şəkildə yerinə yetirmiş, insanları Allah’ın yoluna, hidayətə dəvət edib və bütün inananların yol göstərəni olub.

Peyğəmbərimizi (səv) görməsək də, Quran ayələrindən və hədislərdən göstərdiyi gözəl əxlaqını, rəftarını, söhbətlərini tanıya bilər, ona bənzəmək, axirətdə onunla yaxın bir dost ola bilmək üçün əlimizdən gəldiyi qədər səy göstərə bilərik. Hal-hazırda insanlar, xüsusi ilə də gənclər bir çox insanı özlərinə nümunə götürür, onların rəftar və danışıqlarına, üslublarına, geyim tərzlərinə qibtə edir, onlar kimi olmağa çalışırlar. Ancaq bu insanların əksəriyyəti doğru yolda olmadığı kimi, rəftar və əxlaq gözəlliyinə də sahib deyillər. Buna görə də insanları doğru olana, ən gözəl əxlaq və rəftara qibtə etdirmək vacib bir məsuliyyətdir. Bir müsəlmanın rəftarına və əxlaqına qibtə etməli olduğu, oxşamaq üçün səy göstərməli olduğu insan hz. Muhəmməddir (səv). Allah bu həqiqəti bir ayədə belə bildirir:

Allah’ın Elçisi sizlərə – Allah’a və Axirət gününə ümidini bağlayanlara və Allah’ı çox zikr edənlərə gözəl nümunədir. (Əhzab surəsi / 21)

Peyğəmbərimizin (səv) yolu ilə gedən müsəlmanların da həm bütün insanlığa gözəl əxlaqları və xoş xasiyyətləri ilə nümunə olmalı, həm də şifahi və yazılı olaraq onları gözəl əxlaqa dəvət etməlidirlər.

Onların rəvayətlərində ağıl sahibləri üçün bir ibrət vardır. Bu Quran uydurulmuş bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edəndir; iman gətirən bir camaat üçün hidayət və mərhəmətdir. (Yusif surəsi / 111)

 

Biz elçiləri yalnız müjdə verənlər və xəbərdarlıq edənlər kimi göndəririk. Kafirlər isə batil dəlilləri ilə haqqı aradan qaldırmaq üçün mübahisə edirlər. Onlar Mənim ayələrimə və xəbərdar olunduqları şeylərə istehza edirlər.
(Kəhf surəsi / 56)


Rəbbinin ayələri yadına salınarkən onlardan üz döndərən, əvvəlcə öz əlləri ilə etdikləri günahlarını unudan adamdan daha zalım kim ola bilər? Quranı anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən onları doğru yola çağırsan da, onlar heç vaxt doğru yola gəlməzlər.
(Kəhf surəsi / 57)