İSLAMİ hökmlər

Etməyəcəyi şeyi deməmək


Etməyəcəyi şeyi deməmək

Etməyəcəyi şeyləri demək Quran əxlaqına uyğun yaşamayan, Quran əxlaqından xə-bərsiz olan insanlara xas olan xüsusiyyətlərdəndir.

Belə insanlar özlərini olduqlarından üstün və vacib insan kimi göstərmək, lovğa-lanmaq  məqsədiləedə bilməyəcəklərini deyir, öhdəsindən gələ bilməyəcəkləri işlər-dən bəhs edirlər. Müvəqqəti xeyir və mənfəətlər əldə etmək üçün əslində etməyə niyyətləri olmadığı şeyləri vəd edirlər. Bu qeyri-səmimi hərəkət cəmiyyətdə çox əhəmiyyət verilməyən, vərdiş edilmiş bir davranışdır. Halbuki insanların edə bilmə-yəcəklərini demələri Allah dərgahında sevilməyən və günah kimi xarakterizə edilən bir davranışdır:

«Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? Etmə-yəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar.» (Səff surəsi, 2-3)

Bu davranış ayələrdə pislənən yalançılıq, ikiüzlülük, qeyri-səmimilik kimi bir çox pis xüsusiyyətləri özündə əks etdirir. Quranda göstərilən gözəl əxlaqa ən uyğun şəkil-də yaşamağı özlərinə qanun kimi qəbul etmiş möminlər Allah dərgahında pislənən bu davranışdan uzaq olmağa çalışırlar.