Adamlıq DİNİ

Dedi-qodu insanın yaxşı niyyətdən uzaq olduğunun göstəricisidir


Dedi-qodu insanın yaxşı niyyətdən uzaq olduğunun göstəricisidir

 İnsanın eşitdiyində xoşlanmadığı söhbəti arxasınca danışmağın doğru olmadığını hər insan bilir. Dedi-qodu edən insan da daxil olmaqla, heç kim bunun əksini iddia edə bilməz. Çünki, həqiqətən, tənqidi mövzu varsa və bu mövzu o insana kömək etmək məqsədilə danışılırsa, ən doğru hərəkət bu vəziyyəti həmin şəxsə bildirməkdir. Yoxsa hər kəslə vəziyyətin müzakirə edilməsində və qınanan insanın vəziyyətdən xəbərdar edilməməsində yaxşı niyyət yoxdur. Üstəlik, dedi-qodu edən insanlar həmin davranışın onlara qarşı da edilmə ehtimalının olduğunu bilər və bundan heç xoşlanmazlar. Özləri haqqında mənfi danışılmasına çox həssaslıq göstərərkən, başqalarına qarşı etdikləri bu çirkin rəftardan vaz keçməzlər. Ancaq uca Allah Quranda insanları qeybət etməkdən çəkindirmiş və bunun Quran əxlaqına uyğun olmadığını bu şəkildə bildirmişdir: 

 "Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allah’dan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir"(Hucurat surəsi, 12)


 Allah’ın Quranda bildirdiyi əmrə müvafiq olaraq Allah qorxusu olan möminlər əsla bir-birlərinin arxasınca danışıb qeybət etməzlər. Sevginin və dostluğun əhəmiyyətli əlamətlərindən birinin qarşılarındakı insana dünyada və axirətdə fayda verəcək şəkildə hərəkət etmək olduğunu bilərlər. Bu vəziyyətdə də əgər yanlış rəftar görərlərsə, onun səhvini anlaması və bu səhvdən imtina etməsi üçün bunu həmin insana söyləyərlər.