Adamlıq DİNİ

Cəmiyyətdəki narahatlığın qaynağı:dedi-qodu


Cəmiyyətdəki narahatlığın qaynağı:dedi-qodu

Bəzi insanların dedi-qodunu vərdişəçevirmələrinin səbəbi nədir?

 Dedi-qodunun cəmiyyətə verdiyi zərərlər hansılardır?

 Şeytanın cəmiyyətdə narahatlığı və sevgisizliyi yaymaq üçün istifadə etdiyi üsullara qarşı insanlar Quranda necə xəbərdar edilmişlər?

 Cəmiyyətdə dedi-qodu xəstəliyinin qarşısını necə almaq olar?

 Dedi-qodu sevgi, şəfqət və mərhəməti azaldan pis əxlaq xüsusiyyətidir. Uca Allah Quranda möminlərin bu davranışdan çəkinmələrini əmr etmişdir. Mömin hərəkətlərində olduğu kimi, ağlından keçirdiklərində və hiss etdiklərində də Allah’ın hədlərini aşmaz. Quran hökmlərinin rəhbərliyi altında hiss və düşüncələrini tərbiyə edən mömin Allah’ın iznilə mömin qardaşlarına daim gözəl əxlaq göstərər.

Din əxlaqının yaşanmadığı cəmiyyətlərdə geniş yayılan davranışlardan biri də dedi-qodudur. Belə cəmiyyətlərdəki insanlar vaxtları və imkanları olmasa da, dedi-qodu etmək üçün mütləq fürsət taparlar. Bəzən qapı qarşısında qonşularla, bəzən də saatlarla telefon söhbətlərində bu mənzərəni görmək mümkündür. Ancaq əhəmiyyətli olan odur ki, bu şəxslər dedi-qodudan dərin zövq alırlar. Çünki dedi-qodusu edilən insan hörmətdən salınıb-alçaldılarkən dedi-qodunu edənlər özlərini üstün göstərməyə çalışırlar. Bu səbəbdən, yığıncaqlarda danışa biləcəkləri bir çox faydalı və ya gözəl mövzu olduğu halda, onlar israrla bəzilərinin dedi-qodusunu edirlər. Qonşuları, dostları, qohumları, yoldaşları, tele-ulduzlar və hətta yoldan keçən insan belə bu dedi-qoduların qaynağı olur. Uca Rəbbimiz bir-birlərinin dedi-qodusunu edən, tənə edən insanları bir ayəsində bu şəkildə xəbərdar edir:

 "Hər bir qeybət edənin, tənə vuranın vay halına!" (Huməzə surəsi, 1)