Trilobit


Yaş: 380 milyon il
Dövr: Paleozoy erası, Devon
Bölgə: Ohayo, ABŞ


Məlumat:
Trilobitlər Kembri dövründə ortaya çıxan ən əsas canlılardandır. Dünyanın müxtəlif bölgələrində yaşayıblar. Ən çox Kembri dövrünə aid təbəqələrdə iz qoyublar. Trilobitlərin heyranedici xüsusiyyətlərindən biri fasetli gözləridir. Bu gözlər çoxlu gözcüklərdən ibarətdir. Bunlar eynilə milçəyin altı bucaqlı fasetli gözləri kimi hər biri ayrılıqda funksionaldırlar. Hər biri fərqli görüntünü qavrayır və bu görüntülər bir bütöv görüntü şəklində birləşir. Aparılan tədqiqatlar trilobit gözündə 3000-dən çox gözcük olduğunu göstərib. 3000-dən çox gözcük 3000-dən çox fərqli görüntü deməkdir. Bu isə 530 milyon il əvvəl yaşamış bir canlının göz və beyin quruluşunun kompleksliyini və qətiyyən təkamüllə meydana gəlməyəcək qədər qüsursuz olduğunu göstərir.