Adamlıq DİNİ

Cavanlıq psixologiyası


Cavanlıq psixologiyası

Adamlıq dininin fərdləri arasında yayılmış ortaq bir şəxsiyyət tipi vardır: cavanlıq.

Kişilərdə yetkinlik dövrü ilə başlayan və orta yaşa qədər davam edən cavanlıq psixologiyası insanın davranışlarına çox təsir edir. Əsas xüsusiyyətini cavanlıq olaraq bildirən bu kütlənin ortaq davranış formaları vardır.

Müxtəlif prinsipləri olan bu psixologiyanın gələcək mərhələlərdə fəlsəfi və əxlaqi sistem halına gəldiyi görünür. Özünə xas doğru, yanlış və fəzilətləri olan cavanlıq xüsusiyyətləri vardır. Bu sistemə görə, dostunun, qonşunun, məhəllənin qızlarına baxmaq böyük əxlaqsızlıqdır. Lakin tanımadığı birinə qarşı bu hərəkət  cavanlıqdır. Yaxınlarının, məhəllənin qadın və qızlarına qarşı da saxta bir qoruma məntiqi vardır. Sözdə düzgünlük, dürüstlük və ya  öz ifadələri ilə desək, ciddilik cavanlığın dəyişməz düsturudur, amma bir yolunu tapdıqda hər cür saxtakarlığı  edirlər.

Özünü sübut etmək üçün qurulan bu çirkin mədəniyyətdə gərgin, əsəbi və təcavüzkar əhval hakimdir. Nevroz kimi davranmaq, ani sözlər demək, qeyri-sabit hərəkətlər etmək, hər an mübahisə və ya gərginlik yaratmağa hazır olmaq nə qədər cavan olduğunu göstərir. Hamının ondan çəkindiyini göstərmək üçün özünə qeyri-sabit xüsusiyyətə malik görünüş vermək də tez-tez əl atılan üsuldur.

Söhbətləri matç, dava haqqında və cinsi mövzularda olur. Şifahi eşitdikləri və qəzetlərdən oxuduqları  az-maz məlumatlarla siyasi, iqtisadi və ya ictimai mövzularda danışmaq, öz deyimləri ilə gəvəzə  söhbətlər etmək məqbul sayılır.

Dikbaş və heç kimi vecinə almayan cavan ictimai və ideoloji hisslərini tərəfkeşlik düşüncəsiylə tamamlayır. Fanatik tərəfdar psixologiyasına malik olur. Tərəfkeşlik futbol komandası, dostlar, eyni məhəllənin uşağı olmaq, eyni işi görmək kimi müxtəlif strukturların hər hansı birində, yaxud da hamısında özünü göstərir. Tərəfdarlar arasında bir-birini qorumaq da cavanlıq əxlaqının bir parçasıdır.

İnsan yaş ötdükcə ictimai, iqtisadi və mədəni səviyyəsində yeni mərhələyə qədəm basır. Buna mütənasib şəkildə də cavanlıq xüsusiyyətindən uzaqlaşır və yeni şərtlərin tələb etdiyi fərqli adamlıq dini xüsusiyyətlərinə doğru irəliləyir. Məsələn, ictimai səviyyəsini artırmayan, aşağı mədəniyyət səviyyəsinə mənsub insanlar savadsızlığın nəticəsində cavanlıq xüsusiyyətini  tam bir şəxsiyyət olaraq mənimsəyir. İşi, peşəsi, zənginliyi, mədəniyyəti və zəkası ilə cəmiyyətdə lovğalana və fərqlənib önə çıxa bilmədiyini anlayan insanların əksəriyyəti cavanlığa çox ehtiyac duyur. Həyatının sonuna qədər də bu psixologiyada olur.  Yaşadığı cəmiyyətin böyük qismi  bu vəziyyətdə olduğu üçün cavanlıq xüsusiyyəti əksər insanların ortaq xarakter tərzini təşkil edir və beləliklə, mühakimə olunmur, əksinə, qəbul olunur.

Ancaq bunu da qeyd etmək lazımdır ki, cavanlığın xüsusiyyəti olaraq göstərilən cəsarət, qoruyuculuq, dürüstlük, əlbəttə, gözəl xüsusiyyətlərdir. Amma burada vurğulanan odur ki, cavanlıq psixologiyasında bütün bu gözəl xüsusiyyətlər əsli ilə yaşanmır. Bir neçə saxta nümunəsi yaşanır və bunda Allah rizası da düşünülmür.