Adamlıq DİNİ

Evləndikdən sonra


Evləndikdən sonra


Əvvəlki səhifələrdə qeyd etdiyimiz kimi, yanlış zehniyyət evləndikdən sonra da davam edir. İlk günün səhəri bir-birlərini yataqdan qalxdıqları halları ilə görən kişi və qadın ilk peşmanlıq duyğularını yaşayırlar. Çoxları daha əvvəldən özlərini o vəziyyətdə görmədikləri üçün bir-birlərinə yad  gəlməyə başlayırlar. Eyni evin içində yaşamağa başlayınca bir-birlərinin daha əvvəl bilmədikləri  vərdiş və xarakterlərindəki anormallıqlara şahid olmağa başlayırlar. Daha əvvəl gözlərində böyütdükləri bu insan zamanla dəyərini itirir və bu vəziyyət qısa müddətdə aralarında soyuqluq yaranmasına səbəb olur. Daxilən bəslədikləri bu mənfi duyğular zamanla artaraq davam edir. Aradakı sevgi anlayışı səthi olduğundan bir müddət sonra sevgi zənn edilən duyğuların zəruri vərdiş halına çevrildiyini görürlər. 

İlk aylar ayıb olmasın deyə, özlərinə bu hisslərini fərq etdirməyən və yaxşı dolanmağa çalışan ər-arvad zaman keçdikcə hörmətlərini itirməyə, kobud, qəlb qıran, səbirsiz və düşüncəsiz olmağa, bir-birlərindən soyuduqlarını müəyyən edən hərəkətlər göstərməyə başlayırlar. Lakin bunu ətrafa sezdirməzlər. Ancaq ətrafları onsuz da bunun  fərqindədir və bu müddət təbii  hadisə kimi qəbul edilir. Evliliyin ilk günlərinə bal ayı deyilməsi bunun maraqlı bir göstəricisidir; aydındır ki, qısa bir müddət sonra bal ayı bitəcək və bezginlik, sıxıntı, hətta mübahisə dolu aylar və illər başlayacaq.

Evliliyin irəliləməsilə birlikdə uşaqlar, dolanışıq dərdi kimi ümumi problemlər və bunların doğurduğu psixoloji mühit evdə hakim olan quruluşu müəyyənləşdirir. Ev sakinləri arasında daimi gərgin və əsəbi münasibətlər yaşanır. Pul daimi danışılan mövzu olur. Ər-arvad arasında sahiblənmə, qısqanclıq kimi mövzular bitib-tükənməyən gərginliyə və mübahisələrə səbəb olur. Kişinin həmişə işindən bəhs etməsi, arvadının danışdıqlarını dinləməməsi, davamlı televiziyaya tamaşa etməsi, arvadına və uşaqlarına qarşı diqqətsiz və əsəbi olması evin təbii mühitini meydana gətirir. 

Evə dağınıqlıq hakim olur. Ayrıca, təmizliyə də diqqət yetirilmir. Buna görə, çöldən gələn birinin normal zamanda evin halını görməsi istənilməz. Evdəki mebellər, dəstlər, süfrələr və s. kimi əşyalar ev sakinlərinin rahatlığından çox çöldəki insanın təqdirinə görə nizamlanır. Qonaqlar üçün xüsusi bir otaq ayrılır. Bu otaqda ev sakinləri çox oturmazlar, ora evin nümayiş etdirilən qismidir. Evin ən bahalı və yaxşı əşyaları orada qonaqlara nümayiş etdirilir. Təbii ki, bir insanın qonaqları üçün xüsusi yer hazırlaması və onların rahat olması üçün çalışması  gözəl əxlaq xüsusiyyətidir. Ancaq daha əvvəl də ifadə etdiyimiz kimi, adamlıq dinini yaşayan insanlarda qonağa xüsusi otaq hazırlanmasının məqsədi o adamın rahatlığının düşünülməsi deyil,  lazımi kimi lovğalanacaq imkanın təmin edilməsidir. 

Uşaqlar isə evdən sonra ən böyük nümayiş ünsürüdür. Əvvəldən etibarən uşaq anlayışında böyük yanlışlıq vardır. Ata və ana uşağa sahiblənir, ona sanki özlərinin həyat verdiyini düşünür və davranırlar. Hər şeyi  Allah`ın yaratdığını və Onun hər şeyin gerçək  sahibi olduğunu düşünməzlər. Uşağa sahiblənən ata-ana bir müddət sonra ondan istifadə edib hamıya nümayiş etdirir, loru  dilində desək, forslanmağa başlayırlar. Uşağın ağıllı və ya  gözəl olduğunu tez-tez dilə gətirib bununla öyünürlər. Elə davranırlar ki, sanki uşaqdakı gözəllik və ya zəka özlərindən qaynaqlanır. Hətta uşağın hər hansı bir gözəl xüsusiyyəti  haqqında “mənə oxşayır, ona görə elə olub” kimi ifadələr işlədərək özlərinə pay çıxarırlar. Zaman keçdikcə uşaqla lovğalanmağın ölçüsü genişlənir. Oxuduğu məktəbləri, yoldaş çevrəsini, gəzdiyi yerləri lovğalıqla tanışlarına danışırlar. Adamlıq dininə mənsub olan ailələrdə uşaqla öyünməklə yanaşı, uşağı həyatın məqsəd və mənası edilməsi də çox məşhurdur. Bəzi ata-analar uşaqlarını həyatlarının tək məqsədi kimi görür, bütün həyatlarını onlara yaxşı gələcək hazırlamağa həsr etdiklərini söyləyirlər. Halbuki, bütün insanların həyatlarının tək məqsədi Allah`a qulluq etmək olmalıdır. Həyat ancaq Allah`a həsr edilər. Bir insanın uşağına baxması  ancaq Allah rizası üçün edilən bir ibadətdir. 

Qadınların bütün həyatı evlilik hədəfinə görə nizamlanır. Gənclikdən etibarən bu hədəf həyatın ən mühüm məqsədi kimi qəbul edilir. Qızların çəki, paltar, təhsil, zövq və çevrələri həmişə yaxşı və mənfəətli evliliyə görə nizamlanır. Gənc qızların çoxu universitetə ər tapmaq üçün gedirlər. Çünki ər, xüsusilə də varlı bir ər həyatın zəmanəti olaraq görülür. Gənc qadın xəyalında özünü dolandıracaq və qoruyacaq bir ər modeli canlandırır və bütün gənclik dövrünü onu tapmaq üçün keçirir. Halbuki, Quranda bizə bildirildiyinə görə, insana ruzi verən, onu qoruyan, özündən kömək ümid edilməyə layiq olan ancaq və ancaq Allah`dır. 

Bu məntiqdəki evlilik iki insanın bir-birinə olan sevgisini ifadə etmənin qanuni bir vasitəsi olmaqdan çıxır və tez-tez ifadə edildiyi kimi, bir “müəssisə”yə çevrilir. Evlilik dövründə  bu “ticari” müqaviləni müvəffəqiyyətlə tamamlamağın həyəcan və sevinci yaşanır. Ancaq  qısa bir müddət sonra ortaya çıxan diqqətsizlik, sevgisizlik, hörmətsizlik və davranış pozuntuları insanlarda müəyyən bir şeydə səhv etdikləri hissini ortaya çıxarır. Necə ki, Allah`a yönəlib Quran əxlaqı ilə davranmadığında buradan geriyə  dönuş  yoxdur. Olsa belə, buna  həll gətirməz. Çünki evlilikdən geriyə dönuş də eynilə evlilik kimi, adamlıq dininin şərtləri tətbiq olunaraq yerinə yetirilir, bundan sonrakı həyat da adamlıq dininin şərtlərinə uyğun olaraq davam etdirilir. 

Əgər səhvi axtarmaq lazımdırsa, bunu müəyyən hadisələrin özündə deyil, bütün bunların kökündə yer alan, bu yanlış sistemin üzərində olan və insanları hər vəziyyətdə bədbəxtlik və ziyana aparan batil fəlsəfədə, yəni adamlıq dininin özündə axtarmaq lazımdır.

ADAMLIQ DİNİNDƏ EVLİLİK PSİXOLOGİYASI


(Hörmətli Adnan oktarın Kaçkar tv-dəki canlı reportajı(29 yanvar, 2009)
ADNAN OKTAR: Məsələn, qadın evlənəndə bəzi meyarlar axtarır. Əvvəl pulu; birinci dərəcədə pulu. Sonra təhsili, sonra yaxşı bir mövqedə olması, avtomobili, bağ evinin olması kimi; yəni belə xüsusiyyətləri axtarırlar. Bunu axtaranda onda Allah`ın ona verdiyi sevgidən istifadə edə bilməz insan. Onda o evin ona heç bir faydası olmaz. Ev yalnız ona saray kimi bomboş  görünər. Heç bir təsiri olmaz. Avtomobili də yalnız onu bir yerdən başqa bir yerə aparan tənəkə yığını, bir metal yığını kimi görünər. Bunlar, Allah sevgisi və Allah eşqiylə məna qazanan şeylərdir. Dolayısilə, Peyğəmbərimiz (s.ə.v) deyir ki, malı üçün evlənən malından məhrum olar, gözəlliyi üçün evlənən gözəlliyindən məhrum olar. Bir gün qrip  olar, soyuqlayar, gözəlliyi bir anda yox olub gedər, iyrənə bilər, insan heç ümid etmədiyi şeydən belə iyrənər. Məsələn, onun  aciz bir halını görüb iyrənər və bir daha ondan xilas ola bilməz.

… Pul o tip insanlarda, əksinə, sıxıntı meydana gətirər. Çünki pulu qorumaq üçün daha çox tədbir görməlidir. Məsələn: “Çeklərim ödənmədi”, - deyir; ona görə acı çəkir. Pulu banka qoyur: “Bank müflisləşərsə, nə edəcəyik”, -deyir; yastığın altına qoyur, yenə olmur;  küpə qoyur: “Küpü tapsalar”, - deyir. Yəni canını çox yandırır, çox narahat olur. Ancaq Allah eşqiylə insan  rahatlıq tapa bilər, təvəkküllü və rahat olar. Yəni pul artdıqca insanların bir çoxunda narahatlıq və acı da artır. Bunu çöldə də, xarici aləmdə də görürük, bir çox hadisələr vardır, tək-tək nümunələr gətirmək  istəmirəm, amma insanlar bunu ətraflarında çox görürlər.