İSLAMİ hökmlər

Gücünün yetdiyi qədər Allah`dan qorxmaq


Gücünün yetdiyi qədər Allah`dan qorxmaq

İnsan Allah`dan nə qədər çox qorxarsa, Onun qatında bir o qədər üstün olar. Allah qorxusunda bir sərhəd yoxdur, hər insan bu hissini Allah`dan diləyərək artıra bilər. Bu mövzuda Quranda rəsullar nümunə olaraq verilmişdir. Bu sayədə möminlər özlərini onlarla müqayisə edib Allah qorxularını daha da artıra biləcəklərini anlaya bilərlər. 

Allah möminlərdən Özündən ən yüksək dərəcədə qorxmalarını istəyir. Ayələrdə bu mövzuda belə hökm verilir:

Nə qədər bacarırsınızsa, Allah`dan qorxun. (Peyğəmbərə) qulaq asıb itaət edin və (malınızdan) öz xeyriniz üçün xərcləyin. Nəfsinin tamahından qorunanlar nicat tapanlardır.(Təğabun surəsi, 16)

Ey iman gətirənlər! Allah`dan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!(Ali-İmran surəsi, 102)