İnsan ruhu

İnsanın ruhum dediyi varlıq da Allah`a aiddir


İnsanın ruhum dediyi varlıq  da Allah`a aiddir

İnsan həyatı boyu Allah`ın beyninin içində ona göstərdiyi görüntülərlə əlaqədə olur. Hər şey insanın beynindəki çox kiçik bir görmə mərkəzində yaranan elektrik siqnallarından ibarətdir. Gördüyü görüntülərin xaricdə əsli var, lakin insan sadəcə beynində yaradılan görüntünü görür. Allah beynimizdə bizlər üçün xarici dünyanın sadəcə əksini yaradır və biz də bütün bunları Allah`a aid olan ruhumuz ilə izləyirik. Bütün bunları görən, eşidən, hiss edən, sahiblənən ruhdur.

İnsan Allah`ın ruhunda yaratdığı bütün bu hissləri düşünəndə özünün maddi varlıq deyil, ruh sahibi varlıq olduğunu dərhal anlayır. Ruh maddəni idarə edir və istiqamətləndirir. Hiss edən ruhdur və bu hisslər vasitəsi ilə maddə, yəni bədənimiz və ətrafımızdakı hadisələr formalaşır. Ət, ya da sümük parçası kədərlənə, sevinə, həyəcanlana, qərar verə, ağıl və mühakimə qabiyyətinə sahib ola bilməz. Hiss edən, düşünən, qərarlar verən, sevinən, daima vicdanını dinləməyə çalışan ruhdur. İnsanın mənim deyərək sahibləndiyi ruhu isə uca Rəbbimizin Quranda "Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmiş, sonra onun nəslini bir damla dəyərsiz sudan əmələ gətirmiş, sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz!" (“Səcdə” surəsi, 7-9) ayələrində bildirdiyi kimi, əslində Allah`ın ruhudur. Allah ağıl və şüur verdiyi, üstün yaradılış ilə yaratdığı insana gözlər və qəlb vermiş, ona ruhundan üfləmişdir. Ruh Allah`a aiddir. İnsanın “mənim” deyərək sahibləndiyi ruhu Allah`ın ruhudur. Allah sonsuz ağıl və sonsuz yaratma gücü ilə elə mükəmməl bir şəkildə yaradır ki, dünya imtahanına görə ona verilən bu ruhu sahiblənir və ona “mənim” deyə bilir.

İnsan inanılmaz zəngin hafizəyə sahibdir. Allah insan üçün hafizəni keçmiş və gələcəyinə məxsus olaraq anbaan yaradır. Allah insanın mövcud olduğu hər an daima hafizəsini yaradır. Məsələn, indi bu sətirləri oxuyursunuz. Bir neçə dəqiqə sonra bu yazı sizin hafizənizdə bir an olaraq yerini alacaq. Bəlkə bir neçə gün, bəlkə aylar, hətta illər sonra bu yazı Allah`ın sizin üçün yaratdığı hafizənizdə qalacaq, müəyyən zamanlarda ağlınıza gələcək. Daha dərindən xatırlasanız, özünüz ilə əlaqəli xatirələri, bir çox hadisələri xatırlayacaqsınız. Hətta bir çox hadisə ilə əlaqəli bəlkə də heç bir əhəmiyyəti olmayan saysız örnəklər zehninizdə canlanacaq. Məsələn, üzərindən uzun illər keçsə də, məktəbə ilk başladığınız gündə başınıza gələn bir hadisə, dostlarınız ilə oynadığınız oyunlar, sevdiyiniz bir oyuncağı görəndə yaşadığınız sevinc hissi bunların hamısı bir an olaraq sizin hafizənizdə saxlanılır. Həyatınız boyu yaşadığınız, saya bilməyəcəyiniz qədər çox hadisə sizin “xatirə” olaraq adlandırdığınız hafizənizi yaradır. Yaşadığınız hər an bu hafizənin bir parçasına çevrilir. Allah hafizəni yaratdığı üçün insan ruhu sahiblənir və ruhun özünə aid olduğu hissinə qapılır. Xatirələrini yada saldıqca “orada xoşbəxt idim”, “o gün həyəcanlanmışdım”, “belə hiss etmişdim” deyəndə bunları yaşayanın öz ruhu olduğunu düşünür.

Halbuki əvvəlki sətirlərdə ifadə edildiyi kimi, insanın dünyada imtahan edilməsi üçün Allah hafizəni yaradıb. Allah sonsuz ağlı ilə imtahan şəraitini ən mükəmməl şəkildə yaradır. Hadisələrə Quran əxlaqı ilə yanaşan insan bu yaradılışdakı böyük sirləri anlayır və imtahan şəraitinin möhtəşəmliyinin şüurunda olaraq yaşayır. Quran ruhundan və Quran əxlaqından uzaq yaşayan insanlar isə qəflət içində olmalarına görə Allah`ın yaratdığı bu böyük həqiqətdən xəbərsiz yaşayırlar. 

Allah`ın insana “mənim” hissi ilə hiss etdirdiyi ruh tamamilə Allah`ın ruhudur. Allah`ın sonsuz yaratmasının bir təzahürü olaraq insana ruhun özünə aid olduğunu hiss etdirməsi dünya imtahanının möhtəşəmliklərindən birisidir. Bu isə yaradılışı düzgün dərk edən bir insan üçün böyük rahatlıq və nemətdir.

Ruhumuzda coşğulu sevgi yarandıqda bunun bizə aid olmadığını, əslində, sevənin Allah olduğunu unutmamalıyıq. Ruhumuzda yaranan hər cür hiss Allah`ın sonsuz ruhuna aiddir. Allah dilədiyi və izn verdiyi qədər biz bunu özümüzə aid bilib hiss edirik. Hafizəmizdəki canlılıq və xırdalıqlara görə yanılırıq. Əslində sevən, sevilən, düşünən, mərhəmət edən, şəfqət duyan, kədərlənən, gözəlliklərdən zövq alan, həmişə hər şeyin yaxşı tərəfini və doğrunu bilən və yönələn, vicdanını dinləyən, Allah`ın insana üfürdüyünü bildirdiyi Ruhudur.