İnkar edənlər

İnkarçıların dünyadakı sonu


İnkarçıların dünyadakı sonu

Allah inkarçılar üçün axirətdə əbədi əzab hazırlamışdır. Ancaq inkarçılar üçün dünyada da müxtəlif əzablar var. Bunlar cəhənnəmdəki əzab kimi olmasa da, əbədi əzablarının bir növ başlanğıcıdır. Eyni zamanda, peşman olub ibrət almaları və doğru yola dönmələri üçün Allah`dan xəbərdarlıq xüsusiyyəti daşıyırlar. Allah dünyada verəcəyi əzabı və səbəbini ayədə belə bildirir:

Biz ən böyük əzabdan əvvəl onlara mütləq dünya əzabından daddıracağıq. Bəlkə, (tövbə edib düz yola) qayıdalar! (Səcdə surəsi, 21)

İnkarçıların inkar etməsinin ən mühüm səbəbi dünya həyatına hərisliklə bağlanmaları və anladıqları halda, dünyəvi istəklərinə görə, həqiqəti qəbul etməmələridir. Allah inkarçılar üçün dünyada hazırladığı əzabla onların dünya həyatındakı bütün nemətlərini əllərindən alır. Quranda bəhs edilən dünyəvi əzablardan bəzisi belədir:

İnkar edən qövmün üstünə çəyirtkə, həşərat, qurbağa kimi heyvanların göndərilməsi. (Əraf surəsi, 133)

Quraqlıq və məhsul qıtlığı, iqtisadi böhranların baş verməsi. (Əraf surəsi, 130, Nəhl surəsi, 112)

Qarun və ya varlı bağ sahibi kimi var-dövləti ilə öyünüb azğınlaşan insanlara verilən əzablar nəticəsində onların bütün var-dövlətlərini itirməsi. (Qəsəs surəsi, 76-82, Kəhf surəsi, 32-43)

İnkar edənlərin bədbəxt olması. (Əla surəsi, 11-12)

Xülyalarla yaşamaları. (Nisa surəsi, 120) 

Qəlblərinin dar və sıxıntılı olması, rəzil olmaları. (Ənam surəsi, 125)