Allahın İSİMLƏRİ

HƏLİM (Şəfqətli, mərhəmətli, həlim olan)


HƏLİM  (Şəfqətli, mərhəmətli, həlim olan)

 (Uhudda) iki qoşun qarşılaşdığı gün içərinizdən üz döndərənləri şeytan, qazandıqları bəzi günahlar üzündən səhv etməyə vadar etdi. Allah artıq onları bağışladı. Həqiqətən, Allah bağışlayandır, Həlimdir. (Ali-İmran surəsi, 155)

İnsanları yaradan Allah onlara doğru yolu göstərən kitab göndərib. Onun qatından göndərilən, hökmləri qorunan bu kitab son haqq kitabdır. Allah bu kitabda insanların yerinə yetirməli olduqları əmrləri, qadağaları açıq-aşkar bildirmişdir. Üstəlik, bu kitabdakı əmrlərə itaət edərək həyatını Allah’ın razılığını qazanmaq üçün keçirənlərin sonsuza qədər cənnətdə qalacaqlarını müjdələmişdir. İtaət etməyənlərin isə sonsuza qədər içində qalacaqları cəhənnəmi və onun içindəki əzabları bütün detalları ilə izah etmişdir.

Allah’a yönəlmək və Onun razılığını qazanmağa çalışmaq üçün endirilən bu kitab 1400 il əvvəl Peyğəmbərimiz hz. Muhəmmədə (s.ə.v) nazil edilən Qurandır. Allah Quranda insanlara hər şeyi izah etmişdir; həyatı, ölümü, cənnəti, cəhənnəmi...

Lakin insanların bir çoxu haqq kitabı oxumaqdan üz çevirir, hətta bir qismi ömürləri boyunca Allah’ın göndərdiyi bu kitabı əllərinə belə almırlar. Allah’ın ayələrini görməzlikdən gəlib dünya həyatının zövqünə və əyləncəsinə aldanırlar. Ölümlərindən sonra qarşılaşacaqları hesabı və axirət həyatını isə heç düşünmürlər. Allah’ın qadağalarına əməl etmir, əmr etdiyi gözəl əxlaqı da yaşamırlar. Mallarını, mülklərini heç kimlə paylaşmır, çətində olanlara kömək etmirlər. Üstəlik, özlərinə iman etmələri təklif edildiyində: “Biz nə etdiyimizi bilirik”, - deyə cavab verirlər. İçlərindən çox az qismi Allah’a lazımınca iman edir və Onun hökmlərini əskiksiz tətbiq edirlər.

Yuxarıda izah edilənləri düşündükdə Allah’ın insanlar üzərindəki sonsuz mərhəməti və şəfqəti aydın şəkildə görünür. İnkar edənlər bilə-bilə haqq dindən üz çevirmələrinə və Allah’ın qadağanlarını pozmalarına baxmayaraq, Allah onları dərhal əzablandırmır. Hətta onları dünya həyatında rifah içində yaşadır, hər cür neməti verir. Onlara iman etmələri və haqq dinə dönmələri üçün müddət verir. Üstəlik, Allah göndərdiyi dini çox asanlaşdıraraq sonsuz şəfqətini göstərir. Bundan başqa, insanları unutduqlarına və yanıldıqlarına görə məsul tutmur. Kor, topal, xəstə olana məsuliyyət yükləmir. İnsanlara səbri və təvəkkülü öyrədərək çiyinlərindəki yükü qaldırır. Bütün bu nümunələr Allah’ın sonsuz mərhəmətini və şəfqətini, inkar edən insanların isə nankorluğunu anlamaq üçün kifayətdir.

Amma insan bir məqamı da unutmamalıdır: Allah həm də sonsuz ədalət sahibidir. Dünyada da, axirətdə də insanların etdiklərinin qarşılığını lazımi şəkildə verəcək. Allah’ın Həlim sifəti ayələrdə belə xəbər verilir:

 Allah sizi qərəzsiz içdiyiniz andlara görə cəzalandırmaz, lakin O, sizi qəlbinizin qərəzinə görə cəzalandıracaqdır. Allah bağışlayandır, Həlimdir. (Bəqərə surəsi, 225)

 Yeddi göy, yer və onlarda olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, Həlimdir, bağışlayandır. (İsra surəsi, 44)

 Həqiqətən, Allah göyləri və yeri tərpənməsinlər deyə, tutub saxlayır. Əgər tərpənsələr, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də O, Həlimdir, bağışlayandır. (Fatir surəsi, 41)