Allahın İSİMLƏRİ

ƏVVƏL ( İlk )


ƏVVƏL ( İlk )

 


 O, Əvvəldir, Axırdır, Zahirdir, Batindir. O, hər şeyi biləndir. (Hədid surəsi, 3)

Kainatın başlanğıcı vardırmı?
Şübhəsiz, bu sual əsrlərlə insanların cavab axtardıqları sual olmuşdur. Bu mükəmməl nizamın Yaradıcısının da olmasını qavrayan insanlar kainatın başlanğıcı olduğuna inanmışlar. Ancaq insanların bir qismi də Yaradıcının varlığını qəbul etmək istəməmiş və buna görə, kainatın başlanğıcı olmadığını, əzəldən gəldiyini və sonsuza gedəcəyini iddia etmişlər. Ancaq bu gün elmin gəldiyi nəticə bu şəxslərin açıq-aşkar səhv etdiklərini sübut etmişdir.
Bu günə qədər kainatın yaranması ilə əlaqədar müxtəlif tezislər ortaya qoyulub, ancaq bu dövrdə bütün elm sahələri ortaq nəticəyə gəliblər. Elmin yaxın zamanda kəşf etdiyi həqiqət bu vəziyyətə aydınlıq gətirib. 1929-cu ildə Edvin Habl tərəfindən kəşf olunduğu kimi, kainat davamlı genişlənir. Bu həqiqətdən qaynaqlanan elm adamları belə bir nəticəyə gəliblər: zaman anlayışını tərsinə çevirsək, genişlənməkdə olan kainatı büzüşən bir sistem olaraq, məsələn, yığılmaqda olan nəhəng ulduz kimi düşünə bilərik. Bu zaman ortaya çıxan nəticə belədir; keçmişə doğru səyahət etsək, daralan kainatın nə vaxtısa bir nöqtə halında olduğunu görərik. Yəni kainatın başlanğıcı bir nöqtənin partlaması ilə olmuşdur.
Bizim bundan çıxarmalı olduğumuz nəticə budur: içində yaşadığımız kainatın bir başlanğıcı var. Bu cür qüsursuz sistemin başlanğıcı olduğuna görə, əlbəttə, bu başlanğıcı hazırlayan bir gücün varlığı da aşkardır. Bu güc sahibinin varlığı əzəli və əbədidir. Yəni O, hər şeydən əvvəl də vardır, sonra da olacaq.
Bu sonsuz gücün sahibi Allah’dır və canlıların, planetlərin, qalaktikaların, bütün kainatın yaradılmadığı və hətta zamanın da hələ var olmadığı anda yalnız Allah var. Çünki O, Əvvəldir.