Allahın İSİMLƏRİ

ƏLİYY (Çox uca olan)


ƏLİYY (Çox uca olan)

Allah bəşər övladı ilə ancaq vəhy ilə, yaxud pərdə arxasından danışar. Və ya bir elçi göndərər ki, o da Allah’ın izni ilə Onun istədiyini vəhy edər. Həqiqətən, O, ucadır, hikmət sahibidir! (Şura surəsi, 51)

Allah Özünü Quranda bizə tanıdıb: bütün aləmləri yaradan, kainatın tək hakimi olan Allah ucadır. Göylərin, yerin və bu ikisinin arasında olanların yeganə sahibi Odur. Ondan başqa ilah yoxdur, Allah insanların şirk qoşduqlarından çox ucadır. Bütün mülk Allah’a aiddir; O, hər şeyə gücü çatandır. O, uca məqamların da sahibidir. Allah aləmlərdən münəzzəhdir.

Şübhəsiz, ən gözəl adlar Allah’a aid olduğu üçün Onu əskiksiz olaraq tərif etmək mümkün deyil. Allah’ı ancaq Özünün bizə bildirdiyi qədər tanıya bilirik, ucalığını ancaq Quran ayələri ilə təqdir edə bilirik. Allah bir ayəsində Öz ucalığını bu cür tərif edib:

Allah, Ondan başqa ilah yoxdur. Əbədi, əzəli varlıq Odur. O, nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa Onundur. Allah’ın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allah’ın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur! (Bəqərə surəsi, 255)