Quran möcüzələrİ

İsrail oğullarının təkəbbürlü yüksəlişləri


İsrail oğullarının təkəbbürlü yüksəlişləri

 

“Biz İsrail oğullarına kitabda: “Siz yer üzündə iki dəfə fitnə-fəsad törədəcək və çox dikbaşlıq - yüksəlişlə təkəbbürlülük - edəcəksiniz!” - deyə bildirdik. Onlardan birincisinin vaxtı gələndə üstünüzə çox güclü qullarımızı göndərdik. Onlar evlərinizin arasında gəzib dolaşırdılar. Bu vəd artıq yerinə yetirildi. Sonra sizə onların üzərində təkrar zəfər çaldırdıq, var-dövlət, oğul-uşaq verməklə kömək göstərdik və sayca sizi daha çox etdik”. (İsra surəsi, 4-6)

“İsra” surəsindəki bu ayələrdə bildirildiyi kimi, İsrail oğulları yer üzündə iki dəfə fitnə-fəsad törədəcəklər. İsrail oğullarının birinci fitnə-fəsad və təkəbbürlü yüksəlişlərindən sonra Allah onların üzərinə güclü bir ordu göndərdiyini bildirir. 

Həqiqətən də İsrail oğulları hz. Yəhyanı öldürdükləri və hz. İsanı öldürmək üçün tələ qurduqları dövrdə, yəni təkəbbürlü yüksəlişlərindən və fitnə-fəsadlarından sonra bizim eranın 70-ci ilində romalılar tərəfindən Qüdsdən sürgün edilmişdilər və bütün dünyaya yayılmışdılar. Peyğəmbərimizə (s.ə.v.) bu ayə vəhy ediləndə də yəhudilər müxtəlif ölkələrdə dağınıq yaşayırdılar və onların heç bir dövləti yox idi. Ancaq Allah ayələrdə İsrail oğullarına təkrarən güc verəcəyini xəbər vermişdir.

Peyğəmbərimizin (s.ə.v.) yaşadığı dövrdə olduqca uzaq və çətin bir ehtimal olaraq görünən bu hadisə daha sonra tam olaraq gerçəkləşdi. Yəhudilər Fələstinə qayıtdı və 1948-ci ildə İsrail dövlətini elan etdilər. Bundan sonra İsrail dövlətində yaşayan, irqçi fikirlərə malik olan bəzi sionistlərin hərəkətləri Yaxın Şərqdə qarışıqlığa səbəb olmuşdur. Bu mövcud vəziyyət də İsrail oğullarının törətdiyi ikinci fitnə-fəsada işarə edir. Ancaq bunu da zəruri olaraq qeyd etmək lazımdır ki, bu cür fitnəkar davranışın yekunlaşmasını müdafiə edən çox sayda vicdanlı və ağıllı-başlı insan var. Fitnəni təşviq edən irqçi, radikal sionistlərin də Quranda Rəbbimizin tövsiyə etdiyi kimi, bağışlama yolunu tutmaları («Əraf» surəsi, 199) gərəkir. Belə davranılarsa, «Fussilət» surəsində bildirildiyi kimi, sülh, barış, qardaşlıq şəraiti Allah`ın yardımı ilə yenidən bərpa ediləcək:

«Yaxşılıqla pislik eyni ola bilməz! Sən (pisliyi) yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi sanki yaxın bir dost görərsən!» (Fussilət surəsi, 34)

İsrail oğulları ilə əlaqəli olan bu ayədə və başqa ayələrdə mühüm məsələlərdən biri də o dövrdə imkansız görünən və baş verəcəyinə dair heç bir əlamət və ya ip ucu olmayan hadisələrin gələcəkdə olacağının xəbər verilməsidir. Əlbəttə, bütün bunlar Quranın bir möcüzəsidir.