Quran möcüzələrİ

Məkkənin fəth edilməsi


Məkkənin fəth edilməsi

 

“And olsun ki, Allah-Taala öz Peyğəmbərinin röyasının çin olduğunu təsdiq etdi. Əgər Allah istəsə, siz əmin-amanlıqla, saçlarınızı qırxdırmış, (bəziniz) qısaltmış halda və qorxmadan Məscidül-hərama daxil olacaqsınız. Allah sizin bilmədiklərinizi bilir. O, bundan əlavə, tezliklə bir qələbə də bəxş edəcəkdir”. (Fəth surəsi, 27) 

Peyğəmbərimiz Mədinədə gördüyü yuxusunda möminlərin əmin-amanlıqla Məscidül-hərama daxil olmalarını və Kəbəni təvaf etmələrini görmüş və möminləri bu xəbərlə müjdələmişdi. Çünki Məkkədən Mədinəyə hicrət edən möminlər o gündən bəri Məkkəyə gedə bilmirdilər.

Allah Peyğəmbərimizə (s.ə.v.) qatından bir kömək və yardım olaraq “Fəth” surəsinin 27-ci ayəsini vəhy etmiş və onun röyasının həqiqət olduğunu, əgər Allah istəsə, möminlərin Məkkəyə daxil olacaqlarını bildirmişdir. Həqiqətən də bir müddət sonra, əvvəlcə Hudeybiyə müqaviləsi və ardınca gələn Məkkənin fəthi ilə müsəlmanlar eynilə ayədə bildirildiyi kimi, əmin-amanlıqla Məscidül-hərama daxil olmuşdular. Beləliklə, Allah Peyğəmbərimizin (s.ə.v.) əvvəlcədən xəbər verdiyi müjdənin həqiqət olduğunu göstərmişdir.

Ancaq burada diqqətimizi çəkən başqa mühüm bir məsələ də var. “Fəth” surəsinin 27-ci ayəsinə diqqət yetirsək, Məkkənin fəth edilməsindən əvvəl gerçəkləşəcək başqa bir fəthdən bəhs edildiyi məlum olacaq. Həmçinin ayədə xəbər verildiyi kimi, müsəlmanlar əvvəlcə yəhudilərin əlində olan Xeybər qalasını fəth etmiş, sonra da Məkkəyə daxil olmuşdular.201

Məkkənin fəthinin müjdələndiyi başqa ayələrdən bəziləri də bunlardır:

“Sizi onlara qalib etdikdən sonra Məkkə vadisində onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən Odur. Allah sizin nə etdiklərinizi görəndir!” (Fəth surəsi, 24) 

“Həqiqətən, Biz sənə açıq-aşkar bir zəfər bəxş etdik! Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlayacaq, sənə olan nemətini tamam-kamal edəcək və səni düz yola müvəffəq edəcək! Allah sənə yenilməz qələbə verəcəkdir!” (Fəth surəsi, 1-3) 

“İsra” surəsinin 76-cı ayəsində isə inkarçıların da Məkkədə qalmayacaqları belə bildirilmişdir:

“Səni oradan (Məkkədən) çıxarmaq üçün az qalmışdı ki, səni o yerdə fitnəyə salsınlar. Əgər onlar belə etsəydilər, səndən sonra yalnız az bir müddət qala bilərdilər”. (İsra surəsi, 76)

Peyğəmbərimiz (s.ə.v.) hicri tarixinin 8-ci ilində Məkkəyə daxil olaraq bu şəhəri fəth etmişdir. İki il sonra da Allah`ın Quranda bildirdiyi kimi, inkarçılar Məkkədən çıxmışdılar. Burada mühüm olan başqa bir məsələ də budur: Peyğəmbərimiz (s.ə.v.) möminlərə bu müjdələri verəndə mövcud vəziyyət heç də istənilən səviyyədə deyildi. Hətta həminki şərait deyilənlərin əksini göstərir, müşriklər möminləri Məkkəyə girməməyə qəti olaraq qoymayacaqlarında təkid edirdilər. Bu isə ürəyində xəstəlik olanların Peyğəmbərimizin (s.ə.v.) dediklərinə şübhə ilə yanaşmasına səbəb olmuşdur. Ancaq Peyğəmbərimiz (s.ə.v.) Allah`a etibar edərək və insanların sözlərinə əhəmiyyət verməyərək Allah`ın ona bildirdiyinə iman gətirmiş və bunu insanlara açıqlamışdır. Onun dediklərinin çox tez bir zamanda həyata keçməsi də Quranın mühüm bir möcüzəsidir.