İnkar edənlər

Dinsizliyin iqtisadiyyatı


Dinsizliyin  iqtisadiyyatı

Müasir dövrdə ən çox bəhs edilən mövzulardan biri iqtisadi problemlərdir.Dünya əhalisinin böyük bir hissəsi aclıq sərhədində yaşayır, bir çox ölkə xarici dövlətlərin maliyyə yardımı olmadan varlığını davam etdirə bilmir.Ölkələrin yalnız yardım almaları da kifayət deyil, çünki bu yardımların faizlərini ödəyə bilmədikləri üçün daha böyük problemlərlə qarşı-qarşıya qalırlar.

Sağlamlıq xərclərindən təhsilə qədər hər mövzu çox böyük maddi güc tələb edir.Amma ən zənginindən ən kasıbına qədər bütün ölkələrdə çox böyük iqtisadi böhranın yaşandığını, işsizliyin artdığını görürük.Bir tərəfdə çox böyük zənginlik, israf və bunun nəticəsində də degenerasiya yaşandığı halda, digər tərəfdə də insanlar bir çörək üçün bir-birləri ilə mübarizə aparırlar.Həmişə bu mövzularda yazılar yazılır, simpoziumlar təşkil edilir, yığıncaqlar keçirilir, amma əsaslı həll yolu tapılmır.Hətta aclıq və səfalət gün keçdikcə daha da artır.

Yoxsulluq sərhəddində yaşayan insanların aylıq gəlirləri heç bir ehtiyaclarını  ödəmir. Digər tərəfdən dünyanın dörd bir tərəfində çox böyük işsizlik hökm sürür.İş tapa bilmək üçün insanlar saatlarla növbələrdə gözləyir, işə düzəltmə təşkilatlarında günlərini keçirirlər.Yeganə istəkləri isə işləyib dolanışıqlarını təmin edə bilməkdir.

Bəs bunların həll yolu nədir? Niyə bu problemlər əsaslı şəkildə aradan qaldırılmır?

İlk əvvəl onu qeyd etmək lazımdır ki, bir ölkə daxilindəki sabitliyin ən mühüm əlaməti iqtisadiyyatın inkişafı, istehsalın artımı, yeni iş imkanlarının yaranması və insanların əmək qabiliyyətinin artırılmasıdır. Halbuki araşdırmalara görə, bu gün hələ də dünyada əmək qabiliyyətli əhalinin təxminən 30%-i,  yəni 820 milyonu işsizdir. Bu insanların ailələrini və onların da maddi ehtiyacını nəzərə alanda vəziyyət daha da ciddiləşir. 

Dövrümüzdə iqtisadi cəhətdən çətin vəziyyətdə olan ölkələrin iqtisadiyyatı faiz sistemi üzərində qurulmuşdur. Bankların təyin etdiyi çox yüksək faizlər ölkə iqtisadiyyatına bir çox tərəfdən mənfi təsir edir. Nəticədə, insanlar pullarını sərmayəyə və istehsalata deyil, banklara qoymağa təşviq edilirlər. Faizlə, repolarla (bir günlük faiz tətbiqi) qazanılan pul insanlara işləməkdən daha asan gəlir. Əhalisinin böyük əksəriyyəti faiz və repo ilə pul qazanan ölkədə isə istehsalın və ölkənin inkişafı üçün sərmayənin artırılması qeyri-mümkündür.

Bu cür sistemlərdə bank reklamları insanlarda belə bir təsəvvür yaradır: “Siz işinizi-gücünüzü, istehsalı bir kənara qoyun və istirahət edin. Pullarınızı da banka faiz və ya repo şəklində qoyun...” Dövrümüzdə çox cəlbedici və asan yol kimi göstərilən bu məntiq əslində heç də insanlara rifah və var-dövlət qazandırmır. Heç bir sərmayənin qoyulmadığı, pulun banklarda, yastıq altında və ya kassalarda saxlanıldığı iqtisadi sistemdə bahalıq, inflyasiya kimi problemlər meydana gələcək. Pulunu faiz şəklində banka qoyaraq istirahətə gedən və istehsalata sərmayə qoymayan insanlar isə uzun müddət bu iqtisadi böhranda yaşayacaq, faizlə artan pulları inflyasiya nəticəsində daima dəyərini itirəcək.

Halbuki istehsal prosesi olarsa, ölkənin iqtisadiyyatı yaxşılaşar, satış bazarı dirçələr və hamıya fayda verər. Pulu, malı yığmaq Allahın Quranda qadağan etdiyi davranışdır. Quranda insanların əllərindəki pulu daima xeyir işlərə sərf etmək əmr olunur. Tövbə surəsində malını yığan insanlar üzücü əzabla belə müjdələnir:

Ey iman gətirənlər! Baş keşişlərdən və rahiblərdən çoxu insanların mallarını haqsız olaraq yeyir və Allah yolundan döndərirlər. Qızıl-gümüş yığıb onları Allah yolunda sərf etməyənləri üzücü bir əzabla müjdələ. (Tövbə surəsi, 34)

İslam əxlaqının hakim olduğu mühitdə həyat şəraiti daima insanların lehinə olur. Ona görə faiz qadağan olunmuş, insanların ağır borc yükü altında əziyyət çəkməsinin qarşısı alınmışdır:

Sələm yeyənlər şeytan toxunmuş kimsənin qalxdığı kimi qalxarlar. Bu onların: “Alış-veriş də sələmçilik kimidir!”– demələrinə görədir. Halbuki, Allah alış-verişi halal, sələmçiliyi isə haram etmişdir. Hər kim özünə Rəbbindən xəbərdarlıq gəldikdən sonra (sələmçiliyə) son qoyarsa, olub-keçənlər ona bağışlanar və onun işi Allaha qalar. (Sələmçiliyə) qayıdanlar isə Od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar. (Bəqərə surəsi, 275)

Allah başqa bir ayədə faizin insanlara bərəkət gətirməyəcəyini belə xəbər verir:

Allah sələmi puç edir, sədəqələri isə artırır. Allah kafirləri və günahkarları sevməz. (Bəqərə surəsi, 276)

Sabitliyin təmin edilməsi

İnsanların həyat şəraitinin yaxşılaşdırılması üçün ölkə daxilində nizamın və sabitliyin qorunması çox əhəmiyyətlidir.Bu sabitlik iqtisadiyyatdan ictimai həyata qədər hər sahəyə hakim olmalıdır.Bu məsələdə isə bütün müsəlmanlara çox böyük məsuliyyət düşür. Heç kim bir başqasından həll yolunu, nə isə etməyini gözləməməli, əlindən gələn hər şeyi etməlidir. Çünki Allah bu barədə bütün inananlara məsuliyyət vermişdir.Bu məsuliyyəti yerinə yetirmək isə əvvəlcə Quran əxlaqını və Quranın insanların həyatına təqdim etdiyi gözəllikləri izah etməklə mümkün ola bilər.

Məsələn, infak edilən (Allah yolunda xərclənən) və xeyir yolda istifadə edilən malın bərəkətli olacağına iman edən bir cəmiyyət, malının ehtiyacından artıq qalanını xeyir istiqamətində istifadə edər.Belə bir sistemdə isə bütün ölkənin rifaha çatacağı açıqdır.İnsanların belə bir anlayışı uzaq və əl çatmaz görməmələrini təmin etmənin yeganə yolu isə onlara Quran əxlaqını öyrətməkdir.

Quran əxlaqının rəhbərliyində yaşanan bir həyatda Allah qorxusu ilə hərəkət edildiyi üçün insanlar yalnız öz mənfəətləri üçün deyil, bütün insanların rahatı və mənfəəti üçün çalışarlar.Çünki İslam əxlaqında birlik və həmrəylik çox əhəmiyyətlidir. Başqasının haqqını heç kim tapdalamaz, heç kimin malına göz dikilməz. Quran əxlaqının yaşandığı bir cəmiyyətdə, dinsizliyin meydana gətirdiyi ədalətsiz, güclünün zəifi əzdiyi, insanların haqsız yollarla başqa insanların əmlakını mənimsədiyi bir sistem heç vaxt yaşanmaz.

Quran əxlaqını rəhbər etmiş bir cəmiyyətdə israf olmaz, zəngin cəmiyyət meydana gələr.Quran əxlaqının yaşandığı, zənginlik və rifahı ilə tarixdə iz qoyan Əsri Səadət dövrü bu həqiqətin açıq dəlilidir.

Həll yolu: Quran Əxlaqı

Yoxsulluq probleminin həll edilməsi üçün bir çox həll yolu təqdim edilə bilər.Ancaq burada əhəmiyyətli olan bütün problemlərdə olduğu kimi, bu mövzuda da həllin Quran əxlaqının yaşanması ilə reallaşa biləcəyidir. Çünki özü ehtiyac içində olduğu halda, yeməyini yoxsula və yetimə yedirtmək, özünün bəyənməyəcəyi şeyləri başqalarına verməmək, hiss etdirmədən kömək etmək kimi Quranda tövsiyə edilən üstün əxlaq xüsusiyyətləri ancaq Quran əxlaqı tam olaraq yaşandığında ortaya çıxar. Allah maddi yöndən güclü olanların necə davranılmalı olduğunu Nur Surəsində belə açıqlamışdır:

Sizdən, fəzilətli və varlıqlı olanlar, yaxınlara, yoxsullara və Allah yolunda hicrət edənlərə verməkdə azaltma etməsinlər, bağışlasınlar və xoş görsünlər. Allahın sizi bağışlamasını sevməzsinizmi? Allah, bağışlayandır, əsirgəyəndir.(Nur Surəsi, 22)

Açıq şəkildə göründüyü kimi, ayələrdə təsvir edilən əxlaq müasir vaxtda yaşanan nümunələrdən tamamilə fərqlidir.Quranda, ehtiyac içində olsa belə, öz ehtiyacını heç bir şəkildə üzə vurmayan, daha çox möhtac insanlara təmin edilən imkanlara göz qoymayan, comərd və xeyirxah əxlaq anlayışı təsvir edilir.Belə əxlaqın insanlar arasında yayılması ilə bu cür problemlər tamamilə təhlil ediləcək.