Quran möcüzələrİ

Quranda əbcəd hesabı


Quranda əbcəd hesabı

 

Ərəb əlifbasında hər hərfin bir dəyəri var. Yəni ərəb dilində hər hərf bir rəqəmə uyğun gəlir. Bundan istifadə edilərək müxtəlif hesablamalar aparılır. Bu hesaba "əbcəd hesabı" və ya "hisab-i cüməl" deyilir.251

Əbcəd əlifba sisteminin hər bir hərfinin müxtəlif rəqəmlərə uyğun gəlmə xüsusiyyətindən istifadə edən müsəlmanlar bundan müxtəlif sahələrdə yararlanıblar. Cifr (əbcəd) elmi də belə sahələrdən biridir.

Cifr gələcəkdə baş verməsi ehtimal edilən işlərdən xəbər verən elmin adıdır. Buna görə, simvolik şəkillər və hərflərin əbcəd sayının gəldiyi rəqəmlərin üzərində aparılan izahlar bu sahə ilə məşğul olanların müraciət etdiyi yollardan biridir. Əbcədlə cifr üsulları arasındakı əsas fərq budur ki, əbcəd artıq baş verənlər, cifr isə baş verməsi güman edilənlər haqqında elmdir.252

Bu hesab üsulu kökləri çox qədimlərə qədər gedib çıxan və Quran göndərilməmişdən əvvəl də çox geniş istifadə edilən bir üsuldur. Ərəb tarixində baş verən bütün hadisələr hərflərə rəqəm dəyəri verilərək yazılır və bununla da hər hadisənin tarixi də qeyd edilmiş olurdu. Bu tarixlər istifadə edilən hər hərfin xüsusi rəqəm dəyərlərinin toplanması ilə əldə edilirdi.

Quranda qeyd edilən bəzi ayələr bu əbcəd üsulu ilə incələnəndə bu ayələrin öz mənalarına uyğun olaraq bəzi tarixlərlə üst-üstə düşdüyünü görürük. Bu ayələrdə haqqında danışılan hadisələrin əbcəd hesabları ilə əldə edilmiş tarixlərdə həyata keçdiyini görəndə isə bəhs edilən ayələrdə həmin hadisələrə gizli bir işarə olduğunu başa düşürük. (Doğrusunu Allah bilir). 

1969-cu ildə Aya çıxılmasına Quranda işarə edilir 

"Saat yaxınlaşdı, Ay parçalandı". (Qəmər surəsi, 1) 

"Şaqqa" kəlməsi ərəb dilində "iki yerə parçalanmaq, ayrılmaq" mənası ilə yanaşı, "cızıq qoymaq, qabartmaq, torpağı becərmək, torpağın qazılması" kimi mənalarda da işlədilir: 

"Həqiqətən, biz yağışı bol yağdırdıq. Sonra yeri yaxşı yardıq. Beləcə, orada dən göyərtdik, üzüm və yonca, zeytun və xurma, bir-birinə sarmaşan bağçalar, meyvələr və ot yetişdirdik". (Əbəsə surəsi, 25-31) 

Göründüyü kimi, bu ayədə "şaqqa" kəlməsi "iki yerə yarılmaq, ayrılmaq" mənasında deyil, "torpağın yarılıb müxtəlif əkinlərin yetişməsi" mənasında işlədilmişdir. "Şaqqa" kəlməsi bu baxımdan dəyərləndiriləndə (Qəmər surəsinin 1-ci ayəsində qeyd edildiyi kimi) "Ayın yarılması" mənası ilə yanaşı, həm də 1969-cu ildə Aya çıxmaq hadisəsində Ayın torpağının üzərindəki fəaliyyətə işarə edilir (ən doğrusunu Allah bilir).

Burada həmçinin çox mühüm bir məsələyə də işarə var. "Qəmər" surəsində qeyd edilən bu ayənin bəzi kəlmələrinin əbcədi bizə 1969 rəqəmini verir. Bu hesablama üsulunda ayrıca vurğulanmalı olan mühüm bir məqam da aparılmış hesablamalarda çox böyük, yaxud da əlaqəsi olmayan rəqəmlərin çıxma ehtimalıdır. Əlaqəli rəqəmin əldə edilmə ehtimalı çox zəif olsa da, belə bir aydın rəqəmin hesablanması çox diqqət çəkici bir məsələdir.

"...Saat yaxınlaşdı və Ay parçalandı..." 

HİCRİ: 1390 - MİLADİ: 1969

* "Yaxınlaşdı" kəlməsi ərəb dilində axırda olduğu üçün saya daxil edilmir.

Amerikalı astronavtlar 1969-cu ildə Ayın üstündə tədqiqatlar aparmış, Ayın torpağı müxtəlif alətlərlə qazılmış, yarılmış və nümunə olaraq Yerə gətirilmişdir.

Ancaq bunu da bildirməliyik: əlbəttə, Ayın yarılması hadisəsi Allah`ın Peyğəmbərimizə (s) verdiyi möcüzələrdən biridir. Bir hədisdə bu möcüzə belə bildirilmişdir: 

«...Səid ibn Əbi Ərubə Qətadədən, o da Ənəs ibn Malikdən (r) nəql etdi: «Məkkə əhalisi Rəsulullahdan onlara bir ayə (bir möcüzə) göstərməsini istədi. O da onlara Ayı iki yerə bölünmüş halda göstərdi, hətta məkkəlilər Hira dağını o iki hissənin arasında gördülər». 

Yuxarıda haqqında danışılan möcüzə ayədə xəbər verilən Ayın yarılması hadisəsidir. Ancaq Quran hər əsrə baxan bir kitab olduğu üçün bu ayə ilə günümüzdə Ayın kəşfi mövzusuna da diqqət çəkildiyi güman edilə bilər (ən doğrusunu Allah bilir).