Quran möcüzələrİ

Gecələr hərəkətin azalması


Gecələr hərəkətin azalması

 


"...Gecəni bir istirahət vaxtı, günəşi və ayı bir ölçü vasitəsi edən də Odur..." ("Ənam" surəsi, 6/96)

Yuxarıdakı ayədə qeyd edilən ərəb dilindəki "səkənən" kəlməsi "sakitlik, istirahət, istirahətə çəkilmək vaxtı" mənalarına gəlir. Allah`ın Quranda bildirdiyi kimi, gecə insanlar üçün istirahət vaxtıdır. Gecələr bədəndə ifraz edilən melatonin hormonu insanı yuxuya hazırlayır. Bu hormon insanın fiziki hərəkətlərini azaldan, onu yuxulu və yorğun edən, ruhi halını dincəldən təbii bir sakitləşdiricidir.Yuxu boyu ürək döyüntüsünün və tənəffüsün ritmi yavaşıyır, qan təzyiqi aşağı düşür. Səhər olanda isə bu hormonun emalı dayanır və bədənə ayağa durmaq üçün xəbərdarlıq edilir.

Yuxu həm də bədəndəki əzələlərin və başqa toxumaların bərpasına, qocalan və ya ölən hüceyrələrin təzələnməsinə imkan verir. Yuxu zamanı enerji tələbatı azaldığı üçün bütün gecə boyunca bədəndəki enerji ehtiyata yığılır. Bundan əlavə, immunitet sistemi üçün xüsusi əhəmiyyət kəsb edən bəzi mühüm kimyəvi və inkişaf hormonları da yuxu vaxtı ifraz edilir. Buna görə, adam kifayət qədər yatmayanda immunitet sistemi bu vəziyyətdən dərhal təsirlənir və bədən xəstəliklər qarşısında tam müdafiəsiz qalır. Bir adam iki gün yatmazsa, onun diqqətini cəmləşdirməsi çətinləşər, o, başqa vaxtlara nisbətən daha çox səhv edər. Bir adam üç gün yatmazsa, onda hallüsinasiyalar (qarabasmalar) başlayır və o, məntiqlə fikirləşə bilmək qabiliyyətini itirir.

Gecə vaxtı insanlar kimi başqa canlılar üçün də istirahət vaxtıdır. Allah`ın gecəni bir istirahət vaxtı etməsi haqqındakı ayəsi ilə xəbər verdiyi bu vəziyyət adi gözlə müəyyən edilməsi mümkün olmayan mühüm bir həqiqətə işarət edir. Yer üzündə gündüz vaxtı həyata keçən fəaliyyətlər gecə yavaşıyır, istirahətə keçir. Məsələn, bitkilərdə günəşin çıxması ilə birlikdə yarpaqda tərləmək və buna bağlı olaraq fotosintez çoxalmağa başlayır. Günortadan sonra isə bu hadisə tərsinə çevrilir, yəni fotosintez yavaşıyır, nəfəs alıb-vermə çoxalır, çünki istiliyin çoxalması ilə birlikdə tərləmək də sürətlənir. Gecə isə istiliyin azalması ilə birlikdə tərləmə prosesi yavaşıyır və bitki rahatlanır. Əgər hətta bir gün gecə olmasa, bitkilərin çoxu ölərdi. Bu baxımdan, gecə insanlar üçün olduğu kimi, bitkilər üçün də istirahət etmək və dincəlmək vaxtı mənasına gəlir.

Hərəkət gecələr molekulyar səviyyədə də azalır.Gündüzlər Günəşin yaydığı radiasiya Yerin atmosferindəki atom və molekulları hərəkətə gətirərək onların daha yüksək enerji səviyyəsinə çatmalarına səbəb olur. Qaranlıq çökəndə atom və molekullar daha aşağı enerji səviyyəsinə düşür və radiasiya yaymağa başlayırlar.

Quranın "Ənam" surəsinin 96-cı ayəsinin yuxarıda bəhs etdiyimiz bu elmi məlumatlara işarə olması ehtimalı var və bu da Quranın saysız möcüzələrindən biridir (ən doğrusunu Allah bilir).