İman HƏQİQƏTLƏRİ

Misir piramidalarındakı sirlər


Misir piramidalarındakı sirlər

Mədəniyyətlərin ibtidaidən aliyə doğru inkişaf etməsi iddiası təkamülçülərin tarix haqqında uydurduqları yalandır.

Təkamül nəzəriyyəsinin iddialarını və yalanlarını bir kənara qoyub tarixi qaynaq və kəşfləri araşdırsaq, qarşımıza inkişaf etmiş texnologiyalardan istifadə edən mədəniyyətlər çıxar. Qədim Misir, maya və şumerlərdən günümüzə qədər qalan izlər göstərir ki, onlar elektrik, elektrokimya, elektromaqnetizm, meteorologiya, hidrogeologiya, tibb, kimya və fizika kimi elm sahələrindən geniş miqyasda istifadə ediblər.

Qədim Misirdə elektrik daha səmərəli şəkildə istehsal edilir və geniş sahələrdə tətbiq edilirdi. Bağdad batareyası və ilk ark lampaları da o dövrdə istifadə olunmuşdu. Qədim Misirdə elektrik istehsalı bununla məhdudlaşmırdı. Misir tarixinə diqqətlə nəzər salsaq, işıqlandırma sistemindəki mükəmməliyi görərik.Piramidalar və kral məzarlarının dəhlizlərində heç bir his izinə rast gəlinmir, çünki bu hissələrdə elektrik işıqlandırmasından istifadə olunub. Xüsusi relyefli rəsimlərlə bəzədilmiş divarlardan da göründüyü kimi, misirlilər  kabelsiz elektrik qaynağı ilə yanan və əldə daşınan lampalardan isitifadə ediblər. İskəndəriyyə mayakında istifadə olunan ark lampası da qədim Misirdə elektrikdən istifadə olunduğunu göstərən bir başqa dılildir. 24 saat yanan İskəndəriyyə mayakının ehtiyacı olan enerji davamlı elektrik qaynağı ilə təmin edilirdi. Misir piramidaları alternativ elektrik istehsal edən nəhəng enerji stansiyaları idi.  Birincisi, piramidanın çölü bir ülgücün belə arasından keçə bilməyəcəyi şəkildə, ağ kirəcdaşı ilə hörülmüşdü. Ağ kirəcdaşının tərkibində maqnezium yoxdur  və yüksək səviyyədə dielektrik xüsusiyyətə malikdir. Bu dielektrik xüsusiyyətinə görə piramidanın içindəki işıq nizamsız şəkildə kənara yayılmır. İkincisi, piramidanın içində istifadə olunan daş bloklar elektrik cərəyanını yüksək səviyyədə ötürmə qabiliyyətinə malik, tərkibində kristal və az miqdarda metal olan bir başqa növ kirəcdaşından hazırlanmışdır. Piramidanın içindəki tunellər isə qranit qatı ilə örtülmüşdür. Keçirici xüsusiyyətə malik daş olan qranit çox az miqdarda radioaktiv maddədir və tunellərin içindəki havanın ionlaşmasını təmin edir. Dielektrik   elektrik kabelini araşdırdığımız zaman keçirici və dielektrik maddələrin piramidalarda olduğu kimi, eyni qayda ilə istifadə olunduğunu görərik.  Üçüncüsü, piramidanın keçirici və dielektrik quruluşu mükəmməl mühəndislik nümunəsidir. Lakin elektrik istehsalı üçün enerji qaynağına ehtiyac vardır. Piramidaların yerləşdiyi Giza vadisi yeraltı su kanalları ilə örtülmüşdür. Piramidalar arası su ilə dolu olan əhəng daşı süxurunun üstündə yüksəlir. Yeraltı suları yuxarı daşıdığı zaman elektrik cərəyanını da yuxarı ötürən bu xüsusi süxur qatlarına akifer deyilir. Akiferlərdən keçən Nil çayının yüksək axın sürəti elektrik cərəyanı yaradır. Buna fizio elektrik deyilir. Piramidanın yeraltı otaqları bu fizio elektrik yüklü süxurların içində qurulmuş qranit keçiricilərdir. Elektrik axını piramidanın qranitlə örtülü yeraltı otaqlarından üst qatlara doğru ötürülür. Qranit elektrik cərəyanını yüksək səviyyədə ötürmə qabiliyyətinə malikdir. Piramidanın zəminində formalaşan elektromaqnit sahə mərkəzləşmış şəkildə piramidanın üst qatlarına çatdırılır. Piramidanın təpəsində yüksək keçiriciliyi olan qızıldan təbəqə vardır. Bu təbəqə bu gün yerində yoxdur. Bu səbəbdən, piramidanın təpəsi qüsursuz geometrik formasını itirib. Bu qızıl təbəqənin neqativ ionların ionosferə ötürülməsində əhəmiyyətli rolu vardır. Bu şəkildə bir elektrik dövriyyəsi baş tutmuş olur.

Yaxşı, bəs akiferin köməyi ilə elektromaqnit sahəni torpağın üstünə ötürmək nə işə yarayır?

Misirdə beş min il bundan əvvəl isitifadə olunan texnologiyanın eynisini 1900-cü illərin əvvəlində elektrik texnologiyasının ixtiraçısı kimi tanınan Nikola Tesla Amerikada inşa etdirdiyi binada tətbiq etmişdir. Alternativ cərəyan, elektrik motoru, radio, lazer, radar kimi əsas elektrik texnologiyasının ixtiraçısı olan Nikola Tesla 1901-1917-ci illərdə inşa etdiyi Wardenclyffe (Vordenklif) qülləsində səs və görüntünü qitələr arasında eyni zamanda ötürərkən bayırdan gələn elektrik qaynağından istifadə etməmiş, hətta kabelsiz enerji ötürmə texnoloqiyasını tətbiq etmişdir. Tesla da bu qülləni akifer üzərində inşa etmişdi və akiferin neqativ ionlarını qülləyə daşıyırdı. Teslanın məhşur Vordenklif qülləsində istifadə olunan elektromaqnit texnologiya piramidaların inşasında istifadə edilən elektromaqnit sahənin eynisidir. Hər iki qurğu neqativ ion hazırlayan və elektrik kabelinə ehtiyacı olmayan ötürücü sistemlərdir. Bəs misirlilər elektrikdən nə məqsədlə istifadə edirdilər?

Misirlilərin kabelsiz elektrik qaynağı ilə yanan və əldə daşınan ampula tipli lampalardan istifadə etdikləri divar rəsmlərində açıq şəkildə görünür. Bu lampalar Nikola Teslanın alternativ cərəyanın zərərsiz olduğunu göstərən təqdimatlarından bizə tanışdır. 1983-cu ildə Çikaqodakı dünya sərgisində Nikola Tesla alternativ cərəyanı bədənindən keçirərək əlindəki lampanı heç kabel olmadan yandırmışdır.

Böyük piramidanın ətrafında aparılan elektromaqnit hesablamaların cəmi dünyanın hər hansı bir yerində  ildırımla dolu olan fırtınada aparılan hesablamalarla eynidir. Piramidanın ətrafında yüksək elktromaqnit sahə vardır. Bunu aparılan ən bəsit təcrübə ilə də anlamaq olar. Piramidanın zirvəsində nəm parçaya bürünmüş bir şüşə ilə dayansaq, sanki yüksək gərginlikli sayğacın üstündəki kimi şüşədən qığılcımlar çıxar.

Piramidalardan qəbir kimi istifadə olunmayıb

Bu günə qədər piramidaların firon qəbirləri olduğu haqqında çoxlu məlumatlar var. Lakin böyük piramidanın dəhlizlərində bu haqda heç bir işarə və ya yazı yoxdur. Bu tikili abidə deyil, əksinə müəyyən məqsədlər üçün istifadə olunan binaları xatırladır.

Arxeoloqlar piramidanın kral otağı adlandırılan mərkəzi otağında içi boş daş sandıq tapıblar. Bu daş sandığın içində əvvəllər fironun tabutu olduğunu, lakin oğurlandığı üçün boş qaldığını iddia edirlər. Lakin daş sandığın ölçüsü və onun otaqda yerləşmə yerinə baxsaq, başqa həqiqət ortaya çıxır. Bu sandıq piramidanın xüsusi ötürücü formasının və yerdə qalan bütün dizaynın tamamlanması üçün  çatışmayan elementin yerində yerləşır.

Burada bir super ötürücü maddə olduğu təqdirdə piramida bütün Misirə kifayət edəcək qədər elektrik enerjisi hasil edə bilir. Qədim zamanlarda Misirdə olduğu bilinən, ölçüləri isə tam olaraq daş sandığın içinə yerləşəcək qədər olan bu super ötürücü maddənin müqəddəs əhd sandığı olduğu güman edilir.

Hz. Musa firon tərəfindən övladlığa götürülmüşdü. Tarixi qaynaqlara görə, üstün əxlaqlı, ağıllı və bacarıqlı olduğu üçün Misirin idarəçisi kimi yetişdirilmişdi.

Qədim Misirdəki idarəçilərə verilən təhsil pilləsindən biri də Misirin bütün gizli sirlərinin və enerji elminin öyrədilməsidir. Müxtəlif qaynaqlarda müqəddəs sandığın digər xüsusiyyətləri ilə yanaşı kondensator kimi funksiyası haqqında və bu kondensatorun Misirin enerji qaynağı olması barədə məlumat var. Hz. Musa Misirdən çıxdığı zaman müqəddəs sandığı da özü ilə apardığı təxmin edilir. Tarixi mənbələrə görə, fironun son ana qədər hz. Musanı təqib etməsi və var gücü ilə ona yetişmək istəyinin səbəblərindən biri də müqəddəs sandığın onda olmasıdır. Firon bilirdi ki, elektrik enerjisindən istifadə olunmazsa, Misirin sahib olduğu zənginlik və ehtişam yox olacaqdı. Tarixi qeydlərə nəzər salsaq, hz. Musa ilə eyni vaxtda yaşayan II Ramzes dövründə Misir ən yüksək mədəniyyət səviyyəsində idi. Ondan sonra 10 il içində mədəniyyət tamamilə çökmüşdü, hətta sakınlər Gizanı tərk etmişdilər.

Növbəti sülalənin gəlib buraya yerləşməsinə qədər bir zamanlar mədəniyyət mərkəzi olan şəhər boş qalmışdı. Bəs bu dövrdə kabelsiz elektrik texnologiyasını bilən sadəcə misirlilər idimi?

Mayalılardan və assuriyalılardan qalan izləri araşdırdığımız zaman piramidalarda tətbiq olunan texnikanın eynisini təsvir edən rəsmlərə rast gələrik.

Bütün bu məlumatlar bir daha göstərir ki, keçmişdə təkamülçülərin iddia etdiyi kimi, ibtidai insanlar və cəmiyyətlər yaşamayıb. Tarixin hər dönəmində mədəniyyət baxımından inkişaf etmiş və geri qalmış cəmiyyətlər eyni vaxtda yaşayıblar. Minlərlə il bundan qabaq yaşamış cəmiyyətlər XX əsrdəki cəmiyyətlərdən daha üstün texnologiyaya sahib olmuşdular.

Bu da göstərir ki, inkişaf təkamül nəticəsində baş verməyib, yəni tarix boyu ibtidai cəmiyyətdən aliyə doğru bir inkişaf yolu olmayıb.