Quran möcüzələrİ

Təkrar qida istehsalı


Təkrar qida istehsalı

 

"Şübhəsiz ki, toxumu da, çərdəyi də cücərdib çatladan, ölüdən diri, diridən də ölü çıxaran Allah`dır. Budur Allah! Axı siz Ondan nə cür döndərilirsiniz?" ("Ənam" surəsi, 6/95)

Yuxarıdakı ayədə Quranın göndərildiyi dövrdə bilinməsi mümkün olmayan bir qidanın cücərdilməsinə diqqət çəkilmişdir. Bir canlı öləndə mikroorqanizmlər onu sürətlə parçalayır, beləliklə də ölü bədən üzvi molekullara ayrılmış olur. Bu molekullar torpağa qarışaraq bitki və heyvanların, dolayısilə də insanların əsas qida mənbəyinə çevrilir. Əgər bu çevrilmə olmasaydı, həyat da mümkün olmazdı.

Bakteriyaların da üzərinə canlıların kəskin ehtiyac duyduğu mineralları və qidaları hazırlamaq vəzifəsi düşür. Qış boyu haradasa ölü vəziyyətdə olan bitki və heyvanların yazda təkrarən ehtiyac duyacağı bütün qida və minerallar bakteriyaların qışdakı fəaliyyəti ilə təmin edilir. Qış ərzində bakteriyalar üzvi maddə ifraz edən canlıları, yəni heyvan və bitki ölülərini ayıraraq onları minerallara çevirirlər.Beləliklə, canlılar yazda oyananda qidalarını da hazır olaraq tapırlar. Bakteriyaların fəaliyyəti sayəsində həm olduqları şəraitdə bir "yaz təmizliyi" edilmiş, həm də yayda təkrar canlanan təbiət üçün kifayət qədər qida hazırlanmış olur.

Göründüyü kimi, ölən canlılar yeni canlıların yaşaması üçün ilk növbədə həyat rolunu oynayırlar. Beləliklə, Allah`ın ayədə "ölüdən diri, diridən də ölü çıxardan" ifadəsi ilə diqqət yetirdiyi bu təkrar çevrilmələr və ya təkrar qida istehsalı ən mükəmməl səviyyədə həyata keçirilir. Quranda belə müfəssəl bir məlumata əsrlərdən əvvəl diqqət çəkilməsi Quranın Allah`ın sözü olduğunun dəlillərindən biridir.