İman edən ALİMLƏR

Robert Boyl (1627-1691)


Robert Boyl (1627-1691)

Boyl müa­sir kim­ya­nın ba­ni­si və el­min in­ki­şa­fı­na yol aç­mış bir çox kəşf­lə­rin mü­əl­li­fi­dir. Bu­na nü­mu­nə ola­raq Ro­bert Boy­lun qa­zın təz­yi­qi ilə ha­va­nın həc­mi ara­sın­da­kı ası­lı­lı­ğı kəşf et­mə­si­ni gös­tər­mək olar. Bu­nun əsa­sın­da za­man öt­dük­cə in­di Boyl qa­nu­nu ki­mi ta­nın­mış prin­sip­lər for­ma­laş­dı­rıl­mış­dır. Bun­dan əla­və, lak­mus ka­ğı­zı­nın və ən bə­sit so­yu­du­cu­nun icad edil­mə­si Boy­la məx­sus­dur. Ro­bert Boyl su­yun do­nar­kən ge­niş­lən­di­yi fak­tı­nı mü­əy­yən et­miş, kim­yə­vi ele­ment­lə­rin ilk müa­sir təs­ni­fa­tı­nı ha­zır­la­mış­dı. Ro­bert Boyl "ha­va­da təz­yiq ol­du­ğun­dan atom zər­rə­cik­lə­ri ara­sın­da boş­luq ol­ma­lı­dır" fik­ri­ni söy­lə­yə­rək atom nə­zə­riy­yə­si­ni də zən­gin­ləş­dir­miş­dir.

Bu qə­dər kəş­fin mü­əl­li­fi olan Ro­bert Boyl Allah`ın möv­cud­lu­ğu­na ina­nır­dı. O he­sab edir­di ki, kai­nat­da uca Allah`ın hə­ya­ta ke­çir­di­yi mü­əy­yən şü­ur­lu mə­na var. Ro­bert Boyl öz əsər­lə­rin­də və ifa­də­lə­rin­də tez-tez qeyd edir­di ki, elm Allah`a inan­maq­dan ay­rıl­ma­ma­lı­dır. Mək­tub­la­rı­nın bi­rin­də o ya­zır­dı: "Tə­biə­ti ya­ra­dana həmd oxu­yun... Bil­di­yi­ni­zi bə­şə­riy­yə­tin ri­fa­hı və xoş­bəxt­li­yi yo­lun­da sərf edin".

Ro­bert Boyl baş­qa bir fik­rin­də bil­di­rir­di ki, can­lı or­qa­nizm­lə­rin mü­kəm­məl­li­yi Allah`ın var­lı­ğı­nın sü­bu­tu­dur: "Dün­ya­da­kı möv­cud sis­tem­lə­rin mü­kəm­məl­li­yi, xü­su­si­lə də can­lı­la­rın hey­rə­ta­miz xü­su­siy­yət və qa­bi­liy­yət­lə­ri, on­la­rın hey­rət do­ğu­ran qu­ru­luş­la­rı əsr­lər ər­zin­də mü­tə­fək­kir­lə­rin Allah`ın möv­cud­lu­ğu­nu eti­raf et­mə­si­nin sə­bə­bi idi".