Peyğəmbərlər

Peyğəmbərimizin (s.ə.v) şəhid edilməsi Allahın böyük möcüzəsidir


Peyğəmbərimizin (s.ə.v) şəhid edilməsi Allahın böyük möcüzəsidir

Peyğəmbərimizin (s.ə.v) haqqa və doğruya dəvəti haqsızlıq və zülmdən mənfəət əldə edən, mövqelərini itirməkdən qorxan bəzilərinin Peyğəmbərimizə (s.ə.v) və onunla birlikdə olan möminlərə müxtəlif tələlər qurmasına səbəb olmuşdur. Çünki Peyğəmbərimizin (s.ə.v) açıqladığı həqiqətlərlə əllərində olan dünyəvi mənfəətlərin böyük əksəriyyəti bir anda dəyərini itirmişdir. Təkəbbürlü olduqlarına görə, o vaxta qədər sitayiş etdikləri bütlərə bağlılıqda israr etmiş, batil inanclarından əl çəkmək istəməmişlər. Əksinə, Peyğəmbərimizi (s.ə.v) ya din əxlaqından uzaqlaşdırmaq,  ya da şəhid etmək üçün birlikdə plan qurmuşlar. Halbuki, iman gətirməyənlər Peyğəmbərimizi (s.ə.v) uca Allahın qoruduğunu bilmirdilər.

Peyğəmbərimiz (s.ə.v) Allahın razılığını hər şeydən üstün tutan, Allahın rəhmətini və Cənnətini ümid edən, çox güclü imana malik müsəlmandır. Peyğəmbərimizi (s.ə.v) mübarizəsindən ayırmaq üçün çoxlu tələlər quran müşriklərin başçıları bu məqsədlərinə nail olmadıqda Peyğəmbərimizi (s.ə.v) sürgün etmək, həbs etmək və nəhayət şəhid etmək üçün xain planlar qurmağa başlamışdılar. İslam mənbələrində bu tarixi fakt belə verilir:

İbn İshaqın rəvayətinə görə, Qureyş qəbiləsi birlikdə Rəsulullah (s.ə.v) haqqında məsləhətləşib bir-birinə belə dedilər: “Bu şəxsin vəziyyətinin hansı səviyyəyə çatdığını görürsünüz”. Bunu müzakirə etməyə başladılar. Aralarından biri: “Onu həbs edək, kimsə ilə görüşməsinə imkan verməyib ölənə qədər oradan çıxarmayaq! Həyatda qalması üçün yemək verək!..”- dedi. Ancaq bu təklif etirazlara səbəb oldu. Belə bir hərəkət qarışıqlığa səbəb ola bilərdi. Onlardan biri: “Onu həbs etməyək, Məkkədən sürgün edək...”- desə də, bu da uyğun hesab edilmədi. Çünki: “Muhəmməd (s.ə.v) ərəblərin hər hansı qəbiləsinə gedər, gözəl sözləri ilə onları özünə bağlayar, arxasınca aparar və bizdən intiqam alar...”- dedilər. Bu zaman Əbu Cəhl belə dedi: “Muhəmmədi (s.ə.v) öldürməkdən başqa çarə yoxdur.” (Siret Ansiklopedisi, 3-cü cild, səh. 104)

Allah inkarçıların tələlərini pozulmuş şəkildə yaradır

Hədislərdə Peyğəmbərimiz hz. Muhəmmədin (s.ə.v) ən böyük düşmənlərindən biri kimi tanınan Əbu Cəhlin Allahın elçisini şəhid etmək üçün daima fürsət güddüyü rəvayət edilir. İmam Buxari bu barədə İbn Abbasdan belə rəvayət etmişdir:

Əbu Cəhl: “Əgər Muhəmmədi (s.ə.v) Kəbədə namaz qılarkən görsəm, boynunu əzəcəm!”- dedi. Allah Rəsulu (s.ə.v) belə buyurdu: “Əgər bunu etsəydi, mələklər gəlib hər kəsin gözü önündə onu tutacaqdılar”. (İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (s.a.v.) el-Hasaisü’l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, s. 317)

İbn İshaq, Beyhəki və Əbu Nuaym da İbn Abbasdan belə rəvayət ediblər:

“... Rəsulullah (s.ə.v) səcdəyə gedəndə Əbu Cəhl böyük bir daş alıb ona tərəf getdi. Daşı atmaq istədikdə qorxudan rəngi qaçmış, əli daşa yapışmış şəkildə geri qayıtdı. Qorxusundan əlindəki daşı başqa tərəfə atdı. Qureyşlillər bunu gördükdə belə dedilər: “Nə olub, danış görək!” Belə cavab verdi: “Ona yaxınlaşdıqda böyük dəvə gördüm. Həyatımda başı və boynu o qədər böyük dəvə görməmişdim. Əgər daşı atsaydım, dəvə məni azı dişləri ilə parça-parça edərdi”. Allah Rəsulu (s.ə.v) belə buyurdu: “Onun gördüyü Cəbrail (ə.s) idi. Mənə yaxınlaşsaydı, Cəbrail (ə.s) onu götürüb atacaqdı”. (İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (s.a.v.) el-Hasaisü’l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, s. 317)

İman gətirməyənlərin və müşriklərin qurduğu bu planlar bir Quran ayəsində belə xəbər verilmişdir:

Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da (Məkkədən) çıxardıb qovmaq üçün sənə qarşı hiylə qururdular. Allah da (onların bu hiyləsinə qarşı) tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır! (Ənfal surəsi, 30)

Ayədə buyurulduğu kimi, Rəbbimiz tədbir tökənlərin ən xeyirlisidir və onların bütün tələlərindən Peyğəmbərimizi (s.ə.v) qorumuşdur. Allahın “... onların hiyləsi sizə heç bir zərər yetirməz. Şübhəsiz ki, Allah onların nə etdiklərini biləndir. (Ali-İmran surəsi, 120)” ayəsinin hökmünə uyğun olaraq möcüzəvi şəkildə Peyğəmbərimizə heç bir zərər verə bilməyiblər.

Bütün gücün sahibi olan Allah Quranda “... Göylərin və yerin orduları Allahındır. Allah Biləndir, Hikmət sahibidir. (Fəth surəsi, 4)” ayəsi ilə xəbər verdiyi kimi, yer üzündəki bütün insanları da, orduları da qüdrəti ilə ehtiva edəndir. İman gətirməyənlər Allahın sonsuz gücünü təqdir edə bilmədikləri üçün Peyğəmbərimizə (s.ə.v) əllərini uzatmağa cəhd etmişdilər. Əvəzində Allah iman gətirməyənlərin Peyğəmbərimizə (s.ə.v) qurduğu tələləri pozmaq üçün Quranda “Onlar hiylə qurdular, Allah da hiylə qurdu. Allah hiylə quranların ən yaxşısıdır. (Ali-İmran surəsi, 54)” ayəsi ilə xəbər verildiyi kimi, ən qüsursuz hiyləni qurmuşdur. İman gətirməyənlər yaxşılığına və gözəl əxlaqına şəxsən şahid olduqları Allahın elçisi hz. Muhəmmədə (s.ə.v) qarşı gizli planlar qurarkən Allahın onları eşitdiyindən və gördüyündən xəbərsiz idilər. Beləliklə, münafiqlər və öndə gedən inkarçılar, əslində, özlərinin tələyə düşəcəklərini anlamayıblar:

Onlar hiylə qurdular. Onların hiyləsi Allah dərgahında məlumdur. Onların hiyləsi ilə dağlar yerindən oynayan deyildir! (İbrahim surəsi, 46)

Peyğəmbərimiz (s.ə.v) uca Allahın qoruduğu mübarək şəxsdir

Müşriklərin və kafirlərin Peyğəmbərimizi (s.ə.v) şəhid etmək məqsədi ilə xain planlarını həyata keçirmək üçün maddi və mənəvi imkanlarının olmasına baxmayaraq, əsla buna nail ola bilməmişlər. Çünki Peyğəmbərimiz (s.ə.v) Allahın mühafizəsi ilə hərəkət edən mübarək şəxsdir. Hədislərdə Peyğəmbərimizi (s.ə.v) şəhid etmək üçün bütün qəbilələrdən gənc, güclü, silahlı insanların tapıldığı xəbər verilir. Bununla yanaşı, Peyğəmbərimizi (s.ə.v) qılıncla şəhid etməyə gələn çox sayda insan var. Hədislərdə bu insanların birlikdə, eyni anda hz. Muhəmmədə (s.ə.v) hücum edərək onu şəhid etməyi planlaşdırdığı bildirilir. Buna baxmayaraq, Peyğəmbərimizin (s.ə.v) şəhid edilməməsi, Allahın kafirlərin və müşriklərin tələsini hər dəfə pozması Peyğəmbərimizin (s.ə.v) başına gələn çox böyük möcüzələrdəndir.

Peyğəmbərimizin (s.ə.v) üstünlüyünü  anlamayan kafirlər, əslində, hər şeyin tək hakimi olan Allahın gücünü təqdir edə bilmirlər. Allahın mühafizəsi altında olan Peyğəmbərimizi (s.ə.v) məğlub edə biləcəklərini düşünmələri, əlbəttə, onların qəflətdə olduğunu göstərir. Çünki onlar sonu əvvəlcədən müəyyən olan, özlərinin məğlubiyyəti ilə nəticələnəcək mübarizəyə qoşulublar. Allah bir ayədə belə buyurur:

Allah: “And olsun ki, Mən və elçilərim qalib gələcəyik!” – deyə yazmışdır. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir! (Mücadilə surəsi, 21)

Allah başqa bir ayədə Peyğəmbərimizə (s.ə.v) kimsənin zərər verə bilməyəcəyini, Allahın, Cəbrailin, mələklərin və saleh möminlərin onun dostu, köməkçisi, dəstəkçisi olduğunu belə xəbər verir:

Əgər ikiniz də (Allaha tövbə etsəniz çox yaxşı olar). Çünki qəlbləriniz (günaha) meyil etdi. Əgər ona qarşı bir-birinizə kömək etsəniz, onun mövlası Allah, yardım göstərənləri isə Cəbrail, əməlisaleh möminlər və bundan sonra da  mələklərdir. (Təhrim surəsi, 4)