DİGƏR varlıqlar

Şeytanın taktikaları


Şeytanın taktikaları

Qiyamətə qədər davam edəcək mübarizəsinin sonunda şeytan milyardlarla insanı özü ilə birlikdə cəhənnəm atəşinin içinə aparır. Ancaq bir qrup insanlar var ki, şeytan onlara qarşı əsla zəfər qazanmayacaq. Onlar möminlərdir. Çünki möminlər Allahın yer üzündəki xəlifələridir və onun himayəsi altındadırlar. Şeytanın oyunlarının onlara heç bir təsiri olmur. Şeytan tərəfindən də etiraf edilən bu həqiqət Quranda belə bildirilir:

“İblis dedi: “Ey Rəbbim! Məni azdırmağına (rəhmətindən kənar etməyinə) and içirəm ki, mən də insanlara pis əməllərini yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam. Yalnız sənin sadiq bəndələrindən başqa” (“Hicr”, 15/39-40).

Ayədən də aydın olduğu kimi, şeytanın gücü həqiqi möminləri azdırmağa çatmaz. Ancaq heç kim də özünü “cənnətlik” hesab edə bilməz. Mömin bir kəs “şübhəsiz, Rəbbinin əzabından arxayın olmaq olmaz” (“Məaric”, 70/28) ayəsi üzrə imanını qorumaq üçün hər zaman “Allahın ipindən möhkəm yapışmaq” (“Ali-İmran”, 3/103) məcburiyyətindədir. Şeytan insanların “düz yolunun üstündə oturacağı” (“Əraf”, 7/16), onların “ayaqlarını büdrətmək” (“Ali-İmran”, 3/155) istəyəcəyi üçün mömin onun hiylə və oyunlarına qarşı ayıq olmalıdır. Əks təqdirdə bu tələlərə düşər və hətta bir müddət sonra dindən də çıxa bilir. İndi şeytanın insanları cəhənnəmə çəkmək üçün işlətdiyi fəndlərini ayrı-ayrı araşdıraq.

Vəsvəsə verir

Möminlərin ən böyük düşmənlərinə qarşı mübarizəsi ömür boyu davam edib. Bu savaş zamanı şeytan müxtəlif fəndlərdən istifadə edir. Şeytan insana heç bir zaman əsl üzünü göstərməz, qarşısına çıxıb “mən şeytanam və sənin cəhənnəmdə yanmağını istəyirəm” deməz. Onun əvəzinə “İnsanların ürəklərinə vəsvəsə verərək” (“Nas”, 114/4-5) öz varlığını məharətlə gizlədər.

Şeytana əhəmiyyət verməyən insan onun təlqinlərini öz düşüncəsi zənn edər. Sonra şeytan onu bu fikirlərin doğru olduğuna inandırır. Bunun nəticəsində bir çox insanı - ağılları özlərində olmadığı anda - tam nəzarət altına alır.

Ancaq möminlər sinələrə və qəlblərə girib vəvəsə verən bu düşməni Quran vasitəsi ilə safçürük edə bilir. Mömin əvvəlcə qəlbindən gələn bu səsin şeytana yoxsa öz vicdanına aid olduğunu ayırd edəcək bir nur və fərasət sahibidir. İnsan şeytanın oyununa fikir verdikdən sonra Quranda əmr edilən qayda üzrə hərəkət edər, Allaha sığınar. Çünki Allahı anan bir möminin qarşısında şeytanın vəsvəsəsinin heç bir hökmü qalmaz. Allah bu önəmli sirri Quranda belə bildirir:

“Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, Allah hər şeyi eşidən və biləndir. Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman onlar xatırlayıb düşünərlər və dərhal görən olurlar (“Əraf”, 7/200-201).

Dünya həyatı bir imtahan yeri olduğu üçün hər gün insanın qarşısına müxtəlif hadisələr çıxır, insan müxtəlif vəziyyətlərlə qarşılaşır. Bütün hallarda şeytan kənarda pusquda dayanır və möminin bu vəziyyətlərdə göstərə biləcəyi kiçik zəiflik onun üçün böyük bir fürsət olur.
Şeytan bu fürsətlərin hamısından istifadə edir, ancaq özünün varlığını heç bir şəkildə hiss etdirməməyə çalışır.
Əgər mömin içində olduğu hadisələrdə və işlərdə hər şeyin tərs getdiyini, sıxıntı verdiyini, vicdanının nrahat olduğunu hiss edirsə, o dəqiqə dayanıb düşünməlidir. Bunun üçün ən asan yol insanın özünə xaricdən başqasının gözü ilə baxmasıdır. Beləliklə də insan qarşısındakı insanı, yəni özünü bu suallar vasitəsilə aydın görür;

* Həmin an beynindəki düşüncələr Quranla uyğun gəlirmi?
* Allahı anmaqda tənbəllik göstərirmi?
* Quranda buyurulan hökm və qadağalara əməl etməkdə tənbəllik edirmi? 
* Planları Allahın rizası və axirəti xaricindəki məqsədəmi yönəlib?
* O an üçün öz xeyri digər möminlərdən ön plandadırmı?
* Möminlər içində özünün xüsusi bir yeri olduğunu və yerinin doldurulmayacağını düşünürmü?
* Olan hadisədən təvəkkül etmədiyini, buna görə haqsızlığa uğradığını düşünürmü?
* Etdiyi fədakarlığı başqa insanların bilməsini və danışılmasını istəyirmi?
* Sevdiyi maldan vermək lazım olduğu halda bir bəhanə edib verməməyəmi çalışır?
* Hər hansı bir dünya malına qarşı hərislikmi edir?
* Gələcəkə bağlı qorxu hissinə malikdirmi?
* Özünə qarşı Quran əsasında hərəkət ediləndə buna dözümsüzlük göstərirmi?
* Allaha və dinə düşmən olan bir kimsəyə qarşı içində bir sevgi, bağlılıq varmı?
*   Quran oxumağı, dua etməyi və ya əməli saleh işlərdə olmağı üzürsüz səbəblər üzündən təxirə saldımı?

Əgər içindəki sıxıntı burada sayılanlardan və ya bunlara bənzər hallardan əmələ gəlirsə, bu insanın qəlbinə şeytan daxil olmuşdur. Zənn etdiyi bu düşüncələrin hamısı şeytanın qəlbinə verdiyi vəsvəsədir. Şeytan müxtəlif insanlara müxtəlif yollarla təsir etməyə çalışır.

Dindən uzaq, Qurandan xəbərsiz yaşayan bir kimsəni bu həyat tərzinə davam etməsi üçün fəndlər işlədir. Şeytan onları tamamilə dünya həyatına yönəldir, dünyanın fani, keçici bərbəzəyinə bağlayır, beləliklə də onların pak dindən uzaq olmalarına səbəb olur.
Şeytan dinə təzə-təzə maraq göstərən insanı ətrafı tərəfindən təklənəcəyi, din üzrə yaşamağa başlayarsa, bunu davam etdirə bilməyəcəyi kimi boş və yersiz düşüncələrə salaraq dindən uzaqlaşdırmağa çalışır.

Şeytan möminlərə qarşı da fəaliyyəti davam etdirir. Məsələn, möminin digər möminə hirslənməsi və ya Quran oxumağı ağlından keçirdikdə əsassız bir bəhanə tapıb bundan imtina etməsi bu fəaliyyətin nəticəsidir. Ancaq şeytan möminə “Quran oxuma”, “Allahı anma” demir. Çünki bunun təsirsiz olacağını bilir. Onun əvəzinə insanın beynini boş və uzun-uzadı, mənasız işlərlə məşğul edir. Əgər insan bu təsir altına düşürsə, axirəti unudub dünya həyatına bağlanırsa, bu qəflətin təsirindən Quranın əmr etdiyi şəkildə yaşamaqdan uzaqlaşır. Bu tələyə düşməməyin yeganə yolu şeytanın pıçıltılarını vaxtında bilib Allaha sığınmaqdır.

Şeytanın xüsusiyyətləri, taktikaları və insan üzərində oynadığı oyunlar bəlli olduğu təqdirdə bundan sağlam nəticə çıxarıla bilər. Bunun üçün yeganə yolgöstərən Qurandır. Sonrakı səhifələrdə Quran ayələrinə görə şeytanın fəndləri, onun insanları Allah yolundan uzaqlaşdırmaq üçün qurduğu tələlər, möminlərin hərəkətlərindəki xətalardan istifadə edərək qurduğu hiylələr açıqlanacaq.

Şirk

Qurana görə, “şirk” Allaha şərik qoşaraq ondan başqasını tanrı qəbul etmək mənasını bildirən kəlmədir. Ancaq içində olduqları şirk ucbatından cəhənnəmə gedəcək milyardlarla insan həqiqətdə şirk kəlməsinin mənasını bilməz. “Şirk qoşmaq, Allahdan başqasını tanrı qəbul etmək” ifadəsinin köməyi ilə Yaradan olaraq Allahdan başqa yaradıcı qəbul etmək, bütlərə ibadət etmək kimi əsrlərlə əvvəllərin çoxtanrılı dinlərini qəbul etmək kimi başa düşərlər. Bu məntiqdən çıxış edən cahil insanlar “mən Allaha inanıram, bir kimsəyə zərərim dəymir, insanlara daim yaxşılıq etməyə çalışıram, cəhənnəmə gedəcəyimi zənn etmirəm” kimi tamamən Qurandan kənar və azğın məntiqə sahib olur.

Əslində isə Allahdan başqa bir varlığı qoruyucu güc olaraq qəbul etmək, Allahdan başqasından qorxmaq, Allahdan başqasına qarşı müstəqil bir sevgi duymaq kimi Allaha şərik qoşmaq mənasına gəlir. Allahdan başqa yolgöstərən axtarmaq şirkin ən çox yayılmış növlərindəndir. İndiki dövrün cahil toplumu Allahdan başqa yolgöstəricilər qəbul edərək və bu yol göstərənlərin ardınca gedərək əsrlərlə əvvəlki bütpərəstliyi yaşadır. Çoxtanrılı dinlərin yerini insanlar tərəfindən ortaya atılan dindənkənar ideologiyalar, bütlərin yerini isə bu ideyaların qurucuları, ya da onların heykəlləri tutur. Ölkələrdən və millətlərdən asılı olmayaraq milyardlarla in­san Allahın dinini yaşamaqdan bu yolla uzaqlaşmışdır.

Əlbəttə, insanı bu azğınlığa ən çox təhrik edən qüvvə şeytandır. Çünki insanın Allahdan uzaqlaşdığı nöqtə şeytanın insana qarşı qurduğu cəbhədir. Buna görə şeytan şirk sayəsində cahil insanların beynini keyləşdirir. Bütün həyatı şirklə dolu olan bu insanların sağlam düşünməsinə mane olur. Və belə insanlar həyatlarını Allahın istədiyi şəkildə, Quran üzrə deyil, şeytanın göstərişləri üzərində yaşayır.

Şirk içində olan həyat şeytan tərəfindən hazırlanmış elə bir tələdir ki, bu tələdə olan insanlar öz vəziyyətlərinə əhəmiyyət verməz. Bu insanların çoxu özlərini doğru yolda, hətta hər kəsdən daha çox cənnətlik hesab edir. Şərik qoşduqlarını bilməyən və özlərini çaşdıran bu insanların axirət günü əslində müşrik olduqlarını bildikdə məruz qaldığı zülm ayədə belə anladılır:

“O gün onların hamısını bir yerə toplayacaq, sonra şərik qoşanlara deyəcəyik: “Tanrıolduqlarını iddia etdiyiniz şərikləriniz (bütləriniz) haradadır?” Onların: “Rəbbimiz Alaha and olsun ki, biz müşrik deyildik!” deməkdən başqa heç bir çarələri qalmayacaq. Gör onlar özlərinə qarşı necə yalan deyirlər! Özlərindən uydurub düzəltdikləri bütlər də onlardan qeyb olacaq” (“Ənam”, 6/22-24).

Şirki doğuran səbəblərdən biri də insana yaradılışdan verilən sevgi hissinin düzgün yönəldilməməsidir. İslamda Allaha yaxınlaşmağa səbəb olan bu duyğu cahiliyyədə Allahdan uzaqlaşdıran şeytani tələ olmuşdur. Möminlər fitrətlərindəki sevgini əsl sevgiyə layiq olan Allaha yönəldirlər. Bu sevgi bütün sevgilərin fövqündədir. Digər insanları və varlıqları isə Allahı sevdikləri üçün sevərlər. Möminlərin bir insana qarşı müstəqil şəkildə sevgi bəsləməsi, məsələn, Allaha asi olan bir kafirə qarşı sevgi bəsləməsi Qurana görə mümkün deyildir. Möminlər Allahın razılığını, yəni rizasını qazanmaq üçün Allahın sevdiyini sevər, sevmədiyini sevməzlər. Möminlərin insan sevgisi Allaha yönəldilən sevginin bir nəticəsi olduğundan müşriklərin insana qarşı sevgisindən daha dərin və möhkəm olur.

Müşriklər isə sevgilərini sahib olduqları saysız-hesabsız tanrılara bəsləyirlər. Bu kimsələr Allahı sevdiklərini iddia edərlər. Ancaq bu sevgi sözdə qalır. Onlar bütün həyatla­rını, həqiqi sevgilərini öz bütlərinə xərcləyirlər. Məsələn, atalarını, oğullarını, həyat yoldaşlarını, pulu, şöhrət və vəzifəni Allahdan daha çox sevərlər. İnkar edənlərin bu sevgiləri bir ayədə belə bildirilir:

“İnsanların içərisində Allahdan qeyrilərini Allaha şərik qoşub onları Allahı sevənkimisevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir. Əgər özlərinə zülm edənlərin vaxtında görəcəkləri əzabdan xəbərləri olsaydı, onlar bütün qüvvətin və qüdrətin Allaha məxsus olduğunu və onun əzabının şiddətli olacağını bilərdilər” (“Bəqərə”, 2/165).

Cahiliyyə dövründə ən çox yayılan şirk ünsürlərindən biri qadınlara duyulan böyük sevgi idi. Əgər hər hansı bir qadına duyulan sevgi Allaha qarşı olan sevgidən artıqdırsa, bu, şirki doğurur. Bir insana qarşı olan sevgi o insandakı gözəlliklərin sahibinin Allah olduğu düşünülərək olursa, bunun bir mənası olur. Allaha qarşı bəslənən sevgidə bir son olmadığından Alah üçün sevən bir insanın qarşısındakına olan sevgisi çox güclü və davamlı olur.
Allah qadınlara qarşı olan bu asılılığın şeytan oyunu olduğunu belə bildirmişdir:

“Allahı qoyub yalnız qadın bütlərə tapınır və yalnız asi şeytana ibadət edirlər” (“Nisa”, 4/117).

Şirk Allaha qarşı işlənən ən böyük bir günah və nankorluqdur. Odur ki, Allah bütün günahları bağışlaya biləcəyini, ancaq şirki qəti olaraq əfv etməyəcəyini bildirmişdir:

“Şübhə yoxdur ki,  Allah özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs əlbəttə, böyük birgünah etmişdir” (“Nisa”, 4/48).

Şirk o qədər böyük bir təhlükədir ki, bütün ömrünü Allaha ibadət etməklə keçirən kimsələri belə məhvə aparar. Çünki edilən bütün saleh əməllər şirkin olduğu təqdirdə boşa gedər. Bu səbəbdən şeytan həyatını Allaha bağlamış möminləri şirkə aparmaq üçün müxtəlif tələlər qurar, fürsət, məqam gözləyər. Kiminə qadınları, kiminə pulu və başqa yolları təklif edər. Məsələn, qazanılan bir uğura “bunu mən etdim” deməsi şeytanın hazırladığı tələdir. Beləliklə, insanı Allahın iradəsindən kənarda şəxsi bir gücü olduğuna inandırmağa çalışır.

Möminlər əməllərinin boşa getməsinə səbəb olacaq hər cür təhlükəyə qarşı son dərəcə diqqətli olmalıdır. Bunun üçün Quranda möminlərə çox aydın şəkildə bildirilir: 

“Sənə və səndən əvvəlkilərə belə vəhyolunmuşdur: “Əgər şərik qoşsan, bütün əməlin puça çıxacaq və mütləq ziyan çəkənlərdən olacaqsan. Xeyr! Yalnız Allaha ibadət et və Onun nemətlərinə şükr edənlərdən ol!”” (“Zumər”, 39/65-66).

İnsanların şükür etməsinə qarşı maneələr

Şeytan Allahın hüzurundan qovulmamışdan əvvəl özünə söz vermişdir. Bu söz şeytanın insanlara qarşı edəcəyi çox önəmli fəndlərdən birini göstərir:

“Sonra onların qarşılarından və arxalarından,  sağlarından və sollarından gələcəyəm və sən onların əksəriyyətini şükür edən  görməyəcəksən!” (“Əraf”, 7/17).

Şeytan insanların şükür etməsinə maneçilik törədir. Çünki şükranlıq Allahın Quranda üzərində ən çox dayandığı əməllərdən biridir. 60 ayədə şükürdən və şükranlığın önəmindən, vacibliyindən bəhs edilir. Allahın bu qədər diqqətlə xatırlatdığı bu vəzifəni insanlara unutdurmaq şeytanın əlbəttə ki, başlıca məqsədlərindən biridir.
Şükür edə bilmək üçün əvvəlcə şükürün vacibliyini qavraya biləcək şüura sahib olmaq gərəkdir. Şükür edən insan ona verilən nemətin sahibinin Allah olduğunu və Allah qarşısında acizliyini bilir. Allahın böyüklüyünü və əzəmətini görməyib bunu qəlbi ilə təsdiq etməyən bir insanın şükrü də zahiri olur.
Şeytanın təsiri altında olan cahil cəmiyyət şükürdən uzaq olur. Şükür etmək kimi əsas bir ibadəti ancaq baş verən müsibət keçdikdən sonra və ya xoşagəlməz bir vəziyyət ortadan qalxdıqda xatırlayar, sonra yenə içindəki yaşamlarına dönərlər.
Quranda buna misal olaraq başlarına fəlakət gəldiyi zaman dua edən, sıxıntı aradan qalxdığı zaman şərik qoşan insanların halları göstərilmişdir:

“Deki: Gizlində Allaha dua edib: “Əgər bizi suyun və qurunun zülmətindən qurtarsan, əlbəttə, şükür edənlərdən olarıq” deyə yalvardığınız zaman sizləri bundan xilas edən kimdir? De ki: “Sizi ondan xilas edən və hər bir qəmdən qurtaran Allahdır. Bütün bunlardan sonra siz yenə də ona şərik qoşursunuz?” (“Ənam”, 6/63-64).

Halbuki şükür etmək insanın ən mühüm vəzifələrindən biridir. Çünki hər bir insanın həyatı şükrü tələb edən saysız-hesabsız nemətlərlə doludur. Bu nemətlərin saymaqla bitməyəcəyi “Nəhl” surəsinin 18-ci ayəsində aydın şəkildə bildirilir. Quranda şükür üçün xüsusi bir hədd qoyulmadığından insan əlindəki nemətləri şükür etmək üçün istifadə edə bilir. Məsələn, Hz.İbrahim kimi onu yedirən və içirənin Allah olduğunu bilən insan (“Şüəra”, 26/79) hər yemək yeyəndə və ya bir şey içəndə bütün bunları ona lütf edən Allaha şükür etməlidir.

Ancaq şükür etmək təkcə yemək-içməklə məhdudlaşmamalıdır. İnsanın gün ərzində istifadə etdiyi halda çox zaman ağlına gətirmədiyi, dəyərini ancaq onu itirdiyi zaman bildiyi saysız nemətlər var. Quranda tez-tez bildirilən “görmə” və “eşitmə” nemətləri də buna nümunə olaraq göstərilə bilər.
Görmə və eşitmə təsadüfən ortaya çıxmış nemətlər deyil. Allahın insanlara gözlər, qulaqlar verməsi ona şükür etməsi və layiqincə qulluq etməsi məqsədi ilədir:

“Allah sizi analarınızın bətnindən heç bir şey bilmədiyiniz halda çıxardı. Sonra sizə qulaq, göz və qəlb verdiki, bəlkə şükür edəsiniz” (“Nəhl”, 16/78).

Eyni şəkildə insanlar üçün minik və yükdaşıma vasitəsi olan gəmilərin dünyanın dörddə üçünü təşkil edən dənizlərin, hətta küləklərin belə varlığı insanların şükür etməsini tələb edir. Allah bunu belə bildirir:

“Təzə ət yeməyiniz, taxdığınız bəzək şeylərini əldə etməyiniz üçün dənizi də sizə ram edən Odur. Allahın nemətindən sizin ruzi axtarmağınız üçün gəmilərin onu yara-yara üzüb getdiyini görürsən. Bəlkə şükür edəsiniz!” (“Nəhl”, 16/14).

“Həqiqətən küləkləri müjdəçi olaraq göndərməsi, sizə öz mərhəmətindən daddırması, əmriilə gəmilərin üzməsi, kərəmindən ruzi axtarmağınız onun qüdrət əlamətlərindəndir. Bəlkə şükür edəsiniz” (“Rum”, 30/46).

“Gəmilərin onun əmri ilə dənizdə üzməsi və sizin də onun kərəmindən ruzi axtarmanız üçün dənizi sizə ram edən Allahdır” (“Casiyə”, 45/12).

Möminin ona verilən nemətə şükür etməsi onun bu nemətin sahibini tanımasına dəlildir. Beləliklə, həm nemətin haqqını vermiş olur, həm də önündə daha üstün nemətə yol açılır. Allaha şükür edən bəndələrinə nemətlərini artıracağını bildirərkən şükür etməyən nankorları əzabına düçar edəcəyini bildirir:

“Yadınıza salın ki,  o zaman  Rəbiniz bunu  bildirmişdi: “Əgər mənə  şükür etsəniz, sizə olan nemətimi artıracağam.Yox əgər nankorluq etsəniz, mənim əzabım həqiqətən şiddətlidir” (“İbrahim”, 14/7).

Peyğəmbərlik məqamı verilmiş Hz.Süleymanın Allahdan ona şükür etməyi ilham etməsini istəməsi (“Nəml”, 27/19) bütün möminlərə nümunədir. Çünki şeytan insanlara önlərindən, arxalarından, sağlarından, sollarından gələrək nemətlərə şükür etməyi unutdurmaq, nemətlərin özünə bağlılığa sövq etmək kimi hiylələrlə onları azdırır.

Qorxu verməsi

Möminlərin Allaha olan yaxınlıqları şeytana qarşı qalxan kimi dayanır. Allaha təslim olmaq, onu zikr etmək, yer üzündəki hər bir hadisənin onun nəzarətində olduğunu bilmək möminlərə mənəvi bir güc verər. Şeytan hər an fürsət axtararaq möminlərin bu mənəvi gücünü zəiflətmək istəyir. Bu yollardan biri də insana Allah qorxusundan başqa “qorxu”lar verməkdir.

Şeytanın bu silahı işlətməsinin daha önəmli səbəbi var. Qorxu şüurun dayanmasına, Allahla əlaqənin qırılmasına və Allaha təvəkkül etməyin ortadan qaldırılmasına səbəb olur. İxlasını qoruyan mömin üçün belə hal əhəmiyyətsiz olur. Şeytan ancaq qəflət içində olan, şüuru dəyişkən və ya tamamilə bağlı olan insanlara təsir edir. Quran ayəsində qorxmaq lazım gələn əsl qüvvənin Allah olduğu bildirilir:

“Sizi yalnız o şeytan öz dostlarından qorxudub  çəkindirir. Amma  siz onlardan qorxmayın. Əgər  möminsinizsə, məndən qorxun!” (“Ali-İmran”, 3/175).

Dünya möminlər üçün onların qədərə bağlı olaraq yaşadığı keçici və fani bir məkandır. Qorxacaqları tək mütləq varlıq da bu dünyanın və qədərin hakimi olan Allahdır.
Mömin olmayanlar isə dünyanı bir-birindən ayrı hadisə və insanların qərar tutduğu nəzarətsiz bir məkan zənn edərlər. Belə insanları qəlbinə şeytan asanlıqla vəsvəsə verib qorxu salar. Bu insanlar üçün qarşılarına çıxan hər hadisə sonu bəlli olmayandır. Onlar ölüm qorxusuyla, yoxsulluq qorxusuyla, gələcəkdə ola biləcək hadisələr qorxusuyla Allaha deyil, saysız bütlərə sarılırlar.

Şeytanın “qorxu” tələsi möminlər toplumu içində yaşayan, ancaq qəlbində xəstəlik olan kimsələrə də təsir edir. Allah yolunda qarşısına bir çətinlik çıxdıqda onları bir qorxu bürüyər, içlərində olan qəflət ortaya çıxar. Məsələn, güclü savaş ortasında qorxuya düşən bir qrup insanın durumu Quranda belə bildirilmişdir:

“Möminlər: “Kaş cihad barəsində bir surə nazil olaydı” deyirdilər. Elə ki, möhkəm bir surə nazil olub orada döyüş cihad əmri bildirildi. Ya Məhəmməd! Qəlblərində mərəz olanların sənə ölüm qorxusundan bayılmış kimsənin baxışı ilə baxdıqlarını gördün. Amma onlara daha çox yaraşardı” (“Muhəmməd”, 47/20).

Təvəkkül edən insan özünü tam olaraq Allaha və qədərə  təslim edər. Qorxudan tam azad olar, Allaha tam təslimiyyətin verdiyi cəsarətlə Allahdan başqa heç bir gücdən qorxmaz.

Möminlərin cəsarətinin şüursuz və ağılsız inkarçıların özlərindən xəbəri olmamasından fərqli olmasındakı xüsusiyyətlər unudulmamalıdır.
Bu hiss qədərə tam iman etməyin, Allaha təslimiyyətin verdiyi özünəinam hissidir. Səmimi olaraq iman gətirməyənlər bu hissi duymazlar. Möminlərin bu cəsarətinin Quranda bir çox nümunələri var.

Məsələn, Hz.Musa və yanındakılar dənizlə fironun ordusu arasında qaldıqları zaman aralarındakı zəif imanlı kimsələr yaxalandıqları zənniylə qorxuya düşürlər. Hz.Musa: “Xeyr. Rəbbim mənimlədir” (“Şüəra”, 26/62), deyərək Allaha təsli­miyyətini və sığınmağını ifadə edər. Allaha iman gətirdikləri üçün firon tərəfindən qolları və qılçaları kəsilmək əmri ve­rilən sehrbazlar da eyni qorxusuzluq göstərmişlər. Oda atılan Hz.İbrahim də eynilə heç bir qorxu duymamışdır. Quranın “Əhzab” surəsində bəhs olunan möminlər düşmən dəstəsi ilə qarşılaşdıqları zaman imanları və təslimiyyətləri artmışdır. Çünki şeytanın qorxu təlqininin təvəkkül edən insana təsiri yoxdur. Allahın ayəsində də bildirildiyi kimi:

“Həqiqətən iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində şeytanın heç bir hökmü yoxdur!” (“Nəhl”, 16/99).

Möminlərin arasını vurmağa çalışır

Quran möminlərin birlik içində bir-birinə dəstək və köməkçi olmasını və bir-birini müdafiə etməsini əmr edir. Birliyin nə dərəcə güclü olmasının vacibliyi aşağıdakı ayədə bildirilir:

“Şübhəsizki, Allah öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər” (“Saf”, 61/4).

Şeytan bu vacib hökmü gözdən yayındırmağa, möminlərin arasındakı birliyi pozmağa çalışır. Bu məqsədi həyata keçirmək üçün ən böyük fəaliyyəti möminlər arasındakı söhbətlərin təsiri altında saxlamaq olur. Pis söz söyləməklə, işarə ilə danışmaqla, boş-boş danışma kimi cahil insanlara xas olan çirkinlikləri işləməyə təşviq etməklə onların aralarını vurmağa çalışır. İman gətirən şəxs şeytana qarşı boş dayandıqda hər an belə təhlükə ilə qarşılaşır. Bunun üçün Quranda möminlər bu təhlükəyə qarşı qaldırılır, bir-birinə gözəl söz söyləmələrini əmr edir və şeytanın möminlərin düşməni olduğunu xatırladır:

“Bəndələrimə de ki, gözəl sözlər söyləsinlər . Şeytan onların arasına fitnə-fəsad salabilər. Həqiqətən də şeytan insanın açıq düşmənidir” (“İsra”, 17/53).

“Şübhəsizki, şeytan içki və qumarla aranıza ədavət və kin salmaq, sizi Allahı yada salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?” (“Maidə”, 5/91).

Nəsihət verdiyini təlqin edərək insanları buna inandırır

Şeytan əsas düşməni olan insanı sonsuz müsibətlərə düçar etməyi istədiyi üçün niyyətini heç bir şəkildə ona hiss etdirməz. Tam əksinə, insana ona öyüd vermək istəyən yaxın adam kimi yaxınlaşır. İnsanı yaxşılıq etmək istədiyinə inandırdıqdan sonra öz nəzarəti altına alır. İnsanın zəifliyindən istifadə edərək bu yöndə təlqinini edər. Hz.Adəmin cənnətdən çıxarılmasına səbəb olan xətanı işləməsi də bu tələ ilə oldu. Şeytan Hz.Adəmə və xanımına bir dost kimi yaxınlaşmış və onları nəsihət verdiyinə inandırmışdı:

“Şeytan Adəmin və Həvvanın örtülü ayıb yerlərini özlərinə göstərmək məqsədi ilə pıçıldayıb dedi: “Rəbbiniz sizə buağacı yalnız mələk olmamağınız və ya (cənnətdə) əbədi qalmamağınız üçün qadağan etmişdir”. Həm də onlara: “Mən əlbəttə, sizin xeyirxah məsləhətçilərinizdənəm” deyə and içdi” (“Əraf”, 7/20-21).

Şeytan Hz.Adəmi və zövcəsini aldadaraq onların cənnətdən qovulmasına nail olmuşdur. Hz.Adəm tövbə etdikdən və Al­lahdan bağışlanma dilədikdən sonra təkrar doğru yolu tapa bilmişdir.

Şeytanın düşməni olduğunu Allahdan öyrənən Hz. Adəmin bu bildirişdən sonra yenə şeytan tərəfindən aldanması insanın ömrü boyunca qarşı-qarşıya olduğu gizli düşməninin nə qədər mahir bir yalançı, hiyləgər olmasının dəlilidir.
Hz.Adəmə bütün şeytanların ən böyüyü olan iblis tərəfindən edilmiş “mən sizin nəsihət edənlərdənəm” təlqini indiki za­manda insanlara da insi şeytanlar tərəfindən edilir. Buna ən gözəl misal firounun öz qövmünü Allah yolundan azdırarkən onlara: “...Mənancaqsizəmünasibgördüyümrəyimibildirirəm, mənsizəancaqdoğruyolgöstərirəm” (“Mömin”, 40/29), -deməsi buna bir misaldır.
Buna bənzər təlqinlərə bugünkü cahil toplumlarda da tez-tez rast gəlmək mümkündür. Dini yaşamaq onun hökmlərinə əməl etmək istəyən bir gəncə qarşı edilən “Sən hələ gənc­sən, həyatı istədiyin kimi yaşa, yaşlanınca ibadət edərsən” təlqini buna bir misaldır. Bunu təlqin edən insan özünün yaxşılıq etmək məqsədilə dediyini söyləyir. Ancaq əslində çağırdığı yol cəhənnəm yoludur.

Şeytan “nəsihət vermə” taktikasını işlətmək üçün əvvəlcə insanın yan-yörəsində və nəzarətində olan insanlardan isti­fadə edir. Məsələn, Quranda iman gətirəndən sonra şeytan tərəfindən təlqin edilən və bundan başqa dostlarının təsiri ilə yolunu azan insanlardan bəhs edilir. Bu dostların sözləri şeytanın taktikasını göz önünə sürər: “Doğru yola, bizə gəl...” Şeytanın bu taktikasının bildirildiyi ayənin tamamı belədir:

“Deki, “Biz Allahı qoyub bizə nə bir xeyir, nə də bir zərər verə bilməyən bütlərə tapınacaq və Allah  bizi  düzgün yola  yönəltdikdən  sonra yer üzündə  şaşqın dolanarkən şeytanların azdırdığı adam kimi geriyəmi  (küfrə)döndəriləcəyik? Halbuki dostları onu  “Bizə tərəf gəl” deyərək haqq yola çağırırdılar. De ki: “Allahın hidayəti doğru yoldur. Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr  edilmişdir” (“Ənam”, 6/71).

İnsan bu düşmənə qarşı son dərəcə diqqətli olmaq məcburiyyətindədir. Ancaq Allaha tam təslim olmuş və onun zikrinə bağlanmış bir kimsə bunu bacarmaq ağlına sahib olur. Şeytanın təlqinlərinin qaynağını o dəqiqə analiz edər və beynindən çıxarıb atar. Əks təqdirdə insan bunları öz düşüncəsi zənn edər və iradəsini ona təslim edər.

Allahın adından istifadə edərək azdırması

Şeytanın ən mahir və aldadıcı hiylələrindən biri də insanlara Allahın adından istifadə edərək yaxınlaşmasıdır. Bu qayda ilə Allahın razı olmadığı hərəkətlərin din və Allah adına olduğunu təlqin edər. Boş hərəkətləri hizmət, ibadət qismində elətdirir. Bu oyuna düşən insan Allah yolunda mücadilə üçün olan imkanları tamamən öz nəfsi üçün istifadə etməyə başlayır. 
Məsələn, bir insan dinə xidmət məqsədi ilə inkarçıların sıx olduğu, aldadıcı dünya zövqləri ilə bəzənmiş bir yerə gedəndə sadəcə olaraq öz nəfsini düşünərək hərəkət edər. Başlanğıcda halal olan nemətlərdən zövq alır. Sonra vəziyyət dəyişir. İnsanın xeyri üçün başladığı məqsədindən aralanır, məqsədinin yerini nemətlər tutur. Zahirən Allahın buyurduğu hədlər içərisində hərəkət edilirdi, amma qəlbdə Allahın rizası deyil, nəfsin doyması ön plana keçir. Etdiyi hərəkətdən mükafat gözləmədiyi kimi imanı getdikcə zədələnir. Şeytan bir daha dünya həyatının aldadıcı bəzəyini göstərərək axirəti tərk etdirmiş, bəhanə olaraq “Allah rizası”nı istifadə etmişdir:

“Ey iman gətirənlər! Şübhəsiz ki, Allahın vədi haqdır. Dünya həyatı sizi aldatmasın. Şeytan da sizin tovlayıb yoldan çıxarmasın! Həqiqətən şeytan sizin düşməninizdir. Onu özünüzə düşmən tutun. O, özünə uyanları cəhənnəm əhli olmağa çağırır” (“Fatir”, 35/5-6).

Kiçik hesabların və keçici, fani dünya həyatının ardınca düşərək imanı zəifləyən malını qorumaq üçün “Allah rizasını” sirr edən bu insanlar bir müddət sonra münafiq olurlar:

“Münafiqlər möminləri səsləyib deyəcəklər: “Məgər biz dünyada sizinlə birlikdə deyildikmi!?” Möminlər belə cavab verəcəklər: “Bəli, bizimlə birlikdə idiniz. Lakin siz özünüzü fitnəyə salıb məhvə düçar etdiniz, gözlədiniz və şəkk etdiniz. Allahın əmri gəlib çatanadək sizi xam xəyallar, tamah aldatdı. Sizi Allah barəsində o tovlayan tovladı” (“Hədid”, 26/14).

Bu hiylə olduqca çaşdırıcı və aldadıcıdır. Çünki şeytan insanın doğru yolunun üstündə oturaraq (“Əraf”, 7/16) bir tələ qurmuşdur. Allahdan lazımınca qorxan kimsələr şeytanın bu oyununa girməzlər. Çünki Allah Ondan qorxanlara doğru yolu yanlış yoldan ayırmaq anlayışı verir:

“Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O, sizə haqqla nahaqqı ayırd edən verər, günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf, mərhəmət sahibidir (“Ən­fal”, 8/29).

Şeytanın insanı Allahın adı ilə aldatmasının bir başqa yolu da Allahın bağışlayan rəhmli olduğunu önə sürərək insanı günah işləməyə sövq etməsidir. Allah əlbəttə, sonsuz mərhəmət sahibidir və tövbə edib Ondan bağışlanma diləyən hər bən­dəsinin günahlarını əfv edir. Amma bir insan “onsuz da Al­lah əfv edəcək” deyərək bilə-bilə günah işləməyə başlarsa, çox təhlükəli bir yola girmiş olur. Tədricən qəlbi qatılaşır, hissiyyatsız, duyğusuz olur və Allah qorxusunu itirir. Quran “Biz bağışlanacağıq” deyərək bilə-bilə günah işləyən insanlardan (“Əraf”, 7/169) bəhs edərkən şeytanın insanı Allahın adıyla aldatdığını bildirir.

Möminin vaxt keçdikcə tükənməsini istəyir

Şeytan vaxt ötdükcə möminin tükənməsini arzu edir. Səbrlə möminin zəiflik göstərməsini gözləyir. Bəzən insanın mənəviyyatından qopardığı xırda məsələlər bir müddət sonra ürəyinin qabıq qoymasına və ağlının örtülərək şeytanın daha böyük təlqinlərinə və vəsvəsələrinə düşməsinə səbəb olur. Quranın bir ayəsində zaman içində qazandıqlarına görə şeytan tərəfindən ayaqları sürüşdürülmək istəyən bir qrup möminin xəbəri belə verilir:

“İki ordu qarşılaşdığı gündə sizdən üz döndərən şəxslərin kəsb etdiyi bəzi şeylər şeytanın onları doğru yoldan  çıxarmaq istəməsi üzündən baş  verdi. Allah artıq  onları bağışladı.  Həqiqətən Allah bağışlayan  və həlimdir! (“Ali-İmran”, 3/155).

Yalan vədlər verir

Şeytan insanları azdırmaq üçün saxtakarlıq fəndindən istifadə edir. Qarşısındakına yalan vədlər verir. Münafiqlər və müşriklər bu vədlərə inanırlar. Bu, sadə aldanma deyil. İnsan sonsuz axirətini bu boş vədlər nəticəsində itirir. Bu vədlərin əsas xüsusiyyətləri fani dünya həyatına bağlı olmasıdır. Şeytan kiminə əyləncə, eyş-işrət, ticarət, pul, mülk, kiminə da daha gözəl və uzun bir həyat, mövqe, şan-şöhrət vəd edər. “Zahirən gözəl, daxilən çirkin sözlər” təlqin edər (“Ənam”, 6/112).
Ancaq səbəb hər nə olursa-olsun, şeytana inananlar üçün nəticə eynidir: sonsuz əzab və cəhənnəm. Bu gerçək Quranda belə bildirilmişdir:

“Şeytan müşriklərə vədlər verir, ürəklərində arzular oyadır. Lakin şeytan onlara yalnız yalan vədlər verir” (“Nisa”, 4/120).

“İş bitdikdə daxil olduqda şeytan onu məzəmmət edən kafirlərə belə deyəcək:  “Allah sizə  (pis əməllərinizə  görə cəhənnəmə düşəcəyiniz barədə) doğru vədvermişdi. Məndə sizə (kömək edəcəyim haqda)  vəd vermişdim, amma sonra  vədimə xilaf çıxdım” (“İbrahim”, 14/22).

Allahın razılığını, rəhmətini və cənnətini qazanmağı hədəf seçən bir mömin keçici dünya həyatına aid olan vədləri əlbəttə ki, qəbul etməz. Yer üzündə olan hər hansı yüksək məqam, qazanacağı hər hansı mülk və nemətlər şübhəsiz ki, qısa müddət davam edəcək, sonra ölümlə bərabər yox olub gedəcək. Axirət nemətləri isə əbədidir.

Şübhəyə və tərəddüdə salır

Şeytanın istifadə etdiyi bir başqa yol isə insanları şübhə və tərəddüdə salmaqdır. Həqiqətdə olmayan bir şeyi sanki var imiş kimi göstərir. Qəlblərində xəstəlik olan bəzi insanlar bir müddət sonra bu şübhələrin təsiri altına düşür. Hər hadisəni özlərinə qarşı planlanmış olduğunu zənn edirlər (“Münafi­qun”, 63/4). Hətta elçi tərəfindən aldandıqları zənninə qapılırlar. Davamlı həyəcan, qorxu içində nə edəcəklərini bilməyən bir halda olurlar. Şüurlu insanın ağlına gəlməyən, olmayan şübhələrə düşürlər:

“Onları hökmən sapdıracaq xülyalara salacaq, heyvanların qulaqlarını kəsməyi və Allahın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm! Allahı  atıb şeytanı özünə dost tutan şəxs əlbəttə,  açıq-aşkar ziyana  uğramışdır” (“Nisa”, 4/119).

Mömin şeytanın ən qatı düşməni olduğu üçün bu təhlükələrdən heç vaxt kənarda qalmaz. Göstərdiyi ən kiçik tənbəllik şeytana imkan verir ki, şübhə və tərəddüd yaymaq fəndlərini işə salsın. Ancaq güclü bir imanla və bilgi ilə axirətə inanan və hər an Allaha sığınan bir möminə qarşı bu şübhə və tərəddüdlər təsirsiz qalır.

Azğın əməlləri cəlbedici göstərir

Şeytan öz təsiri altına aldığı kimsələrə elədiyi azğın əməlləri gözəl və cəlbedici göstərir. Həmin insanlar da bu əməllərə davam edirlər:

“Şeytan əməllərini onlara gözəl göstərmiş, onları doğru yoldan sapdırmışdır. Buna görə haqq yolu tapa bilmirlər” (“Nəml”, 27/24).

“Barı əzabımız onların başlarının üstünü alanda  yalvaraydılar. Lakin etdikləri əməlləri şeytan onlara süslü göstərmişdi (“Ənam”, 6/43).

Qəlbi qatılaşan insanlar pisi və yaxşını ayırd edən hissi itirdiklərindən şeytan pis işləri onlara yaxşı göstərir. Qəlbin bu cür qabalaşması üzündən şeytanın təsiri altındakı insanlar özlərinə xoş gələn pis əməllərindən dönmürlər. Bu inadkarlıq Quranda “atalarının dini” olaraq adlandırılan batil dinin təmsilçilərində də o zaman Allahın elçisinə üsyan edən və ona qarşı vuruşan münafiqlərdə də görünür. Eyni zamanda kafirlərin möminlər əleyhinə olan fəaliyyətində də üzə çıxar. İstər müşrik olsun, istərsə də kafir, fərq etməz, onların hamısının ümumi xüsusiyyətləri şeytan tərəfindən öyrədilmiş və bu oyuna gətirilmişdir. Bir Quran ayəsində şeytanın bu insanlar üzərində təsiri belə bildirilir:

“O zaman şeytan onlara əməllərini gözəl göstərib demişdi: “Bugün insanlar içərisində sizə qalib  gələbiləcək bir kimsə yoxdur. Mən də  sizin pənahınıza, dadınıza  çatanam!”” (“Ənfal”, 8/48).

Yoxsulluq qorxusu verir

Şeytan insana axirət həyatının əksinə olaraq dünya həyatını bəyəndirir. Odur ki, şeytanın təsiri altında olan insanlar sanki ölməyəcəklərmiş kimi dünya üçün çalışır, ancaq axirət həyatı üçün çalışmağı heç düşünmür. Şeytan minlərlə illərdir ki, insanlara bu tələni qurur. Bu günə qədər milyardlarla in­san həyatı boyunca çalışmış, pul, mal, mülk qazanmış, sonra bunların hamısını bu dünyada qoyub axirətə köçmüşdür. İndi yaşayanlar isə özlərindən əvvəl ölən insanlardan heç bir ibrət götürmür, heç ölməyəcəklərmiş kimi mal-mülk toplayırlar.
Şeytan dünya həyatını dəyərli və daimi göstərərək mömin­lərə də zərər verməyə çalışır. İmanı zəif olanları və müna­fiqləri yoxsulluqla qorxudur. Onları dünya həyatı üçün daha çox çalışmağa sövq edir. Quran ayəsində şeytanın fəaliyyəti belə bildirilir:

“Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər. Allah isə sizə bağışlanmaq və bərəkət vədəsi verər. Allahın mərhəməti genişdir, Allah hər şeyi biləndir! (“Bəqərə”, 2/268).

İnsanlarda mal-mülk hərisliyi yaradaraq tələ qurmaq şeytanın köhnə taktikasıdır. Hətta Hz.Adəmi başa saldığında “Sənə əbədiyyat ağacını və köhnəlib xarab olmayacaq bir mülkü göstərimmi?” deyərək (“Taha”, 20/120) yalan söyləmiş, mülk vəd etmişdir. Ona görə Allah möminlərə mal-dövlətə aid hökmlər verir:

“Budur, siz Allah yolunda sərf etməyə çağıran kimsələrsiniz. Bununla belə içərinizdə xəsislik edən də vardır. Hər kəs xəsislik etsə, ancaq özünə qarşı xəsislik etmiş olar. Allah zəngin, siz isə yoxsulsunuz. Əgər Ondan üz döndərsəniz, yerinizə sizlər kimi olmayan başqa bir qövm gətirər!” (“Muhəmməd”, 47/38).

Hər kim olursa-olsun, dünya həyatında varlı, zəngin iş adamının və ya bir dilənçinin Allah rizasına uyğun olaraq xərcləmədiyi hər qəpik-quruşda əhəmiyyət vermədiyi güclü şəriki var. Allah inkar edənlərin mallarına şeytanı şərik etmişdir. Bu şəriklik haqda əmr ayədə belə qeyd edilir:

“Onlardan kimi bacarırsansa, səsinlə yerindən oynat, atlı və piyadanı onlara qarşı səfərbər et. Mallarına və övladlarına ortaq ol, onlara cürbəcür yalan vədlər ver. Şeytan ona uyanlara yalnız yalan vəd verər!” (“İsra”, 17/64).

Lovğalıq və təkəbbürlülük verir

Təkəbbür şeytanın ən əsas xüsusiyyətlərindən biridir. Allahın hüzurundan da təkəbbür və itaətsizliyinə görə qovulmuşdur:

“Yalnız iblisdən başqa! İblis təkəbbürlülük etdi və kafirlər­dən oldu. O, səcdə etməyə təkəbbür göstərdi və kafirlərdən oldu. Allah buyurdu: “Ey iblis! Sənə mənim öz əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin yoxsa özünü yuxarı tutdun?”” (“Sad”, 38/74-75).

Şeytanın bu önəmli xəstəliyi insanlar üçün də bir təhlükədir. Çünki şeytan bir insanı özünə yaxın etmək üçün öz xəstəliyi ilə onu yoluxdurur. Bu xəstəliyə yoluxan insanın ağlı örtülür, şüuru bağlanır. Bu təhlükəyə qarşı Quranda möminlərə təvazökar, sadə qəlbli olmaları əmr edilmişdir:

“Yer üzündə təkəbbürlə gəzib dolanma. Çünki sən nə yeri yara bilər, nə də boyca yüksəlib dağlara qata bilərsən” (“İsra”, 17/37).

“Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən Allah heç bir özündən razı olanı, lovğalanıb fəxr edəni sevməz. Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get) və (danışanda) səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir” (“Loğman”, 31/18-19).

Mömin insan şeytanın xasiyyəti olan təkəbbürdən mümkün olduqca çəkinməli və buna böyük diqqət yetirməlidir. Əks təqdirdə savablarını itirər və imanı böyük təhlükə qarşısında qalar.

Şeytanın təsiri fərqli şəkillərdə ortaya çıxa bilər. Məsələn, bir insan İslama böyük xidmətlər etmiş olur. Amma bu xidmət ona Allah tərəfindən verilən savab qazanmaq imkanıdır. İnsan Allahın nəzarəti xaricində heç bir əməl edə bilmədiyi üçün hər hansı bacarığına, qabiliyyətinə görə öyünməməlidir. Bunun əksini edənlərə çox böyük xəbərdarlıq var:

“Etdikləri əməllərə görə sevinən, görmədikləri işlərə görə tərif olunmağı sevən kimsələrin əzabdan xilas olacaqlarını güman etmə. Onları şiddətli bir əzab gözləyir” (“Bəqərə”, 2/188).

Sahib olduğu var-dövləti öz qabiliyyətinin nəticəsi olduğunu sayan və “bu (var-dövlət) yalnız məndə olan elm sayəsində verilmişdir” (“Qəsas”, 28/78) deyən Harun Allah tərəfindən şiddətli bir cəzaya düçar edilmişdir. 
Şeytan təkəbbürlülüyü təlqin edərək eyni zamanda möminlər arasındakı mehribançılığı pozmağa çalışır. Çünki təkəbbür möminlərin də xoşuna gəlməyən bir əxlaq zəifliyidir. Bu xasiyyətdəki insan möminləri də narahat edir.
Şeytan özünü hiss etdirməyə səy göstərmədən insana hiyləgərcəsinə yaxınlaşır. Özünü üstün tutma təlqinini uzun müddətə, bir çox fərqli hallarda yavaşyavaş yeridir. Əgər insan bu yönləndirməyə, bu təlqinə qarşı ayıq olmazsa, təlqinlərin təsiri artır, böyüyür. Məsələn, insan bir şey əldə etdikdə ardınca şeytan mütləq təlqinə başlayır. Əgər insan bu müvəffəqiyyətin sahibinin Allah olduğunu qəlbən hiss etməzsə, şeytanın pıçıltısını öz düşündüyü zənn edər, özünə inanar. Şeytan başqa hiylələr də işlədər. Məsələn, bir mömin xəta işlərsə, digər möminlərin vəzifəsi həmin möminə şəfqət və mehribanlıqla münasibət göstərmək, o möminin də özləri kimi aciz bəndə olduğunu unutmamaqdır. Çünki şeytan xəta sahibinə qarşı acıqlanmağı və ona yuxarıdan aşağı baxmağı təlqin edər. Bir möminin etdiyi xəta və ya başqa işə görə ona yuxarıdan aşağı baxan insan özünü dartma xəstəliyinin təsiri altına düşməyə başlayır.
Bu hal davam etdikcə təkəbbür insanın qəlbinə yerləşir və digər möminlərə qarşı mərhəmət hissi azalır. Bu vaxt yalnız öz bildiyini deyən, ağlını digər möminlərin ağlından üstün görən bir insan ortaya çıxır. İnsanın içindəki təkəbbür onun səsini ucaldır və o, belə zənn edir ki, bu, onun üstünlüklərindən biridir. Bu psixologiyanın daşıyıcısı olan insanın imanında zaman keçdikcə çox ciddi yaralar yaranır. Bir müddət sonra isə onun qəlbi Quranda da bildirildiyi kimi, Allahın ayələrinə qarşı hissiyyatdan məhrum olur:

“Bizim ayələrimizdə ancaq ayələrimizlə öyüd-nəsihət olunduqları zaman səcdəyə qapananlar və təkəbbür göstərməyərək Rəbbini həmd-səna edənlər iman gətirənlərdir” (“Səcdə”, 32/15).

Ayədən də aydın olduğu kimi, təkəbbürü olmayan insanlar Allahın ayələrinə iman gətirənlərdir. Özünü yüksək tutaraq lovğalanan kimsənin ayələri lazım olducu şəkildə anlaması mümkün deyil.

Özünü gözə soxmaq üçün ibadət etməyə sövq edər

Dünya həyatının ən aldadıcı tələlərindən biri insanların bir-birinə özünü göstərməsi üçün əməllər işləməsi və sahib olduqları dünya nemətləri ilə öyünməsidir. Özünü göstərməyin növləri insanın olduğu vəziyyətə görə dəyişir. Məsələn, pul ön planda olan yerdə zənginliklə, şanşöhrət ön plandadırsa, vəzifə və məqamlara görə öyünmə baş verir. Şeytan bu tələni dindarlığın ön planda olduğu yerlərdə də qurur. Qəlbində iman olmayan bəzi insanlar ibadət edərkən Allah rizasını qazanmaq üçün deyil, dindarlar arasında etibar əldə etmək üçün ibadət edirlər. Quran bu cür insanlardan belə bəhs edir:

“Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər. Onlar namazlarında riyakarlıq edərlər” (“Maun”, 107/4-6).

Şeytanın həqiqi məqsəddən azdırıb özünü göstərmə halına gətirdiyi ibadətlərdən biri “infaq”dır, yəni insanın malını Allah yolunda xərcləməsi. Bu ibadəti edərkən Allahın rizasını qazanmaq əvəzinə insanların onu tərifləməsini istəyən kimsələr əslində şeytana dost olurlar:

“Öz mallarını xalqa göstərmək xatirinə xərcləyənləri, Allaha və axirət gününə inanmayanları da Allah sevməz. Şeytanla yoldaşlıq edənlərin yoldaşı necə də pisdir” (“Nisa”, 4/38).

İnfaq möminin günahlardan azad olması və axirətini qazanması üçün fürsətlərdən biridir. Bu ibadətə şeytanın pisliyi olan nümayişkaranəlik qarışarsa, mömin axirəti qazanmaq fürsətini əldən qaçırır. Onun üçün mömin infaq edərkən çox ayıq olmalı, hər ibadəti Allah rizası üçün xalis niyyətlə etməlidir! Quran möminlərə belə əmr edir:

“Ey iman gətirənlər! Sədəqələrinizi - malını riyakarlıqla sərf edən Allaha və axirət gününə inanmayan, şəxs kimi minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin halı üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı yuyub aparar və qayanı çılpaq bir daş halına salar. Onlar etdikləri işlərindən bir şey qazanmazlar. Şübhəsiz, Allah kafirləri haqq yoluna yönəltməz!” (“Bəqərə”, 2/264).

Ayələrdən uzaqlaşdırmağa çalışır

Allahın kitabına tabe olmaq böyük məsuliyyətdir. Belə önəmli vəzifəyə laqeydliyin cəzası da şiddətli olacaq. Şeytanın ən böyük məqsədi insanın belə bir cəzaya düçar olmasına nail olmaqdır.
Şeytanın təsiri ilə Qurandan uzaq olan kimsə Allahdan da uzaqlaşmış olur. Çünki Quran Allahın kəlamıdır. Möminləri hidayətə qovuşduran və onlara ömür boyu yol göstərən nurdur. 
Qurandan uzaqlaşmaq Qurana tabe olmuş kimsələri məhv edən təhlükədir. Çünki müşriklər və kafirlər Qurandan tamamilə bixəbərdir. Ayələrə qarşı gözləri pərdələndiyindən Qurandan daha çox uzaqlaşmalarına ehtiyac yoxdur. Ancaq ayə­lər vasitəsilə iman gətirən, ayələrdə bildirildiyi kimi yaşayan möminlər Qurandan uzaqlaşırsa, çox böyük təhlükə ilə, yəni şeytanla üz-üzə qalırlar. Sonra bunun fərqinə varmadan özlərini doğru yolda zənn edərək şeytanın təsiri altına düşürlər. Quranda bu vəziyyət belə ifadə edilir:

“Hər kəs Rəhmanın zikrindən boyun qaçırarsa, biz ona şeytanı ürcah edərik və o, şeytanın yaxın dostu olar. Şeytanlar onları doğru yoldan çıxarar, onlar isə özlərinin haqq yolda olduqlarını zənn edərlər” (“Zuxruf”, 43/36-37).

Belə bir qəflətə də ancaq axirəti tərk edib dünya mənfəətlərinə yönəlmiş nəfsinin istəklərinə tabe olan və ona görə hərəkət edən kimsə düşür. Allahı deyil, nəfsini razı etməyə çalışaraq şeytanın ardınca gedən kimsə şeytandan çox heyvana bənzəyir. Çünki insanın da, heyvanın da maddi ehtiyacları (yemək-içmək, cinsi əlaqədə olmaq) eynidir. İnsanı yüksəldən əməl Yaradanını tanıyıb Ona Quranda əmr olunan kimi qulluq etməkdir. Bu səbəblə Quranda nəfsinə uyub tabe olduğu ayələrdən uzaqlaşan kimsələrə bu cür təşbeh edilir:

“Onlara ayələrimizi verdiyimiz şəxsin xəbərini də söylə. O, imandan döndü. Şeytan onu özünə tabe etdi və o, azanlardan oldu. Əgər biz istəsəydik, onu həmin ayələrlə ucaldardıq. Lakin o yerə meyl edib nəfsinin istəklərinə uydu. O, elə bir köpəyə bənzəyir ki, üstünə cumsan da dilini çıxarıb ləhləyər, cummasan da. Bu, ayələrimizi yalan hesab edənlər barəsində çəkilən məsəldir. Bu əhvalatları söylə ki, bəlkə düşünsünlər!” (“Əraf”, 7/175-176).

Bir mömin illər boyunca bir neçə dəfə Quranı oxuya bilər. Bu, onu şeytanın oyunlarından uzaqlaşdırmaz. Şeytan bir çox oyunlarla onun qarşısına çıxar. Möminin Quranı inkar etməyəcəyini bildiyindən müxtəlif hiylələrlə gündəlik həyatlarında Quranın əmr etdiyi yaşantıdan uzaqlaşdırmağa çalışır. Məsələn, Quranda yaşanan və yaşanacaq hər anın Allah tərəfindən “qədər” çərçivəsindən əvvəlcədən yaradıldığı bildirilir. Bunu bildikdən sonra başına gələn hadisələr qarşısında sıxıntılı olmaq, təvəkkül etməmək Allahın ayələrini qulaqardı etmək mənasına gəlir. Uzun müddət bu ruhda qalan kimsənin qəlbi Quranın təmiz parlaq ruhunu itirər və qaralmağa başlar. Nəticədə bu kimsə Qurandan təsirlən­məyən hissiyyatsız hala gəlir. 
Quranın əmr etdiyi kimi bir həyat sürmək istəyən kimsə həmişə bu təhlükə ilə qarşı-qarşıyadır. Hər kim olursa-olsun, kitab verildikdən sonra bu vəzifəni haqqı ilə yerinə yetirməzsə, onun qəlbi qatılaşır. Quran öncə kitab verilənlərin bu məsuliyyəti unutduğunu belə xatırlayır:

“İman gətirənlərin qəlbinin Allahın zikri və haqdan nazil olan üçün yumşalması vaxtıgəlibçatmadımı? Onlar özlərindən əvvəl kitab verilən kimsələr kimi olmasınlar. Onlarla peyğəmbərləri arasında uzun bir müddət keçmiş və unutduqları üçün qəlbləri sərtləşmişdir. Onların çoxu fasiqlərdir” (“Hədid”, 57/16).

Allah möminlərə şeytanın bu oyununa düşməmək üçün Qurana möhkəm sarılmasını əmr edir. Çünki Quran həyatının hər anında möminə yol göstərən bir nurdur. Möminlərin vəzifəsi təkcə ayələri oxumaq deyil, həm də onları gün ərzində fikrində saxlamaq, ayələrin hikməti üzərində düşünmək və hər hadisədə Quranla hökm etməkdir:

“Allahın evləriniz də oxunan ayələrini və hikməti xatırlayın. Allah möminlərə lütfkardır və xəbərdardır” (“Əhzab”, 33/34).

“Verdiyimiz kitabı layiqincə oxuyanlar həmin kitaba iman gətirənlərdir. Onu inkar edənlər isə özlərinə zərər yetirənlərdir” (“Bəqərə”, 2/121).

Unutqanlıq və fikir dağınıqlığı

Unutqanlıq vermək şeytanın çox istifadə etdiyi, lakin insanlar tərəfindən əhəmiyyət verilməyən bir tələdir. Şeytan bunu təlqin etmək üçün müxtəlif insanlara fərqli fəndlərlə yanaşır. Şeytanın unutqanlıq verdiyi kimsələr 60-70 illik bir ömrü Allahı və axirəti unudaraq boş və yararsız işlərə sərf edir. Onlar Allahın axirəti xatırlatmaq üçün yer üzündə yaratdığı hikmətə və ibrətləri qavramırlar. Nədən, necə və nə üçün yaradıldıqları sualının onlar üçün heç bir fərqi yoxdur. Şeytan onlara yaxşılığı, xeyri, ən önəmlisi onları Yaradanı xatırlamağı, hər şeyin onun nəzarətində olduğunu unutdurur. Belələri ölümü, qədəri və axirəti heç düşünməz.
Eyni şəkildə münafiqlər də şeytanlarla əhatə olunduqlarından Allahın varlığını və onun zikrini unudurlar. Quranda münafiqlərin bu durumu belə izah edilir:

“Şeytan onlara hakim olmuş və Allahı zikr etməyi onlara unutdurmuşdur. Onlar şeytanın firqəsidirlər. Xəbəriniz olsun ki, şeytanın firqəsi - məhz onlar ziyana uğrayanlardır” (“Mücadilə” 58/19).

Şeytanın unutqanlıq verməyə çalışdığı digər qrup möminlərdir. Ancaq bu unutqanlıq münafiqlərə və müşriklərə verdiyi unutqanlıqdan fərqlidir. Şeytan möminlərə istər kiçik, istərsə də böyük olan hər bir məsuliyyətli məsələdə unutqanlıq vermək istəyir. Çünki hər insan dünya həyatının hər anında Quranda əmr edilən həyatı yaşamaq məsələsində sınağa çəkilir. Buna görə insan hər an şüurlu olmalı və yaşadığı hər an Allahın rizasını aramalıdır.

Quranda şeytanın möminlərə verməyə çalışdığı unutqanlıqdan bəzi misallar verilmişdir. Bunlardan biri ayələrə istehza edənlərlə bir yerdə olmaqdan çəkindirir və şeytanın unutdurduğu təsirinə qarşı xəbərdarlıq edir:

“Ayələrimizə istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üzçevir. Əgər şeytan sənə unutdursa, xatırlayandan sonra o zalim tayfa ilə bərabər oturma” (“Ənam”, 6/68).

Bir başqa hökm isə bir şeyi edərkən onun ancaq Allahın izni ilə mümkün olacağını yaddan çıxarmamaqdır:

“Və heç bir şey barəsində “Mən onu sabah edəcəyəm” demə.
Ancaq: “İnşallah de. Deməyi unutduğun zaman Allahı yada salıb “Ola bilsin ki, Allah məni bundan haqqa daha yaxın olan bir yola yönəltsin” (“Kəhf”, 18/23-24).

Buna başqa bir misal Hz.Musa qissəsində verilmişdir. Ayədə Hz.Musa ilə yolçuluq edən gənc köməkçi özləri ilə götürdükləri balığı unutduğunu bildikdə bunun səbəbkarının şeytan olduğunu deyir:

“O isə: “Görürsənmi, biz qayanın yanında gizləndiyimiz zaman mən balığı unutdum. Doğrusu, onu xatırlamağı mənə yalnız şeytan unutdurdu. Balıq dirilib əcaib bir şəkildə dənizə yollanmışdır” deyə cavab verdi” (“Kəhf”, 18/63).

Mömin unutqanlığa və bunu törədən səbəblərə qarşı diqqətli olmalıdır. Möminin həyatında ağlı işləməkdən saxlayan boş xəyallara düşməyə yer yoxdur. Çünki bu xarakter insanı Allah yolunda ciddi addımlamağa qoymur. Onu dünyanın aldadıcı oyunlarına salıb Allaha bəndə olmaq vəzifəsini unutdurur:

“Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə nəzər salsın. Allahdan qorxun. Həqiqətən Allah etdiklərinizdən xəbərdardır. Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu kimsələrə bənzəməyin! Onlar Allahın itaətindən çıxmış fasiqlərdir” (“Həşr”, 59/18-19).

Möminlər unutqanlığa və dalğınlığa qarşı Allahı, Allah qorxusunu və Allah rizasını, cənnəti, cəhənnəmi, dünya həyatının faniliyini daima düşünərək bunları unutmamalıdır. Çünki insan bunu yaddaşından hər an çıxardıqca şeytana qarşı müdafiəsiz qalır.

Hissiyyata qapılma təlqini

Hissə qapılma insan hisslərinin Quran həqiqətlərindən kənara çıxaraq Quran hökmləri içində yönəldilməməsi, insanı ağlın yerinə hissiyyatların idarə etməsi deməkdir.
Hissə qapılan insanın hərəkətlərində ağıl olmur. İnsanın səbri, ədalətli davranışları, verdiyi qərarlar tamamilə hisslərinə görə olur. Ani və bir-birinə uyğun olmayan qərarlar şeytanın sadə müdaxiləsi ilə asanca verilir. Bu qərarlar çox zaman peşmanlıq gətirir. Hissə qapılan insanların ömürləri peşmançılıq gətirən qərarlarla doludur.
Mömin isə hərəkətlərini Allahın verdiyi hökmlər daxilində edir. Ağıllı hərəkət edən insan əməllərini axirət günündə Allah qarşısında verəcəyi hesabatı düşünərək edər. Şərtlər necə olursa-olsun, Quran həqiqətlərinə uyğun olaraq hərəkət edər.
Şeytan möminlərə də hissə qapılmanı təlqin edər. İnkar edənlərə qarşı olan sevgi Qurana tərs olan hər hərəkət hissəqapılma təlqininin əlamətidir. Bu təlqin Quran hökmlərini yerinə yetirməkdə və Allah rizasını qazanmaqda edilən hərəkətə qarşı təsirsiz olur. Möminlərin həyatında hissəqapılmaya yer olmadığı bir çox Quran ayələrində bildirilmişdir. Məsələn, hər hansı bir mömin istənilən inkarçı kimsəyə qarşı sevgi bəsləməz:

“Allaha və axirət gününə inanan heç bir tayfanı Allah və onun peyğəmbəri əleyhinə çıxanlarla - öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə - dostluq etdiyini görməzsən...” (“Mücadilə”, 58/22).

Başqa bir ayədə Allah sevgisini qazanmaq üçün yola çıxan bir möminin Allahın düşməni olan bir kimsəyə sevgi bəsləməyəcəyi, əgər edərsə, doğru yoldan sapacağı bildirilmişdir:

“Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də öz düşməninizi dost tutun. Onlar sizə gələn haqqı inkar etdikləri halda siz onlarla dostluq edir, mehribanlıq göstərirsiniz. Siz rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar peyğəmbəri və sizi çıxarırdılar. Əgər siz Mənim yolumda və Mənim rizamı qazanmaq uğrunda cihada çıxmısınızsa, Mənim düşmənlərimi dost tutmayın. Siz onlarla gizlində dostluq edir, onlara sirr verirsiniz. Mən sizin gizli saxladığınız və aşkar etdiyiniz hər şeyi bilirəm. Sizdən kim bunu etsə, şübhəsiz ki, haqq yoldan azmışdır!” (“Mumtəhinə”, 60/1).

Ayələrdən anlaşılır ki, möminin sevgisinin əsası imandır. Bir inkar edən iman gətirmədikcə möminin dostu ola bilməz. Bu uzaqlıq Hz.İbrahimin dilindən Quranda belə ifadə edilir: “İbrahim və onunla birlikdə olanlar sizin üçün gözəl örnəkdir. O zaman onlar öz qövmünə belə demişdilər:

“Şübhəsiz ki, bizim sizinlə və sizin Allahdan başqa ibadət etdiklərinizlə heç bir əlaqəmiz yoxdur. Biz sizin dininizi inkar edirik. Siz bir olan Allaha iman gətirməyincə bizimlə sizin aranızda həmişə ədavət və nifrət olacaqdır!..” (“Mumtəhinə”, 60/4).

Bu məsələdən Quranda peyğəmbər qissələrində də bəhs edilir. Məsələn, Hz.İbrahimin öz atasının Allahın düşməni olduğunu bilincə ondan uzaqlaşması möminlər üçün bir nümunəvi hərəkətdir (“Tövbə”, 9/114). Bir başqa misal Nuh qissəsində var. Allah Hz.Nuha inkar edən oğlu üçün “...Ey Nuh, o, sənin ailəndən deyildir...” (“Hud”, 11/46) deyə səslənir. Çünki bir möminin ailəsi möminlər olmalıdır. Bunun kənarında dost arayanlar ən sonda özlərinə yeganə dost şeytanı tapırlar.

Təfərrüatlara varmağa sövq edir və xırdaçılığa aparır

Mömin insan Allah rizasını qazanmaq üçün ən sağlam və doğru yolları seçməlidir. O, boş işlərə vaxt sərf etməz. “Elə ki, azad oldun, qalx dua et!” (“İnşirah”, 94/7) ayəsinə uyaraq işlədiyi gözəl əməli bitirib yenisinə başlayar. Əgər insan etdiyi işi Allah rizasını qazanmaq niyyəti ilə etmirsə, şeytanın hissedilməyən oyununa düşür. Bu oyun insanları gərəksiz düşüncələrə daldırır. Bu tələdəki insan beyni qarmaqarışıq minbir düşüncəyə dalmış, əsas məqsəddən uzaqlaşmış və nə etmək lazım olduğunu xatırlamayan hala gəlir.
Allah Quranda buna misal olaraq Hz.Musa ilə bağlı bir qissədən bəhs etmişdir. Hz.Musa öz qövmünə, yəni İsrailoğullarına Allahın onlardan bir inək kəsmələrini istədiyini xəbər verir. Buna qarşı qövmü inək haqqında gərəksiz sorular sorub ibadəti yerinə yetirməz. Əlamətləri öyrəndikdən sonra “İndi işi həqiqətə gətirib çıxartdın” deyirlər. Ancaq bu ibadətin məqsədindən necə uzaqlaşdıqları və qövmün Allahın əmrini yerinə yetirməyəcəyi sonrakı ayədə bildirilir:

“İnəyi tapıb kəsdilər. Amma az qalmışdı ki, bu işi yerinə yetirməsinlər” (“Bəqərə”, 2/71).

İsrailoğulları onlara inək kəsmək əmrini gətirən Hz.Musaya “Bizi məsxərəyəmi qoyursan?” (“Bəqərə”, 2/67) -dedilər və insandan çox inkara, yəni şeytana yaxın olduqlarını göstərdilər.

Bu məntiqin arxasında şeytanın yuxarıdakı hiyləsi gizlənir. İnək kəsmək kimi sadə bir işi gərəksiz sözlərlə çətinləşdirən şeytan haradasa ibadət edilməsinə maneçilik etməyi başarır. Günümüzdə böyük bir kütlənin din anlayışı şeytanın bu təsiri ilə əhatələnmişdir. Bir çox insan Allahın dini adı altında təfərrütlarda, xırdalıqlarda boğulmuşdur və Qurandan uzaq bir din yaşamaqdadır.

İsrafçılığa təşviq edir

İsraf etmək cahil insanların önəmli xüsusiyyətidir. Hədsiz şəkildə pul xərcləyib bununla öyünmək küfrə gedən yola aparır:

“Və: “Mən xeyli mal-dövlət sərf etmişəm”, -deyir. Məgər o, heç kəsin görmədiyini güman edir” (“Bələd”, 90/6-7).

Halbuki israf tək Allah tərəfindən kəskin olaraq qadağan edilmiş çirkin bir əməldir. Hətta israf edənlər üçün ayədə “şeytanın qardaşı” ifadəsi işlənir. O halda, şeytanın ən böyük düşməni olan möminlər bu tələyə diqqət yetirməlidir. Allah bir ayəsində belə bildirir:

“Eyni zamanda sağa-sola da səpələmə! Həqiqətən, sağa-sola səpələyənlər şeytanın qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur!” (“İsra”, 17/26-27).

Bu təhlükədən qorunmaq üçün möminin diqqət yetirməli olduğu bir məsələ var. Mömin canını və malını cənnət əvəzində satdığını (“Tövbə”, 9/111) heç vaxt unutmamalıdır. Malını Allah yolundan başqa heç bir şeyə xərcləməz. Çünki Allah yolundan kənarda xərcləmək israfçılıqdır. Mömin sahib olduğu malla axirət üçün çalışmalıdır. Mal isə əcr qazanmaq üçün ən yaxşı fürsətdir. Bu fürsəti əldən vermək axirət əvəzinə dünya həyatına razı olmaq deməkdir. Allah möminlərin halal nemətlərdən istifadə etməyi buyurarkən israf etməməsini əmr edir:

“İsraf etməyin. Allah israf edənləri sevməz” (“Ənam”, 6/141).

“Ey Adəm oğulları! Hər ibadət vaxtı gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin. Çünki Allah israf edənləri sevməz” (“Əraf”, 7/31).

Şeytanın insanı yoldan çıxarmaq üçün istifadə etdiyi vasitələr

Quranda şeytanın özəl olaraq istifadə etdiyi bəzi pis adətlərin olmasından bəhs edilir. Möminlərə bunlarla bağlı xəbərdarlıq edilir. İçki, qumar və falla məşğul olmaq şeytanın insanları yolundan azdırmaq üçün istifadə etdiyi alətlərdir:

“Ey iman gətirənlər! Şərab da, qumar da, bütlər də, fal oxları da şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız!” (“Maidə”, 5/90).

Ancaq burada mühüm olan məsələ şeytanın bu vasitələrdən hansı nəticəyə doğru aparmaq üçün istifadə etməsidir. Çünki ayələrdə əsas diqqət yetirilməli olan məsələ şeytanın məqsədidir. Bu məqsəd sonrakı ayədə bildirilir: möminlər arasına düşmənçilik salmaq, onları Allahı xatırlamaqdan və namazdan uzaqlaşdırmaq:

“Şübhəsiz ki, şeytan içki və qumarla aranıza ədavət və kin salmaq, sizi Allahı yada salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?” (“Maidə”, 5/91).