İman HƏQİQƏTLƏRİ

Tukan dimdiyinin qeyri-adi quruluşu


Tukan dimdiyinin qeyri-adi quruluşu


Tukanların bədənlərinə nisbətən çox böyük və parlaq olan dimdikləri ilk baxışdan diqqəti cəlb edir. Amazon meşələrində yaşayan tukanlar çətin yeyilən meyvələri belə dimdiklərinin güclü quruluşu sayəsində rahat yeyirlər. Böyük və güclü dimdiyin ağır olduğu düşünülsə də, bu belə deyil. Dimdiyin ən vacib xüsusiyyəti onun çox yüngül olmasıdır. Tukanların 20 sm. uzunluğunda olan dimdikləri tərkibindəki keratinin elastikliyi sayəsində həm hərəkətli, həm də yüngüldür. Elm adamları apardıqları araşdırmalar nəticəsində müəyyən etmişlər ki, tukanlar böyük dimdiklərindən özlərini sərinlətmək üçün də istifadə edirlər. Çünki bu quşlar isti tropik meşələrdə yaşayırlar. Quşlar dimdiklərinə gedən qanı artıraraq temperatur coxluğundan qurtulur və sərinləyirlər. Quş bu şəkildə temperaturu 30-60% azalda bilir. Yetkin quşlar havadan asılı olaraq 100% və ya 5% kimi çox fərqli intervallarda bədən temperaturlarını dəyişdirirlər.


Bu nümunələrdən göründüyü kimi, Allah quşların dimdiyini onların növünə görə fərqli və həyati funksiyaları yerinə yetirəcək şəkildə yaratmışdır. Quşların dimdikləri yaşadıqları mühitə uyğun şəkildə yaradılmışdır. Rəbbimiz yer üzündə yaşayan bütün canlılara ehtiyac duyduqları xüsusiyyətləri əskiksiz və qüsursuz olaraq vermişdir. Ayədə belə bildirilir:


O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. (Həşr surəsi, 24)