DİGƏR varlıqlar

İnsanın ən böyük düşməni şeytan


İnsanın ən böyük düşməni şeytan

Hər kim olursunuzsa olun, sizin sonsuz bir əzab çəkməyinizi istəyən və bütün varlığını buna həsr edən son dərəcə təhlükəli bir düşməniniz var bu, şeytandır. Başqa sözlə desək, Allah tərəfindən lənətlənmiş və Onun hüzurundan qovulmuş olan iblis və onun ardıcılları.
O, sizin ən böyük düşməninizdir. O, bir əfsanə yaxud da bir nağıl deyil, həqiqətin özüdür. O, bəşər tarixinin hər dövründə mövcud olub. Şeytan yaşamış və ölmüş milyardlarla insanı atəşin içinə çəkib və indi də çəkməkdədir. Şeytan heç bir zaman kimsəyə fərq qoymaz. Gənc, yaşlı, qadın, kişi, dövlət başçısı və ya dilənçi olsun, fərq etməz, hər bir insan bu düşmənin hədəfindədir.
Bu yazını oxuyarkən də şeytan sizi güdür və planlar cızır. Onun yeganə bir arzusu var: özü ilə bərabər siz də daxil gücü yetdiyi qədər çox insanı cəhənnəmə sürükləmək.

Şeytanın zəfər qazanması üçün insanların ona sitayiş və ya çox azğınlıqlar etməsinə ehtiyac yoxdur. İnsanlardan mütləq Allahı inkar etməsini də istəmir. Onun özü Allahı inkar etmir ki, insanlardan da bunu xüsusilə tələb etsin. Onun tək bir arzusu var düşmənlərini Allahın dinindən və Qurandan uzaqlaşdırmaq, onların Allaha səmimi və ixlasla ibadət etməsinə mane olmaq, bunun da nəticəsində insanların sonsuz əzab çəkməsinə nail olmaqdır. O, bəzən dindarlıq maskası altında Allahın adına istinad edərək insanları həqiqi dindən uzaqlaşdırır, azdırır. Bu isə insanları özü ilə bərabər cəhənnəm dərəsinə çəkmək üçün yetərlidir. Hansı vəsilə ilə olursa olsun, onun ardıcıllarının sonu dəyişmir: 

“Onun haqqında əzəldən belə yazılmışdır. Hər kəs onunla dostluq etsə, onu yoldan çıxarıb cəhənnəm əzabına sürükləyər” (“Həcc”, 22/4).

İblisin Allaha üsyanı

Qurana görə, şeytan ilk insan olan Həzrəti Adəmdən bu yana insanları Allah yolundan çıxarmaq üçün yorulmadan çalışan və qiyamətə qədər də çalışacaq varlıqların ümumi adıdır. Bütün şeytanların atası və ən böyüyü isə Hz.Adəmin yaradılması ilə birlikdə Allaha qarşı üsyan edən iblisdir.
Qurandan öyrəndiyimizə görə, Allah Hz.Adəmi yaratmış və mələklərin ona səcdə etməsini əmr etmişdi. Mələklər Allahın əmrini yerinə yetirdilər. Ancaq cinlərdən olan iblis Hz.Adəmə səcdə etmədi. Özünün insandan daha üstün yaradılış olduğunu söylədi. Bu itaətsizliyi və təkəbbürlülüyü üzündən Allahın dərgahından qovuldu
Şeytan Allahın hüzurundan ayrılmazdan öncə insanları da özü kimi azdırmaq üçün Allahdan möhlət istədi. Allah ona qiyamət gününə qədər möhlət verdi. Beləcə, iblisin insana qarşı düşmənçilik fəaliyyəti başladı.
Allah iblisi və ona uyanları cəhənnəmə dolduracağına hökm verdi. Allah Quranda bu hadisəni belə xəbər vermişdir:

“Sizi yaratdıq, sonra sizə surət verdik və mələklərə “Adəmə səcdə edin!” dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə edənlərdən olmadı”.
Allah iblisə: “Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu” deyə buyurdu. İblis: “Mən ondan daha üstünəm, çünki sən məni oddan, onu isə palçıqdan yaratdın!” dedi.
Allah buyurdu: “Oradan aşağı en. Orada sənə təkəbbür göstərmək yaramaz. Oradan çıx, çünki sən alçağın birisən!”
İblis dedi: “Mənə qiyamətə qədər möhlət ver!” Allah  buyurdu: “Sən möhlət verilənlərdənsən!”
İblisdedi: “Sən məni azdırıb yoldan çıxardığın üçün mən də Sənin düz yolunun üstündəoturub insanlara mane olacağam! Sonra onların qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm və sən onların əksəriyyətini şükr edən görməyəcəksən!”
Allah buyurdu: “Oradan rüsvay olmuş və qovulmuş halda çıx. Onlardan hər kim sənə uysa, cəzasını alacaq. Əlbəttə, cəhənnəmi sizin hamınızla dolduracağam!” (“Əraf”, 7/11-18).

İblis beləcə Allahın dərgahından qovulduqdan sonra qiyamətə qədər sürəcək davasına başladı. İnsanları aldadaraq azdırmaq üçün onlara hücum etdi. İlk böyük tələsi cənnətdə yaşayan Hz.Adəmi və zövcəsini aldadaraq onları Allahın əmrinə üsyan etməyə sövq etməsi idi. Bəşər tarixinin lap əvvəllərində baş vermiş bu hadisə Quranda belə bildirilir:

“Ey Adəm! Sən zövcənlə birlikdə cənnətdə sakin ol. Hər ikiniz istədiyiniz yerdən yeyin, ancaq bu ağaca yaxınlaşmayın, yoxsa zülm edənlərdən olarsınız! Şeytan Adəmin və Həvvanın örtülü ayıb yerlərini özlərinə göstərmək məqsədi ilə pıçıldayıb dedi: “Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya əbədi qalmamağınız üçün qadağan etmişdir”. Həm də onlara: “Mən sizin xeyirxah məsləhətçilərinizdənəm” deyə and içdi. Beləliklə, şeytan onları batil sözlərlə aldatdı. Adəm və Həvva ağacın meyvəsindən daddıqda ayıb yerləri (gözlərinə) göründü. Onlar cənnət yarpaqlarından dərib ayıb yerlərinin üstünü örtməyə başladılar. Rəbbi onlara müraciət edib buyurdu: “Məgər sizə bu ağaca (yaxınlaşmağı) qadağan etməmişdimmi? Şeytan sizin aşkar düşməninizdir deməmişdimmi?”
Adəm və Həvva: “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və mərhəmət etməsən, biz şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!” dedilər.
Allah buyurdu: “Bir-birinizə düşmən olaraq yer üzünə enin. Yerdə sizin üçün bir müddət sığınacaq və dolanacaq vardır”.
Allah buyurdu: “Orada yaşayacaq, orada öləcək və oradan çıxarılacaqsınız” (“Əraf”, 7/19-25). 

Beləliklə, insanlığın dünyadakı yaşayışının başlanğıcı Hz.Adəmin yuxarıdakı ayələrdə izah olunan səhvi idi. O biri andan Hz.Adəm Allaha tövbə etdi və Allah onu bağışladı. Ancaq iblisin insanlara qarşı apardığı mübarizə bitmədi. Quranın “Maidə” surəsində də bildirildiyi kimi, şeytan Hz.Adəmin iki oğlundan birini aldatdı və onu qardaşını öldürməyə sövq etdi (“Maidə”, 5/27).

O tarixdən sonra da iblis insan nəslindən çox insanı aldadıb öz tərəfinə çəkdi. O biri tərəfdən digər cinlərdən də çoxlu yoldaşı oldu. İblisin yolunu gedən bu cinlər eynilə onun kimi insanları azdırmaq üçün onların qəlbinə girib “qəlblərinə gizlicə vəsvəsə verməyə” (“Nəs”, 114/4) başladılar. İblisin yoldaşı olan bu cinlər və insanlar da onun sahib olduğu “şeytan” sifətini qazandılar. (Şeytan “uzaq olmaq” kökündən gələn kəlmədir və Allahın rəhmətindən qovulub uzaqlaşdırılmış hər azğın və üsyankar bəndənin sifətidir).
Dolayısilə, insan oğlunun üzbəüz qaldığı ən böyük təhlükə olan şeytan iblis tərəfindən rəhbərlik edilən cin və insandır. Bu cin və insanlar iblisin yolu ilə gedirlər. Özləri azdıqları kimi digər insanları da azdırmağa çalışırlar. “Cinni” (cinlərdən olan) şeytanlar insanlar tərəfindən görülmədikləri üçün onlara hiss edilmədən yanaşır, zehinlərinə azdırıcı düşüncələr doldurur. “İnsi” (insanlardan olan) şeytanlar isə digər insanların qəlbinə açıq-aşkar soxulur, onları Allahın yolundan çıxarmaq üçün öz fikirlərini onlara aşılayır. Bu tipdən olan şeytanlar insanın yaxın dostu olacağı kimi cəmiyyətdə qəbul edilən “mütəfəkkir” də ola bilər. Quranda bu təhlükəyə qarşı möminlərə bu dua öyrədilir:

“De ki: “Pənah aparıram insanların Rəbbinə:
İnsanların ixtiyar sahibinə:
İnsanların Tanrısına:
Vəsvəsə verən, qaçıb gizlənən şeytanın şərindən:
O şeytan ki, insanların ürəklərinə vəsvəsə salır.
Cinlərdən də olur, insanlardan da” (“Nas”, 114/1-6).

Şeytan insana müxtəlif yollarla yaxınlaşa bilən bir düşmən olduğuna görə ondan qorunmaq üçün böyük diqqət göstər­mək lazım gəlir. Bunun ən birinci şərti şeytanı tanımaqdır. Şeytanı tanımaq üçün ona baxdıqda olduqca qəribə və əsrarəngiz bir məntiqə sahib olduğunu görürük. Əvvəlcə iblis tərəfindən istifadə olunan, sonra da onun bütün ardıcılları tərəfindən davam etdirilən bu məntiqin əsasında təkəbbürlülük və özünü bəyənmək hissi dayanır.

Şeytanın əsrarəngiz məntiqi

Quranın şeytanla bağlı hekayətində iblisin Allaha üsyanının səbəbi belə bildirilir:

“Allah iblisə: “Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?” deyə buyurdu.İblis: “Mən ondan daha üstünəm, çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!” dedi” (“Əraf”, 7/12).

İblis özünün daha üstün varlıq oluğunu iddia edərək insana səcdə etməyi rədd edir. Ancaq üsyanının səbəbi zahirlə bağlıdır və çürük bir fikrə dayanır. Özünün oddan, insanın palçıqdan yaradıldığını bildirir və odun palçıqdan daha üstün bir maddə olduğunu önə çəkir. Yəni iblisin lovğalanmasının bütün səbəbi iki maddə arasındakı fiziki bir fərqlə bağlıdır. Ancaq yaradılış istər palçıqdan, istərsə oddan olsun, iblisi də, insanı da Allah yaradıb. Yaradılmış bir varlığın Yaradanın əmrinə yaradıldığı maddəni irəli sürərək üsyan etməsi həm çox böyük ağılsızlıq, həm də böyük bir nankorluqdur.

Ancaq iblisin insana qarşı olan qısqanclığı və içindəki təkəbbürlülük hissi onun bunu başa düşməsinə mane oldu. İblis isə sadəcə olaraq fiziki olan fərqə qapılaraq Yaradanın əmrinə üsyan etdi. Özünü üstün və fərqli gördüyü üçün iblisin şüurunun korluğu başqa ifadələrdən də aydın olur:

“Şeytan dedi: “Sənin quru və qoxumuş palçıqdan yaratdığın insana səcdə etmək mənə yaraşmaz” (“Hicr”, 15/33).

İblis özünün Allah tərəfindən yaradıldığını inkar etmir. Üsyanının səbəbi inkarçılıq deyil. Əksinə, onu Yaradanın Allah olduğunu birmənalı şəkildə söyləyir. Ancaq “mən ondan daha üstünəm, məni oddan yaratdın, onu isə palçıqdan yaratdın” deyərək üsyan edər. Bu ağlabatmaz üsyanın heç bir məntiqi əsası yoxdur.
İblisin məntiqsizliyinin digər bir təzahürü isə belədir:

“Yenə yadına sal ki, bir zaman mələklərə: “Adəmə səcdə edin!” deyə əmr etmişdik. İblisdən başqa hamı səcdə etmişdi. “Sənin palçıqdan yaratdığına mən səcdə edərəmmi?” demişdi” (“İsra”, 17/61).

Buradakı son ifadə iblisin nə qədər böyük bir qəflət və yan­lışlıq içində olduğunu çox açıq şəkildə göstərir. Başqa bir kimsənin ucaldılması, özünün isə arxa planda qalması, hət­ta o kimsəyə səcdə edilməsinin istənilməsi onu qorxunc bir qısqanclığa gətirib çıxardı. Bu ruhi hal içində isə onda Allaha qarşı hörmətsizlik və üsyan yaranır. 

“Allah buyurdu: “Ey iblis! Sənin mənim öz əlimlə yaratdığıma səcdə etməyinə nə mane oldu? Təkəbbür göstərdin yoxsa özünü yuxarı tutdun?”
İblis dedi: “Mən ondan daha yaxşıyam. Çünki sən məni oddan, onu isə palçıqdan yaratmısan!” (“Sad”, 38/75-76).

İblisin Hz.Adəmə səcdə etməyi rədd etməsindəki şeytani düşüncə Allah elçisini qəbul etməyən, ona itaət etməyi rədd edən insanlarda da, yəni insi şeytanlarda da görünür. Bu insanlar zahirən özləri kimi olan bir insanı Allahın elçisi olaraq qəbul etməyi rədd edirlər. Allahın elçisi olaraq qəbul edəcəkləri insanda çox böyük üstünlük görmək istədiklərini söyləyirlər. Bu üstünlüyün ancaq siyasi və ya maddi bir gücə əsaslanmalı olduğunu iddia edirlər. Hz.Muhəmməd (s.ə.v.) dövründəki inkarçıların söylədikləri ifadələr buna bir nümunədir:

“Onlar dedilər: “Məgər bu Quran iki şəhərdən birinin böyük bir adamına nazil edilməli deyildimi?” (“Zuxruf”, 43/31).

Ya da inkar edənlər elçiyə iman gətirmək üçün fövqəltəbii bir güc və ya başqa bir aydın dəlil istəyirlər. Quranın bir çox ayələrində bu insanların istəklərinə aid misallar verilmişdir:

“Belə dedilər: “Bizə yerdən bir bulaq çıxarmayınca və yaxud (ağacları) arasından şırıl-şırıl çaylar axan xurma və üzüm bağın olmayınca; yaxud iddia etdiyin kimi, göyü parça-parça edib başımıza endirməyincə; yaxud Allahı və mələkləri açıq-aşkar qarşımıza gətirməyincə; və ya qızıldan bir evin olmayınca; yaxud sən göyə qalxmayınca biz sənə iman gətirməyəcəyik. Əgər oxumaq üçün bizə səmadan bir kitab endirməsən, göyə qalxmağına da əsla inanmayacayıq”. De ki: “Rəbbim pak və müqəddəsdir! Mən isə yalnız peyğəmbər olan bir insanam!” (“İsra”, 17/90-93).

Elçilərə qarşı çıxan və onlara qarşı vuruşan insanların qəbul etmədiyi məsələlərdən biri budur. İnkar edənlər özləri kimi adi bir insana elçilik verilməsini və bu insana itaət etməyi qürurlarına sığışdıra bilmir. Bu həsəd və təkəbbür dolu üsyan iblisin Hz.Adəmə səcdə etməyi rədd etməsi ilə eyni təməl üzərində dayanır. Ayənin davamında insanların çoxunun ancaq bu səbəbdən hidayətə gələ bilməməsindən bəhs edilir:

“İnsanlara doğru yolu göstərən bir rəhbər gəldiyi zaman ona iman gətirməyə mane olan şey yalnız onların: “Allahbir insanımı peyğəmbər göndərdi?” demələridir (“İsra”, 17/94).

İblisin üsyanına əsrarəngizlik hakimdir. İblis elm sahibi olan bir varlıqdır. Allahın varlığına şəxsən şahiddir. Ətrafında mələklər var, insanın yaradılışından xəbərdardır. Allahın izzətini, gücünü və sonsuz cəhənnəm əzabını da bilir.

İblisin və onun ardıcılı olan bütün şeytanların əsrarəngiz məntiqi burada gizlidir: Allahın varlığını və birliyini bildiyi halda onun hökmünə qarşı çıxmaq və kafirlərdən olmaq... Bu son dərəcə möcüzəvi bir hadisədir. Çünki bu biliklərə və elmə sahib olan iblisin çox güclü bir imanı olmalıdır. Şüur səviyyəsi də eyni şəkildə yüksək, Allaha son dərəcə hörmətli və itaətli olmalıdır. İblis isə ən şüursuz bir insanın cəsarət etmədiyi bir hərəkət etmişdir.

İblisin varlığındakı sirlər bununla qurtarmır. İnsanlara inkar etmək kimi qorxunc bir günahı aşılamağa çalışdığı halda əslində Allahdan qorxduğunu söyləyir. Bu isə olduqca xəstə bir məntiqə işarədir:

“Şeytanın aldatmasına bənzəyir. O, insana: “Kafir ol!” deyər. İnsan kafir olan kimi şeytan (onu qoyub qaçaraq): “Mənim səninlə heç bir əlaqəm yoxdur. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram!” deyər (“Həşr”, 59/16).

Başqa bir ayədə şeytanın kafirləri möminlərin əleyhinə qızışdırıb qaldırdıqdan sonra onlardan aralandığı və Allahdan qorxduğunu etiraf etdiyi bildirilir:

“O zaman şeytan onlara öz əməllərini gözəl göstərib demişdi: “Bu gün insanlar arasında sizə qalib gələ biləcək kimsə yoxdur. Mən də sizin pənahınız, dadınıza çatanam!” Lakin iki dəstə üz-üzə gəldiyi zaman dönüb qaçaraq: “Mənim sizinlə heç bir əlaqəm yoxdur. Mən sizin görmədiklərinizi görürəm. Mən Allahdan qorxuram. Allah şiddətli əzab verəndir!” demişdi” (“Ənfal”, 8/48).

İblisin bir yandan Allahın varlığını, onun sonsuz gücünü və elmini qəbul etməsi, digər bir yandan da Ona bilə-bilə üsyan etməsi son dərəcə dolaşıq bir vəziyyətdir. Eyni zamanda Allahın Quranda bildirdiyi əmrləri tənqid və rədd etməyə, Allahın hökm verdiyi bir söz haqqında öz dar düşüncəsinə görə mühakimələr yürüdüb ilahi hökmü əhəmiyyətsiz göstərməyə çalışan hər bir kəsin halı iblisin halı kimidir. Bu kimsələr də Allahın varlığını eynilə iblis kimi bilir, ancaq özlərini bilməməzliyə vurmaqla onun vəziyyətinə düşürlər.

İblis itaətsizliyi üzündən alçaldılıb, Allah qatındakı vəziyyətindən lənətlənərək qovulub. Qüruru və təkəbbürü üzündən üsyan edən iblis bu xarakterinə görə ən ağır gələcəyə, alçaqlığa sürüklənir. İblis Allahın hüzurundan ayrılmadan öncə Allahdan möhlət və izn istədi. Ancaq bu möhləti Allahdan bağışlanma diləmək, tövbə etmək, yoluna qayıtmaq və peşmanlığını dilə gətirmək üçün istəmədi. Arzusu insanı da eyni zəlil vəziyyətə salmağa çalışmaqdır.

Beləliklə, şeytanın insana qarşı olan düşmənçiliyi və mübarizəsi belə başlamışdır. Ancaq şeytanın da bütün xüsusiyyətləri ilə Allah tərəfindən yaradılmış və tamamən onun nəzarətində olan bir qüvvə olması unudulmamalıdır. Yəni şeytanın Allaha qarşı heç bir müstəqil gücü yoxdur. Ancaq cahiliyyə cəmiyyətində yayılmış olan batil inanca görə, şeytanla Allah arasında bir mübarizə mövcuddur. Bu insanların düşüncəsinə görə, şeytan insanları azdırmağı bacardığı zaman Allahla mübarizədə zəfər qazanır (Allah bütün nöqsanlardan uzaqdır).

Halbuki həqiqət budur ki, şeytan bütün fəaliyyətini Allahın icazəsi və iradəsi ilə həyata keçirir. Ancaq burada insanların böyük bir qismi üzərində təsiri olur. Allahın izni olmadan o, heç bir şey edə bilməz. Quranda şeytanın istədiyi möhlət və Allahın verdiyi icazə belə bildirilir:

“(İblis) dedi: “Ey Rəbbim! İnsanların qəbirlərindən qalxıb diriləcəkləri günə qədər mənə möhlət ver!” (Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən!” (“Hicr”, 15/36-37).

Bir başqa ayədə şeytanın aldığı icazədən belə bəhs edilir:

(İblis) həmçinin: “Pərvərdigara! Bir de görək, nə üçün onu məndən üstün tutdun? Əgər qiyamət gününə qədər mənə möhlət versən, az bir qismi istisna olmaqla onun nəslini öz hökmüm altına alaram”. (Allah) buyurdu: “Çıx get (sənə qiyamətə qədər möhlət verdim). Onlardan hər kəs sənə uysa, (bil ki) cəzanız cəhənnəmdir. Özü də tamamkamal bir cəza!” (“İsra”, 17/62-63).

Ayələrdən də aydın olduğu kimi, şeytan Allahın iradə və təqdirinə uyğun fəaliyyət göstərir. Fəaliyyəti insana zərər vermək üçündür. Şeytan onsuz da Allahın aləmlərin Rəbbi olduğunu bilir.
Hətta iblis insanları azdırarkən Allahın böyüklüyünün adına and içər:

(İblis) dedi: “Sənin izzətinə-qüdrətinə and olsun ki, onların (Adəm övladının) hamısını (haqq yoldan) azdıracağam” (“Sad”, 38/82).

Allah şeytanı hüzurundan qovmamışdan əvvəl ona bunları bildirir:

“Onlardan kimi bacarırsansa, səsinlə (vəsvəsənlə) yerindən oynat, atlı və piyadanı onlara qarşı səfərbər et, (onları -harama, zinaya sövq etməklə mallarına və övladlarına) ortaq ol, onlara cürbəcür (yalan) vədlər ver”. Şeytan ona uyanlara yalnız yalan vədlər verər! (“İsra”, 17/64).

Şeytanın Allahın izni çərçivəsində işlətdiyi hiylələri sonrakı səhifələrdə təfərrüatları ilə açıqlayacağıq. Ancaq unu­dulma­malıdır ki, şeytanın Allahın ona verdiyi imkan xaricində bir gücü yoxdur. Şeytanın vəzifəsi cəhənnəm üçün yara­dılmış insanların aid olduqları yerə getmələrinə vasitəçi olmaqdır. Şeytana uyanlar Allahın cənnətinə layiq olmayan və əxlaq baxımından heyvandan daha aşağıda dayanan varlıqlardır. Allah bunu ayələrində belə açıqlayır:

“Biz cinlərdən və insanlardan bir çoxunu cəhənnəm üçün yaratdıq, onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla Allahın möcüzələrini görməzlər. Onların qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır (“Əraf”, 7/179).

Bununla yanaşı Allahın Ona qarşı səmimi bəndələri üzərində şeytanın heç bir təsiri yoxdur. Allah ona sığınan və ona şərik qoşmayan səmimi bəndələrini şeytanın azdırıcı hiylələrindən qorumuşdur. 

“Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzrində şeytanın heç bir hökmü yoxdur” (“Nəhl”, 16/99).

Nəticə olaraq deyək ki, şeytan da bütün digər varlıqlar kimi Allah tərəfindən vəzifələndirilmiş bir varlıqdır. Onun vəzifəsi Allahın cənnət üçün yaratdığı möminlərlə cəhənnəm üçün yaratdığı digər insanların bir-birindən seçilib fərqləndirilməsinə vəsilə olmaqdır. Bu isə bir növ təmizlik mənasına gəlir. Qəlbində xəstəlik və pislik olanlar şeytan vasitəsi ilə möminlərdən uzaqlaşır, ayrılırlar. Ayədə şeytanın hökmünün yalnız bu kimsələr üzərində olacağı bildirilir:

“Şeytanın vəsvəsəsini qəlblərində mərəz (nifaq, şəkk mərəzi) və ürəkləri qanlı, sərt olanlar üçün bir sınaq vasitəsi etsin. Şübhəsiz ki, zalimlər haqqdan uzaq bir ixtilaf içindədir” (“Həcc”, 22/53).

Şeytanın möminlərə verməyə çalışdığı sıxıntılar möminlərin dünyada Allaha yaxınlaşmasına, Allaha daha sıx sarılmasına və hidayətlərinin artmasına vəsilə olur:

“Və özlərinə elm verilən kəslər də bilsinlər ki, haqq sənin Rəbbindəndir. Artıq ona inansınlar və ürəkləri ondan xatircəm olsun. Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər!” (“Həcc”, 22/54).

Mələklərin və cinlərin insandan əvvəl yaradıldıqları haqqında qissədə bildirilmişdir. Burada, əsasən, səhv anlaşılan iki önəmli fərq var. Birincisi, insanların atası Hz.Adəmin bir səfərdə yaradıldığı, mələklərin və iblisin bu yaradılışa şahid olduqlarıdır. Bu məsələ önəmlidir, çünki yaradılışa qarşı olaraq ortaya atılmış hüceyrə nəzəriyyəsinə təkan verən bəzi dairələr Hz.Adəmin də bir təkamül nəticəsində ortaya çıxdığını irəli sürmək qəflətinə düşürlər. 
İkincisi, iblisin insanların düşündükləri kimi mələk olmaması, onun mələklərlə eyni bir məqamda olan bir cin olması məsələsidir. İblisin cin olması ²Kəhf² surəsinin 50-ci ayəsində bildirilir.

Bəzi adamlar cinlərin də, əslində, bir mələk olduqlarını iddia edir. Halbuki Qurandan öyrənildiyinə görə, mələklərlə cinlər arasında kəskin fərq var, bu fərq mələklərin öz dillərindən Quranın ²Səba² surəsinin 40-41-ci ayələrində ifadə edilib. Quranda cinlərin atasının (cann) tüstüsüz atəşdən  yaradıldığı bildirilir (²Rəhman², 55/15). Dolayısilə, ayələrdə atəşdən yaradıldığı bildirilən iblisin də mələk deyil, cin olması aydın məsələdir.