İman HƏQİQƏTLƏRİ

Şəkəri mazuta çevirən bakteriya


Şəkəri mazuta çevirən bakteriya

E.coli növü olan bakteriya  şəkəri yağa çevirmək xüsusiyyətinə sahibdir. Sintetik biologiya elminin köməyi ilə bakteriyanın hüceyrə mexanizmini dəyişdirən tədqiqatçılar şəkərin sintetik yanacaq molekullarına çevrilməsini təmin etmişdirlər. Bu əhəmiyyətli kəşf sayəsində bakteriya sanki bir yanacaq fabrikinə çevrilmişdir. Ancaq bir xörək qaşığı alkan əldə etmək üçün təqribən 100 litr bakteriyaya ehtiyac vardır.

Təkamülçülər mikroskopik canlılardakı möhtəşəm yaradılışı izah edə bilməzlər

Təkamül nəzəriyyəsini müdafiə edənlər əslində bakteriyaların sadə bir quruluşu olmadığını yaxşı bilirlər. Bu səbəbdən sözügedən mükəmməl canlıların xüsusiyyətlərindən bəhs edərkən, sahib olduqları mexanizmləri açıqlayarkən daima bir tərəddüd və çaşqınlıq içərisində olurlar.

Mikroskopik bir canlının varlığını açıqlaya bilməyən təkamül nəzəriyyəsinin qarşılaşmaqdan çəkindiyi ən böyük həqiqətlərdən biri də məhz budur. 20-ci əsrin inkişaf etmiş elm və texnologiyası elektron mikroskop altında təkamül nəzəriyyəsinin yalanını üzə çıxaran yeni bir aləmi tanıtmışdır. Darvinistlərin gettikcə uzanan suallar zəncirinə yeni biri də əlavə olunmuşdur. Təkamülçülər həll yolu axtarmaqda olsunlar. Bu yol, canlılarda qarşılaşdığımız hər xüsusiyyət, Allahın gözlə görünməyən bir canlıda necə qüsursuz bir sənət yaratdığını kəşf etmək və təqdir etməyə xidmət edəcək. Allahın bu qüsursuz sənət və elmi Quranda bu sözlərlə xəbər verilir:

Göydəkilərin və yerdəkilərin hamısının sahibi olan Allaha həmd olsun! Axirətdə də həmd Ona məxsusdur. O, Müdrikdir, Xəbərdardır. O, yerə girəni də, oradan çıxanı da, göydən düşəni də, oraya qalxanı da bilir. O, Rəhmlidir, Bağışlayandır. (Səba surəsi 1,2)