İman HƏQİQƏTLƏRİ

Təmizləyici piranalar


Təmizləyici piranalar


Nature Scientific Reports jurnalında nəşr olunan araşdırmada Amazon çayında yaşayan qara piranaların bir çox canlıdan güclü bir çənəyə sahib olduğu bildirilmişdir. Piranaların çənələrindəki gücü bir cihazın köməyi ilə ölçən alimlər 20-37 sm uzunluğundakı bir pirananın çənəsinin 320 Nyuton təzyiq tətbiq etdiyini aşkar etmişlər. Bu güc balığın ölçüləri nəzərə alınanda bir timsahınkından 3 dəfə çoxdur.

Uca Allah piranaların ağzında çox böyük çənə əzələləri və bu çənəni güclü şəkildə qapama mexanizmi yaratmışdır.


Piranaların dişləri, çənələrindəki elastik toxumaların içərisində basdırılmış vəziyyətdədir. Bu dişlər dodaq dəriləri ilə örtülüdür. Bu dəri yuxarı qaldırıldığı zaman ülgüc itiliyində olan üçkünc dişlər ortaya çıxır. Balıq ağzını bağlayanda, çiv şəklindəki alt və üst dişlər bir zəncirbənd kimi kilidlənir.


Piranaların dişləri və bu dişlərlə ovu tutma üsulu köpək balıqlarına bənzəyir.Balıq dişlərini ovuna keçirdikdən sonra zəncirbənd kimi kilidlənən iti dişlərini, sürətli quyruq hərəkəti ilə daha da itiləşdirir. Bu güclü çənəsi və dişləri vasitəsilə, hər böyüklükdə ovu rahatlıqla tuta bilir. Piranaların bu xüsusiyyəti olduqları bölgə baxımından çox vacibdir.


Amazon çayının daşqın dövrlərində boğulan heyvanlar suyun içində çürüyürlər. Olduqca isti bölgədə bu vəziyyət mikroorqanizmlərin,beləliklə də yoluxucu xəstəliklərin yaranması riskini ortaya çıxarır. Ancaq piranalar bu çayda adətən təmizləyici kimi hərəkət edərək, boğulan canlıları yeyir və tarazlığı qoruyurlar. Uca Allahın qurduğu qüsursuz tarazlıq və yaratdığı güclü çənə həm çayın ekoloji quruluşunu qoruyur, həm də meydana gələcək epidemiya xəstəliklər üçün bir tədbir olur.