İman HƏQİQƏTLƏRİ

Yaşayan ən yaşlı ağaclar


Yaşayan ən yaşlı ağaclar


Allah bitkiləri niyə uzun ömürlü yaratmışdır?


Allah bitkilərdə heyrətamiz xüsusiyyətlər və qüsursuz nizam yaratmışdır. Özünəməxsus faydalara və bənzərsiz sistemlərə sahib olan bitkilərin bu günə qədər yalnız 10000 növü tədqiq edilmişdir. Bu tədqiqatlar nəticəsində də hər bir bitkinin möhtəşəm yaradılış xüsusiyyətləri aşkar olunmuşdur. Allahı tanımaq, Onun isimlərinin təcəllisini görmək və Ona yaxınlaşmaq istəyənlər üçün bitkilərdəki, hətta bircə bitki yarpağındakı yaradılış möcüzələrinə baxmaq, onların ehtişamlı dünyalarını daha yaxından öyrənmək çox faydalı olacaq. Bunun sayəsində də əvvəllər yalnız elm adamlarının bildiyi bu həqiqətləri səmimi və diqqətcil insanlar da öyrənə biləcək. İnsanı heyrətə salan və təsəvvür edə bilməyəcəyi qədər uzun ömür sürən ağaclar da Allahın möhtəşəm yaratmasının nümunələrindən biridir.


Dünyanın ən yaşlı ağacları


Bitkilər tənəffüs etdiyimiz təmiz havanın, ehtiyacımız olan qidaların və sərf etdiyimiz enerjinin əsas mənbəyidir. Heyrətamiz mənzərələrin, bihuşedici qoxuların və gözoxşayan rənglərin mənbəyi də bitkilərdir. Beş yüz mindən çox növü olan bitkilər insan həyatında mühüm yer tutur. Bunlar Allahın insana bəxş etdiyi saysız-hesabsız nemətlərdən biridir. İnsanlara min illərdir fayda verən bəzi ağaclar aşağıdakılardır:


Qılçıqlı şam


Kaliforniyada bitən və 4800 il yaşı olan Qılçıqlı şam ağacı dünyanın ən yaşlı ağaclarından biridir. Yavaş böyüyən bu ağacın əsas xüsusiyyəti qətranının çox qatı olmasıdır. Allahın yaratdığı bu müdafiə mexanizmi ağacın uzunömürlü olmasına böyük təsir göstərir. Çünki ağaç bunun sayəsində həşərat və göbələklərdən qorunur.


Əbərkuh sidri


İranın Əbərkuh şəhərində bitən Əbərkuh sidrinin təqribən 4000 il yaşı var. Sidr növündən olan bu ağacın uzunluğu 82 metr, eni isə 59 metrdir.
Allah bu bitkilərin uzunömürlü olmasında bir çox hikmətlər yaratmışdır. Bu hikmətlərdən biri də insanı düşünməyə sövq etməsidir. Ağacları min illərlə yaşadan Rəbbimiz insana təqribən 70-80 illik ömür bəxş edir. Bu, insanın əsil həyatının dünya deyil, axirət olduğunu xatırladır.


Qaraçöhrə


35 milyon ildir mövcud olan bu bitki növü təkamülün olmadığını sübut edir. Bu növün məlum olan ən yaşlı nümayəndəsinin isə 3600 il yaşı var. Şimali Uelsdə bitən bu ağacın gövdəsinin eni 10,75 m-dir. Qaraçöhrənin materialı çox bahalıdır və dam örtüyü üçün istifadə edilir.
Ağaclar Allahın üstün ağlını göstərən dəlillərdən yalnızca biridir. Ağacları da, onları uzunömürlü edən sistemləri də yaradan uca Allahdır.
İnsan bütün yaradılış möcüzələrini görmək üçün səy göstərməlidir. Çünki bunun sayəsində Allahı daha yaxşı tanıyacaq, Onun böyüklüyünü və ucalığını lazımınca təqdir edəcəkdir. Allah Quranda belə buyurur:


(Allah) onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və (başqa) meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 11)


Alerse ağacı


1993-cü ildə And dağlarının ətəyində aşkar edilən bu nəhəng ağacın hündürlüyü 45 metrə çatır. Diametri 3 metrdən çox olan bitkinin gövdəsi hər il cəmi bir millimetr genişlənir. Yarpaqlarını tökməyən bu nəhəng ağacın yaşı 3500 ildir.


Senator


Floridada yerləşən tropik “Big Tree” parkında palmalarla birlikdə həcmi 5100 kub metr olan nəhəng bataqlıq sərvi yetişir. Bu ağac Amerikadakı ən böyük bataqlıq sərvidir. 37 metr hündürlüyü olan ağacın yaşı 3200 ildir.
Məgər onlar başları üstündəki göyə baxıb onu necə yaratdığımızı və necə bəzədiyimizi görmürlərmi? Orada heç bir yarıq da yoxdur. Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və gözoxşayan bitkilərin hər növündən yetişdirdik. (Bunu,) Allaha üz tutan hər bir qul üçün ibrət və öyüd-nəsihət olsun deyə (belə etdik). (Qaf surəsi, 6-8)
“Patriarca de Floresta” ağacı (Braziliya ağacı)
3000 il yaşı olan bu ağac 1997-ci ildə baş verən fırtına nəticəsində aşıb.


“Alishan sacred” ağacı


Siciliyadakı Etna vulkanının ətrafında bitən bu ağacın 2 və ya 4 min il yaşı olduğu hesab edilir.


“General Şerman” ağacı


Uzunluğu 82 metr olan bu sekvoya ağacı təxminən 27 mərtəbəli bina boydadır. Gövdəsinin diametri isə 30 metrdən çoxdur. Kaliforniyadakı Sekvoya Milli Parkında olan bu ağacın 2300-2700 il yaşı var. Ağacın odunundan 5 milyard kibrit hazırlamaq mümkündür. Yarpaqları göyümtül-yaşıl rəngdədir. Qızılı-qəhvəyi rəngdə olan qabığının bəzi hissələri 61 sm qalınlığındadır. Ağacın ağırlığı isə 2030 tondur.


“Jomon Sugi” ağacı


Yaponiyada Yakuşima adasının ən yüksək dağının şimal ətəyində bitən bu yapon sidrinin uzunluğu 24 metr, diametri isə 6 metrdir. Ağac halqalarının üzərində aparılan müşahidələr onun 7000 il yaşı olduğunu söyləməyə əsas verir.
İman gətirənlər Allahın bəxş etdiyi ağıl və anlayış qabiliyyəti sayəsində dünyadakı möcüzələri görə bilirlər. Buna görə də yaradılmış bütün varlıqlara hikmətlə baxmaq lazımdır. Ağılla və hikmətlə baxmağı öyrənən insan ağacın rəngində, formasında, eləcə də qoxusunda gördüyü sənəti, ondakı bütün sistemləri araşdırar. Bunun sayəsində də Allahın üstün elminə və qüdrətinə daha yaxından şahid olar. Allah həm insanın, həm də digər canlıların yaradılışında bir çox dəlillər olduğunu bildirmişdir:
Sizin yaradılışınızda və (Allahın yer üzünə) yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır. (Casiyə surəsi, 4)