Axırzaman və MEHDİ (əs)

Quyruqlu ulduzun çıxması


Quyruqlu ulduzun çıxması

Mehdinin çıxışından əvvəl (hər tərəfi) işıqlandıran quyruqlu ulduz çıxacaq. (Kıyamet Alametleri, Berzenci səh. 200)

O gəlməzdən əvvəl şərqdən parlaq bir ulduz görünəcək. (El-Kavlu´l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 53)

O ulduz Günəş və Ay tutulduqdan sonra görünəcək. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 32)

Hədislərdə ifadə edildiyi kimi:

- 1986-cı ildə (hicri 1406), yəni hicri 14-cü əsrin əvvəllərində "Halley" kometi Yer kürəsinin yaxınlığından keçmişdir və bu komet parlaqlığı ilə yaddaşlarda qalmışdır.

- Hərəkət istiqaməti şərqdən qərbə doğru olmuşdur.

- 1981 və 1982-ci illərdə (hicri 1401-1402) Ay və Günəş tutulduqdan sonra ortaya çıxmışdır.

Bu ulduz hz. Mehdinin digər çıxış əlamətləri ilə eyni dövrdə meydana gəldiyi üçün onun hədisdə işarə edilən ulduz olduğu düşünülür.

İmam Rəbbani hz. Mehdinin çıxış əlamətlərindən biri olan Halley quyruqlu ulduzu haqqında bu məlumatları vermişdir:

Şərq tərəfdən hər yerə işıq saçan bir ulduz çıxacaq. Onun hər günkü istiqaməti şərqdən qərbə doğru olacaq. (Məktubatı Rəbbani, 2/258)

Tarix boyu bu ulduzun keçdiyi hər dövrdə müsəlmanlar üçün olduqca əhəmiyyətli, hətta dönüş nöqtəsi sayıla bilən hadisələr meydana gəlmişdir. Bunlardan bir qismi Peyğəmbərimizdən (səv) nəql olunan rəvayətlərdə də bildirilmişdir. Bu rəvayətlərə görə, bu ulduz göründükdə:

Nuhun qövmü həlak olmuşdur.
İbrahim oda atılmışdır.
Firon və qövmü məhv edilmişdir.
Yəhya öldürülmüşdür.
İsa doğulmuşdur.
Peyğəmbərimizə (səv) ilk dəfə vəhy gəlmişdir.
Osmanlı dövləti tarix səhnələrində yer almağa başlamışdır.
İstanbul Fateh Sultan Mehmed tərəfindən fəth edilmişdir.
 

Halley quyruqlu ulduzu haqqında bəzi maraqlı rəqəmlər

Halley quyruqlu ulduzu ilə əlaqədar diqqət çəkən məqamlar var: bəzi rəqəmlərin "19"-a vurulmasından alınan ədəd ulduzun çıxış tarixi ilə üst-üstə düşür.

Halley kometası 76 ildən bir keçib. 4 x 19 =76

Bu ulduz sonuncu dəfə hicri 1406-cı ildə görülüb. 74 x 19=1406

-Bu mövzu ilə bağlı nəzərə çarpan digər məqam isə budur: yuxarıda da hesabladığımız kimi, Halley ulduzunun keçdiyi tarix, hicri 1406-cı il 19 rəqəminin 74 mislidir. "74" rəqəmi isə Qurani Kərimdə 19 möcüzəsinə işarə edilən Muddəssir surəsinin sıra nömrəsidir.

Quranın Muddəssir surəsinin (74-cü surə) 30-cu ayəsində "19" rəqəminin möminlər üçün rəhmət, inkar edənlər üçün isə fitnə səbəbi olduğu bildirilir.

Halley kometinin 19 rəqəmi ilə olan bu möcüzəvi əlaqəsində kafirlər üçün fitnənin, möminlər üçün isə rəhmətin müjdələndiyinə işarə edilə bilər. (Doğrusunu Allah bilir)

Muddəssir surəsinin 1 və 2-ci ayələrində hz. Muhəmmədə (səv) belə buyurulur:

"Ey (libasına) bürünüb örtünmüş (peyğəmbər)! Qalx və (insanları) xəbərdar et!”.

Bu, ayələrin açıq mənasıdır. Lakin burada axırzamanla bağlı gizli işarələr də ola bilər. Bəlkə də "Ey gizlənən" deyilərək Peyğəmbərimizin (səv) nəslindən  gələcək olan hz. Mehdiyə də işarə edilə bilər. Hz. Mehdinin çıxış əlamətlərindən biri isə hicri 1406-cı ildə quyruqlu ulduzun çıxmasıdır.  (Doğrusunu Allah bilir)

74- Muddəssir surəsi

1.Ey (libasına) bürünüb örtünmüş (peyğəmbər)!

2.Qalx və (insanları) xəbərdar et!”.

Muddəssir: örtünən-bürünən-gizlənən deməkdir.

-Başqa bir möcüzə və işarə isə budur ki, hz. Muhəmmədə (səv) peyğəmbərlik verildiyi dövrdən, yəni 607-ci ildən  1986-cı ilə qədər Halley kometası 19-cu dəfə görünmüşdür.