İman HƏQİQƏTLƏRİ

Yeni kəşf edilən canlı növləri Allahın sonsuz elminin təzahürləridir


Yeni kəşf edilən canlı növləri Allahın sonsuz elminin təzahürləridir


Günəş sisteminə səfərə çıxdığınızı düşünün. Bu səfərdə dondurucu soyuqluğu, yandırıcı istiliyi, zəhərli qazlardan ibarət atmosferi olan, səthində su olmayan və qorxunc fırtınalar əsən planetlər qarşınıza çıxacaq. Yalnız üzərində yaşadığımız “mavi planet” olan dünyamızın atmosferindən litosferinə, istiliyindən maqnit sahəsinə, elementlərindən Günəşə qədər olan məsafəsinə qədər hər bir şey yaşamaq üçün ən əlverişli şəkildə yaradılmışdır.


Dünyanın canlı həyatı üçün əlverişli olmasının ən mühüm səbəblərindən biri üzərindəki suyun miqdarıdır. Yer kürəsinin əksər hissəsi, yəni təxminən 70%-i sularla örtülüdür. Bu sularda müxtəlif rəngləri, müxtəlif bioloji sistemləri, qeyri-adi ovlanma və müdafiə taktikaları olan milyonlarla canlı növü yaşayır. Hətta nisbətlə versək, dünyadakı canlı növlərinin 90%-i bu sularda yaşayır. Müasir texnologiya sayəsində aparılan araşdırmalarla kəşf olunan canlıların sayı günbəgün artır.


“Scientific Reports” jurnalında 2016-cı ilin dekabr ayında yayımlanan son araşdırmaya görə, Hind Okeanının təxminən 3 km dərinliyində isti su qaynaqları ətrafında 6 yeni canlı növü kəşf edilmişdir. Tapılan yeni növlər dəniz dibinə qədər enə bilən, uzaqdan idarə edilən dənizaltı robotlarla aparılan araşdırmalar nəticəsində kəşf edilmişdir. Yeni dəniz canlılarının dəniz ilbizi, okean soxulcanı, dəniz minarəsi, hoff xərçəngi və qum qurdu növlərinə aid olduqları bildirilmişdir.


İngiltərənin Sauthempton Universitetində aparılan tədqiqatlara rəhbərliyi həyata keçirən dr.Con Kopley və heyəti okean dibində hidrotermal bacaların olduğu futbol stadionu böyüklüyündəki bir sahəni müşahidə altına aldılar. Araşdırma aparılan bu okean dibindəki bacaların mis və qızıl mineralları baxımından olduqca zəngin olduğu və gələcəkdə isə dəniz mədənçiliyi üçün dəyərləndirilə biləcəyi kəşf edildi. Hidrotermal bacaların ətrafında bir çox dəniz canlısının yaşadığı və bu canlıların buradan çıxan isti mayelərlə bəsləndiyi haqqında danışılır.


Şübhəsiz ki, dəniz dibində yaşayan canlılar canlı növlərinin yalnızca bir hissəsidir. Yer üzündəki canlı növlərinin sayının təxmini hesablamalarla 100 milyon olduğu müəyyən edilmişdir. Harvard Universitetindən prof. Edvard Uilson “Təbiətin gizli bağçası” (“In Search of Nature) adlı kitabında canlı növlərindəki müxtəliflik haqqında belə demişdir:


“Əvvəlcə bioloji müxtəliflik mövzusunu düşünün. Dünyadakı canlı növlərinin sayı tam olaraq bilinmir. Bu günə qədər təxminən 1,5 milyon növə ad verilmişdir, amma gerçək say təxminən 10 milyonla 100 milyon arasındadır ...”


Uca Allah müqəddəs kitabımız Quranda “O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır” (Nəhl surəsi, 8) ayəsi ilə yaratdığı canlı müxtəlifliyi haqqında bizə bildirmişdir. Texnologiyanın inkişaf etməsinə baxmayaraq, 100 milyon canlı növündən yalnız 1,5 milyonunun müəyyən edilməsi, ayədə bildirildiyi kimi "hələ bilmədiyimiz" neçə canlı növünün yer üzündə yaşadığının dəlillərindəndir.


Okeanların minlərlə metr dərinliyindəki günəş işığı düşməyən yerlərdən qütb bölgələrindəki dağların zirvəsinə qədər hər yerdə çox sayda canlı növü yaşayır. İnkişaf edən texnologiya Allahın yaratdığı bütün canlıları təsbit etməkdə aciz qalır. Hər bir canlı Allahın sonsuz elminin bənzərsiz və qüsursuz bir təzahürüdür. Allah Quranda belə bildirir:


Həqiqətən, göylərdə və yerdə möminlər üçün dəlillər vardır. Sizin yaradılışınızda və (Allahın yer üzünə) yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır. (Casiyə surəsi, 3-4)