Axırzaman və MEHDİ (əs)

Dünyanın hər yerini çaxnaşmaların bürüməsi


Dünyanın hər yerini çaxnaşmaların bürüməsi

Dünyanın hərc-mərclik içində qaldığı, fitnələrin baş verdiyi, yolların kəsildiyi, çaxnaşmaların artdığı, böyüyün kiçiyə mərhəmət etmədiyi, kiçiyin böyüyə hörmət etmədiyi zamanda Allah insanlar arasındakı düşmənçiliyi qaldıran və əvvəlcə mənim dəstək olduğum kimi, axırzamanda dinə dəstək olan, əvvəllər zülmlə dolu olan dünyanı ədalətlə dolduran bir şəxsi (Mehdini) göndərəcək. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman)

Hədisdə müəyyən bir yer təsvir edilməyib. Qarışıqlığın dünyanın hər tərəfinə yayılacağı bildirilir. Hədisdə təsvir edildiyi kimi, bu gün dünyanın beş qitəsində  böyük çaxnaşmalar, müharibələr, qırğınlar və terror hadisələri baş verir. Hər gün yüzlərlə insan səbəbsiz yerə öldürülür, yurdlarından- yuvalarından çıxarılır.