Axırzaman və MEHDİ (əs)

Hz. Mehdinin çıxışından əvvəl böyük qırğınlar baş verər


Hz. Mehdinin çıxışından əvvəl böyük qırğınlar baş verər

Hədislərdə hz. Mehdinin çıxışından əvvəl, demək olar ki, bütün dünyanı bürüyən zülm və qarışıqlığın baş verəcəyi, çox qan töküləcəyi bildirilmişdir:

Bu hadisələr meydana gəlmədikcə qiyamət qopmayacaq… Ölümlər və qırğınlar yayılacaq…(Camiü´s-Sagir, 3:211, Müsned, 2:492, 4:391, 392)

 

Şəvvalda (Ramazan ayından sonrakı ay) döyüş sədaları eşidilər, Zilhiccədə (ərəblərin son ayı) iğtişaşlar və müharibələr baş verər, hacılar talan edilər, küçələr qana boyanar... Qırğınlar artar. (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti´nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, səh. 37)

 

Mina dağında çox insanın ölümü ilə nəticələnən döyüş olar. Hər tərəf qan gölünə çevrilər. (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti´nin Tasnifinden Hadisler-Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, səh. 31)

 

Çox geniş və bitməyəcəkmiş kimi görünən bir fitnə törədiləcək...(el-Kavlu´l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 55)

 

Mina dağına endikləri zaman itlərin əhatəyə alması kimi əhatələnərlər və qəbilələr arasında böyük döyüşlər olar. Ayaqlar qan gölü içində qalar... (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti´nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, səh. 35)

 

Hər tərəfə yayılan bir fitnə baş verəcək. Bu fitnə olduğu yerdən dərhal başqa bir yerə yayılacaq.  (El-Kavlu´l Mühtasar Fi Alamet-el Mehdiyy-il Muntazar, səh. 21-22)

Bütün insanlar bu fitnə və bəlalardan axırzamandakı texnologiya vasitəsi ilə xəbərdar olacaqlar. Hadisələrin baş verdiyi anda hadisə yerində çox az insan olsa da, bütün dünya bu hadisələri öyrənəcək. Bu da axırzamanda informasiya vasitələrinin inkişaf etdiyinə və böyük kütlə tərəfindən istifadə olunmasına bir işarədir (Allahualəm). Baş verən qırğınlar, ölümlər, axıdılan qanlar, haqsızlıqlar və zülm radio, televiziya, qəzet, internet kimi vasitələrlə bütün dünyaya çatdırılacaq və bütün dünya bu fitnələrdən xəbərdar olacaq.