Axırzaman və MEHDİ (əs)

Fitnələrin artması


Fitnələrin artması

İnsanların dini yaşamağa çalışarkən başlarına gələn çətinliklər, şərtlər və mühitlər fitnə adlanır. İslami mənbələrdə də insanların həyat şərtlərinin çətinləşdiyi, inkarçıların Allaha və dinə fərqli formalarda qarşı çıxaraq iman gətirənlərin inancını zəiflətməyə, yox etməyə təşəbbüs göstərmələri də fitnə termini ilə izah olunur.

Aşağıdakı hədisdə hz. Mehdinin çıxışından əvvəl möminlərin imanlarının zəifləyəcəyi və buna səbəb olacaq hadisələr bildirilir:

Qiyamət yaxınlaşdıqda və möminlərin imanı ölüm, aclıq, fitnələr, sünnələrin yox olması, bidətlərin ortaya çıxması, "əmri bil-məruf və nəhyi anil-münkər" (yaxşı işlər görməyi nəsihət edib, pis işlərdən çəkindirmək) imkanlarının olmaması kimi səbəblərlə zəiflədiyi zaman Allah mənim övladlarımdan Mehdi vasitəsi ilə sünnələri bərpa edər. Onun ədalət və bərəkəti ilə möminlərin qəlbi rahatlayar. Əcəmilər (ərəb olmayanlar) və ərəblər arasında dostluq yaranar. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 66)

Hz. Mehdinin çıxışını bildirən hadisələr bunlardır:

1- Ölüm: anarxiya və kütləvi qırğınlar nəticəsində xalqın təhlükə altında qalması və bunun meydana gətirdiyi çətinliklər.

2- Aclıq: bahalığa görə dolanışığın çətinləşməsi. Bəlalar və təbii fəlakətlər nəticəsində qıtlığın, aclığın artması.

3- Fitnələr: yaşından asılı olmayaraq, hər kəsin harama meyil etməsi. Hər cür əxlaqsızlığın hamının gözü qarşısında edilməsi.

4- Bidətlərin ortaya çıxması: dində olmayan, sonradan əlavə olunan adətlərin dinin əsas şərti kimi qəbul edilməsi.

5- Dini təbliğ etmək imkanlarının  olmaması: yaxşı işlər görməyi buyurub, pis əməlləri qadağan etməyə maneə törədilməsi.

Fitnələr dərin imanlı möminlərin imanlarını, səbirlərini və axirətdəki dərəcələrini artıracaq. Zəif imanlıların isə imanlarının zəifləməsinə və ya küfr etmələrinə səbəb olacaq. Hz. Mehdi şiddətli fitnələrin daha çox baş verdiyi dövrdə ortaya çıxacaq.

Hədislərdən birində axırzamanda "qərbdə" qarışıqlıq, fitnə və qorxunun olacağı xəbər verilmişdir:

Məğribdə (qərbdə) qarışıqlıqlar, fitnələr və qorxu olacaq. Aclıq və bahalıq artacaq. Fitnələr çoxalacaq. (Ölüm-Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri, İmam Şarani, səh. 440)

Başqa bir hədisdə isə hz. Mehdinin fitnələrin artacağı dövrdə ortaya çıxacağı bildirilmişdir:

Hər tərəfə yayılan bir fitnə baş verəcək. Bu fitnə olduğu yerdən dərhal başqa bir yerə yayılacaq və bu vəziyyət bir münadinin (çağıran, səsləyən) səmadan səslənərək: "Ey insanlar, əmiriniz artıq Mehdidir" deməsinə qədər davam edəcək. (El-Kavlu´l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 23)

Hədisdə sürətlə yayılan bir fitnədən bəhs edilir. Hər kəsin xəbərdar olacağı, dinə və Allaha qarşı yaradılan fitnə ilə insanlar dindən döndərilməyə çalışılacaq. Dövrümüzdə Allahın varlığına və yaratmasına qarşı yaranan ən böyük cərəyan materialist fəlsəfəsidir. Bu fəlsəfə təkamül nəzəriyyəsinə əsaslanır. Heç bir elmi dəlili və məntiqi olmayan bu cəfəngiyyat güclü təbliğat və hiylələrlə materialistlər tərəfindən dünya səviyyəsində böyük kütlələrə təlqin edilir.

Təkamül nəzəriyyəsi istər mətbuat, istərsə də televiziya vasitəsi ilə bütün dünyaya çatdırılıb. Bu nəzəriyyə haqqında xəbərsiz olan, demək olar ki, çox az insan vardır. Bütün Qərb dünyası və bəzi müsəlman ölkələrində də təkamül nəzəriyyəsi insanlara çatdırılıb. Dərs kitablarına belə salınmış bu nəzəriyyə saysız-hesabsız yalanlarla hələ uşaq yaşlardan etibarən insanlara təbliğ edilir. İnsanlar təsadüflər nəticəsində meydana gəldikləri, meymundan törədikləri kimi cəfəngiyyatlarla aldadılırlar. Gənclərin ibtidai sinifdə oxuduqları vaxtdan universitetlərə qədər beyinləri təkamül yalanları ilə doldurulur.

Peyğəmbərimizin (səv) hədisdə bildirdiyi kimi, bu fitnə texnoloji imkanlarla (mətbuat, nəşr, internet, peyk və s...yolu ilə)  hər yerə sürətlə yayılacaq. Həqiqətən də, bu günə qədər Allahın varlığına, yaradılışa və dinə qarşı dünya səviyyəsində hələ bu cür fitnə törədilməyib. Bütün bunlar hz. Mehdinin hazırda yaşadığımız dövrdə zühur edəcəyinə dair mühüm əlamətlərdir.

Bundan başqa. hədisdə hz. Mehdinin zühuru ilə bu fitnənin sona çatacağı da bildirilir.