İSLAMİ hökmlər

Peyğəmbərimiz (səv) kitab əhlini Allaha şərik qoşmaqdan iman gətirməyə çağırmışdır


Peyğəmbərimiz (səv) kitab əhlini Allaha şərik qoşmaqdan iman gətirməyə çağırmışdır

Peyğəmbərimiz (səv) Kitab Əhlini dinə çağırarkən, onlara, Allaha şirk qoşmamalarını söyləmiş və onları müsəlmanlarla ortaq bir nöqtəyə gəlməyi dəvət etmişdir:

De: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək”. Əgər onlar üz döndərsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!” (Ali İmran surəsi, 64)

De: “Ey Kitab əhli! Dininizdə haqsız yerə ifrata varmayın. Öncə azmış, bir çoxlarını da azdırmış və doğru yoldan çıxmış bir dəstənin istəklərinə tabe olmayın”. (Maidə surəsi, 77)

Hz.Muhəmməd (səv) hz. Muazı (rə) Yəmənə göndərmiş və gedərkən ona Kitab Əhlinə əvvəlcə yalnız Allaha ibadət etməyə çağırmasını söyləmişdir:

"Sən Əhli Kitab bir qövmə gedirsən. Onları dəvət edəcəyin ilk şey Allaha ibadət olsun."

“Şübhəsiz ki, bu  aləmlərin Rəbbindən nazil edilmişdir” (Şuəra surəsi, 192)