İSLAMİ hökmlər

Allah’a təslim olmaq


Allah’a təslim olmaq

İman edən insan Rəbbimizə səmimi qəlblə iman etmiş və dərin Allah qorxusu ilə təslim olmuşdur. Allah’dan başqa ilah olmadığını, Onun bütün varlıqların yeganə hakimi və hər şeyin üzərində sonsuz güc sahibi olduğunu qavramışdır. Buna görə də yalnız Allah’dan qorxur və yalnız Onun razılığını qazanmağı qarşısına məqsəd qoyur. Tək, bir olan Allah’a ibadət edir, Onu dost bilir və yalnız Ondan kömək istəyir. Özünə aid gözəllik varsa, bunu ancaq Allah’ın verə biləcəyini və yenə də ona toxunan pislik varsa, buna da Allah’ın mane ola biləcəyini, onu yalnız Allah’ın qoruya biləcəyini bilərək yaşayır. Yalnız Allah’a möhtac olduğunu, onu həyatda saxlayan, ona nemətini və köməyini çatdıran, qoruyan yeganə gücün Allah olduğunu bilir. Beləliklə, heç vaxt insanlardan heç nə gözləmir.

Qəlbində Allah’a qarşı heç bir şübhəyə yer vermədən iman edir, imanındakı bu səmimiyyətini həyatının sonuna qədər, hər an davam etdirir. Həyatının hər mərhələsində qarşılaşdığı çətinliklərdən asılı olmayaq səmimi inamından imtina etmir. Nemət içində olduqda Allah’a qarşı necə şükr edən, məmnuniyyət dolu yaxınlıq hissi duyursa, şərtlər əksinə dəyişdikdə də eyni təslimiyyəti göstərməyə davam edir. Rəbbimizin qullarına olan sonsuz sevgisindən, rəhmətindən, qoruyuculuğundan və bağışlayıcılığından əmin, təvəkküllü hərəkət edir.

Hər hansı bir çətinliklə qarşılaşdıqda Allah’ın Quranda hər çətinliklə bərabər asanlıq verəcəyini, mühüm olan isə bu çətinlik anında insanın Allah’a olan sevgisində, təslimiyyətində və güvənində qərarlı olmasıdır. Allah’ın ədalətindən, hər hadisəni xeyir və hikmətlə yaratdığından əmindir və Allah’ın vədindən əsla dönməyən olduğunu bilir. Qarşılaşdığı çətinliklər uzun zaman davam etsə belə, heç vaxt ümidsizliyə qapılmır, Allah’ın köməyindən əsla şübhə etmir. Gözəl səbir və təslimiyyətlə Allah’ın ona verdiyinə qane olur və bunda özü üçün xeyir olduğunu qəti olaraq bilir. Allah’ın Quranda bu mövzu ilə əlaqədar bildirdiyi nümunələri ağlından çıxartmır; çətinliklərlə qarşılaşdıqları vaxt ümidsizliyə qapılanların təslim olmadıqlarını bilir. Hansısa çətinliklərlə qarşılaşdıqlarından asılı olmayaq Quranda, “...(Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O, mənə doğru yol göstərəcəkdir!” (Şuəra, 62) deyərək Allah’a təvəkkül etdiklərini bildirən peyğəmbərlərin yüksək əxlaqlarını nümunə götürür. Ömürləri  boyunca qarşılarına çıxan hər hadisədə Allah’ın rəhmətini, yaxınlığını, sevgisini, köməyini və dostluğunu görə bilən iman dərinliyinə malik olurlar.

Möminlərin göstərdiyi bu əxlaq cahil inanclarla müqayisə edildikdə daha aydın şəkildə ortaya çıxır. Cahil əxlaqını mənimsəyən bəzi insanlar, ömürləri boyu qarşılaşdıqları hər şeyi yaradanın Allah olduğunu və bunların hər birində bir çox xeyir və hikmət olduğunu düşünmədikləri üçün başlarına gələn hadisələr qarşısında lazımi şəkildə təslimiyyət göstərə bilmirlər. Çətinlik və sıxıntılar qarşısında dözümsüz, səbirsiz hərəkətlər edə bilirlər. Allah’a etibar edib təslim olmadıqları üçün çətinliklərə, sıxıntılara qarşı həqiqi səbri və gücü özlərində tapa bilmirlər.

İmanlı insan gücünü imanından və Allah’ın rızasını qazanmaq sevincindən aldığı üçün səbri çox güclü olur. Allah Quranda möminlərin, bu əxlaqlarını “...De: “Ancaq Allah’ın haqq yolu doğru yoldur! Bizə əmr edilmişdir ki, aləmlərin Rəbbinə təslim olaq!” (Ənam surəsi, 71) sözləri ilə bildirir. Buna qarşılıq Rəbbimiz tam təslimiyyətlə Ona təslim olan qullarını belə müjdələyir:

“Yaxşı əməl sahibi olub özünü Allah’a təslim edən şəxs ən möhkəm dəstəkdən yapışmış olar. Bütün işlərin sonu Allah’a qayıdır”. (Loğman surəsi, 22)