Quran möcüzələrİ

Kainatın əmələ gəlməsi


Kainatın əmələ gəlməsi

XX əsrin əvvəllərinə qədər hakim olan fikir kainatın sonsuz ölçülərə malik olması, sonsuzdan bəri var olduğu və sonsuza qədər də var olacağı şəklində idi. "Statik kainat modeli" adı verilən bu anlayışa görə, kainat üçün hər hansı bir başlanğıc və ya son yoxdur. Materialist fəlsəfənin də əsasını təşkil edən bu fikir kainatı sabit və dəyişməyən maddələr yığını olaraq qəbul edərək hər hansı bir Yaradanın varlığını da rədd edirdi. Halbuki, XX əsrdə inkişaf edən elm və texnologiya materializmin bünövrəsi hesab edilən sabit kainat modelini kökündən darmadağın etdi.

Kainatın başlanğıcının olmasını XXI əsrin əvvəllərində yaşadığımız bu dövrdə müasir fizika müxtəlif müşahidə, təcrübə və hesablarla sübut edib. Bundan başqa, kainatın materialistlərin iddia etdikləri kimi sabit və statik olmadığı, əksinə, hər an hərəkət etdiyi, dəyişdiyi və genişləndiyi də təsdiq edilib. Bu gün bu həqiqətlər bütün elm dünyası tərəfindən qəbul edilir. Qurani-kərimdə kainatın meydana gəlməsi ilə bağlı bunlar bildirilir:

"O, göyləri və yeri (yoxdan) var edəndir..." ("Ənam" surəsi, 6/101)

Quranda öz əksini tapan bu məlumat müasir elmin kəşfləri ilə üst-üstə düşür. Yuxarıda da qeyd etdiyimiz kimi, çağdaş astrofizika bütün kainatın özünün maddə və zaman ölçüləri ilə birlikdə sıfır anında böyük bir partlayışla meydana gəldiyi qənaətindədir. "Böyük partlayış" və ya əsl adı ilə desək, "Biq bənq" (Big bang) nəzəriyyəsi bütün kainatın təxminən 15 milyard il əvvəl bir nöqtənin partlaması nəticəsində yoxdan var olduğunu sübut etmişdir.

"Biq bənq"dən əvvəl maddə deyilən bir nəsnə yox idi. Maddənin, enerjinin, hətta zamanın da olmadığı, tamamilə metafizika olaraq adlandıra biləcəyimiz bir yoxluq şəraitində maddə, enerji və zaman bir anda yaradılmışdır.

Müasir fizikanın elmi şəkildə sübuta yetirdiyi bu böyük həqiqət Quranda bizə hələ 1400 il bundan əvvəl xəbər verilib!