Quranda Sədaqət

Möminlər Allaha sadiqdirlər və Allahın rizasını qazanmaq üçün infaq edərlər


Möminlər Allaha sadiqdirlər və Allahın rizasını qazanmaq üçün infaq edərlər

Allah Quranın bir çox ayəsində infaq etməyin möminlərin məsul olduğu ibadətlərdən biri olduğunu bildirir. İnfaq etmək möminin Allahın verdiyi hər neməti Onun yolunda və Onun rizasını qazanmaq üçün xərcləməsidir.

İnfaq etməyin möminin Allaha  olan sədaqətinin göstəricisi olduğunu iman etməyən və ya münafiq xarakterli insanların bu mövzuya münasibətini müqayisə edərək də anlamaq olar. Qəti iman etməyən səmimiyyətsiz kimsələr üçün sahib olduqları maddi sərvətlər çox dəyərlidir.Onlar sahib olduqları bu dəyərli şeyləri öz inanclarına görə qəti bilgi ilə inanmadıqları və ya şübhə etdikləri bir şey uğrunda əsla xərcləməzlər. Allaha və axirətə tam iman gətirmədikləri üçün də Allaha və elçisinə sadiq olmaz və bu yolda sahib olduqlarını sevərək xərcləməzlər. Bu səbəbdən Allah yolunda infaq etməyə çağrıldıqları zaman bundan qaçaraq xəsislikedərlər. Allah qəlblərində xəstəlik olan bu insanların səmimiyyətsiz davranışlarını belə bildirmişdir:

Budur, siz Allah yolunda malınızdan xərcləməyə dəvət edilirsiniz. Aranızda isə simiclik edənlər də tapılır. Kim simiclik etsə, ancaq öz əleyhinə etmiş olar. Allah Zəngin, siz isə kasıbsınız. Əgər üz çevirsəniz, yerinizə sizin tayınız olmayan başqa insanlar gətirər. (Muhamməd surəsi, 38)

Qəlblərində xəstəlik olan bu insanların bir başqa çirkin davranışları da dinə zərər vermək və möminlərin bir-birilərinə olan bağlılıqlarını qırmaq üçün Allahın “Məhz onlar: “Allahın Elçisi yanında olanlara bir şey verməyin ki, dağılıb getsinlər!”– deyirlər. Halbuki göylərin və yerin xəzinələri Allahındır, lakin münafiqlər anlamırlar (Munafiqun surəsi, 7) ayəsində də bildirildiyi kimi, başqalarının da möminlərə köməyinin  qarşısını almaqdır. Öz aralarındakı sədaqət anlayışı yalnız pul və mala bağlı olduğundan möminlərin bir-birilərinə bağlılıqlarını da ancaq bu yöndən qiymətləndirirlər. Bu cür hərəkət etdikləri zaman iman gətirənlərin dağılacaqlarını düşünürlər. Halbuki möminlərin öz aralarındakı ittifaq maddi dəyərlər üzərində qurulmayıb.Onları bir arada saxlayan Allaha olan imanları, sədaqətləri və Allah qorxularıdır.  Bu səbəbdən münafiq xarakterli insanların bu məqsədlə etdiklərinin bir nəticəsi olmaz.

Münafiq xarakterli insanların göstərdikləri bu əxlaq sayəsində möminlərin mallarını Allahın rizası üçün infaq etmələrinin əhəmiyyəti aydın olur. İnfaq saleh bir möminlə inkar edən ya da münafiq xarakterli bir insanı bir-birindən ayırd edən ən vacib ibadətlərdən biridir. Allah inkar edənlərin möminləri Onun yolundan uzaqlaşdırmaq üçün mallarını xərcləsələr belə, sonda  peşmançılıq çəkəcəklərini belə bildirmişdir:

Şübhəsiz ki, kafir olanlar insanları Allah yolundan sapdırmaq üçün öz mallarını sərf edirlər. Onlar onu sərf edəcək, sonra bunun peşmançılığını çəkəcək, daha sonra isə məğlub ediləcəklər. Kafir olanları Cəhənnəmə toplayacaqlar.(Ənfal surəsi, 36)

Bu insanlar infaq etməyin nə demək olduğunu, dəyərini, bu dünyada və axirətdə özlərinə verəcəyi qazancın fərqində deyillər. Sahib olduqları hər şeyin Allaha aid olduğunun şüurunda olmadıqları üçün bunları Allah yolunda xərcləməkdən daim çəkinirlər. Çəkinməsələr belə, etdikləri infaqı Allah rizası üçün yox, sadəcə öz mənfəətləri üçün və göstəriş məqsədi ilə edirlər. Bu kimsələr Allaha və Rəsuluna sevgi və bağlılıq göstərməli olduqları halda, Allahınözlərinə infaq etmələri üçün verdiyi maddi şeylərə bağlanırlar. Bu kimsələrdəki mal və zənginlik sevgisinin nə qədər güclü olduğunu özlərinə infaq etmələri xatırladıldıqda verdikləri cavabdan da aydın olur. Allah Quranda inkar edənlərin bu mövzudakı düşüncələrini belə bildirilmişdir:

Onlara: “Allahın sizə verdiyi ruzidən sərf edin!”– deyildikdə kafirlər möminlərə deyirlər: “Allahın istədiyi təqdirdə yedirdəcəyi kimsəni bizmi yedirdəcəyik? Siz ancaq açıq-aydın azğınlıq içindəsiniz”. (Yasin surəsi, 47)

Yuxarıda təsvir edilən çoxlu mal yığma psixologiyası insanı sahib olduqlarını Allah yolunda xərcləmək kimi çox dəyərli bir ibadətdən uzaqlaşdırır. Digər bir tərəfdən infaq etmək iman gətirənlərin Allaha olan sədaqət və bağlılıqlarının göstəricisidir. Allah Quranda  bağlılıqlarının çox güclü olması səbəbindən Allah yolunda infaq edəcək bir şey tapmayıb göz yaşı axıdan möminlərin əxlaqını örnək vermişdir:

“Sizin üçün minik tapa bilmirəm”– dediyin zaman  xərcləməyə bir şey tapa bilmədiklərindən ötrü kədərlənib gözləri dolmuş halda geri dönənlərin də heç bir günahı yoxdur. (Tövbə surəsi, 92)

Allaha dərin sevgi və sədaqət duyan bir insan sahib olduğu və ya olacağı hər şeyi bu yolda sevərək və istəyərək xərcləyər.Bu səbəbdən də infaq etmək Allahın “O kəslərə ki, Allah anıldığı zaman qəlbi qorxuya düşər, başına gələnə səbir edər, namaz qılar və onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyərlər” (Həcc surəsi, 35)  ayəsi ilə bildirildiyi kimi, möminin ən mühüm xüsusiyyətlərindəndir. Möminlər Allahın özlərinə infaq etmələri üçün verdiyi bütün nemətləri Onun rizasını qazanmaq üçün xərcləyərək Allaha olan bağlılıqlarını və təslimiyyətlərini ən gözəl şəkildə göstərməyə çalışırlar.

Möminlər üçün infaq etmək şərtlərə bağlı bir ibadət deyil. İnsan zənginlik içində olub infaq edəcək mal-mülkə sahib olduğunda bu ibadəti yerinə yetirməklə nə qədər məsuldursa, maddi imkanları məhdud olduğunda da eyni dərəcədə məsuldur. Ancaq Allah Özünə qəlbən bağlı olub xeyirə çağıran, ancaq infaq üçün bir şey tapa bilməyən möminlər üçün heç bir günahın olmadığını bu ayə ilə bildirmişdir:

Allaha və Onun Elçisinə sadiq qalacaqları təqdirdə acizlərə, xəstələrə və vuruşmağa vəsait tapa bilməyənlərə evdə qalmaqda heç bir günah yoxdur. Yaxşı işlər görənləri danlamağa əsas da yoxdur. Allah Bağışlayandır, Rəhmlidir. (Tövbə surəsi, 91)

Möminlər nə qədər çətin vəziyyətdə olsalar belə, əgər infaq edəcək bir şeyləri varsa, bunu sevə-sevə verərlər. Hansı şəraitdə olursa-olsun, bu məsuliyyətlərini mütləq yerinə yetirməyə çalışarlar. Bu səbəbdən Allah bir ayədə möminlərdən “O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da mallarından Allah yolunda xərcləyir...” (Ali-İmran surəsi, 134)  deyə bəhs etmişdir.  Başqa bir ayədə isə Allah düşdükləri vəziyyətdən aslı olmayaraq möminlərin infaq etməkdə qətiyyətli davrandıqlarını, gizli ya da açıq olaraq bu ibadəti yerinə yetirdiklərini bildirmişdir:

Mallarını gecə və gündüz, gizli və aşkar xərcləyənlərin öz Rəbbi yanında mükafatı vardır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Bəqərə surəsi, 274)

İnfaq etməyin möminlərə qazandırdığı bir başqa gözəllik də bu ibadətin Allaha yaxınlaşmağa səbəb olmasıdır. Allah bir ayədə infaq etməyin bu hikmətini belə bildirmişdir:

Bədəvilərdən eləsi də vardır ki, Allaha və Axirət gününə inanır, xərclədiyini Allah dərgahında yaxınlıq və Peyğəmbərin dualarına nail olmaq üçün vasitə sayır. Həqiqətən də, bu, onlar üçün yaxınlaşmağa bir vasitədir. Allah onları Öz mərhəmətinə qovuşduracaqdır. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. (Tövbə surəsi, 99)

Möminlərin bu ibadətlərini “Allaha yaxınlaşmaq, elçinin dua və bağışlanma diləməsinə bir yol” olaraq görmələri nə qədər səmimi və təslimiyyətli olduqlarını göstərir. Möminlər sahib olduqları malları Allahın rizasını qazana biləcəkləri saleh əməllər üçün xərcləyər və bu yolla Allah şükür edib yaxınlaşmağa çalışarlar. Dolayısilə infaq etmək həm Allaha olan sədaqətlərinin gücünü göstərərək imanlarını, həm də Allaha daha da yaxınlaşdıraraq təslimiyyətlərini artırır. Allah bir ayədə möminlərin mallarını “Allahın razılığını qazanmaq və nəfslərini təmizləmək” məqsədilə  infaq etdiklərini bildirərək onların bu gözəl əxlaqını tərifləmişdir.

İnkar edənlərin dünya həyatında çox dəyər verdikləri, böyük sevgi və şəhvətlə bağlandıqları malları möminlər üçün Allahın rizasını qazanmaq üçün umduqları bir nemətdir. Sahib olduqları hər şeyin həqiqi sahibinin Allah olduğunu bildikləri üçün bu ibadəti yerinə yetirməkdə heç bir çətinlik çəkməzlər.

Bütün bu nemətləri yalnız Allahın rizasını qazanmaq üçün böyük şövqlə xərcləmələri və infaq etməyi Allaha yaxınlaşmaq üçün bir vasitəgörmələri möminlərin sədaqətlərinin ən gözəl təzahürüdür.

Allah yolunda doğru istiqamət tutublar

İnsanların düşüncələri, həyat tərzləri məqsədlərinə və hədəflərinə görə dəyişə bilir. Hər kəsin özhədəflərinə görə həyat tərzi olur.

Məsələn, böyük bir şirkətin müdiri olmaq istəyən bir insan bu məqsədini gerçəkləşdirə bilmək üçün universitetin idarəetmə fakültəsinə daxil olmalı və müdir olmaq üçün lazımi məlumatları bilməli və təcrübə qazanmalıdır. Həyatı boyu bu peşəni davam etdirəcək və bu peşənin gətirəcəyi həyat tərzini mənimsəyəcək. Universitet professoru olmaq istəyən bir insan çox çalışacaq, bəlkə də, xaricdə illərlə yaşayıb təhsilini davam etdirəcək, hətta bunun üçün öz gəncliyindən, zövq və istəklərindən keçməli olacaq. Qısaca, insanlar öz məqsədlərinə uyğun həyat tərzi seçərək bütün həyatlarını bu məqsədlər üzərinə qururlar.

Əlbəttə, insanın dünya həyatında özünə bir sıra hədəflər seçməsi və bunlara çatmaq üçün cəhd etməsində heç bir yanlışlıq yoxdur. Yanlış olan bütün hədəflərinin sadəcə dünyəvi istəklərini qarşılayacaq olması və axirətini heç düşünməməsidir. İnsanın hədəfi yalnız dünyadırsa,həyatıyuxarıda təsvir etdiyimizdən fərqli olmayacaq. Allaha iman gətirməyən və axirət həyatından xəbərsiz yaşayan bir insan özü üçün planlaşdırdığı dünyəvi hədəflərə çatmaq üçün çalışacaq.

Beləliklə, möminlərlə inkar edənlər arasındakı ən mühüm fərqlərdən biri də budur. Möminlər kafirlərdən fərqli olaraq bu dünyanın dəyərsizliyini vəkeçiciliyini çox yaxşı qavradıqları üçün heç bir halda dünyaya bağlanmazlar. Əlbəttə, dünya nemətlərindən ən gözəl şəkildə yararlanarlar. Ancaq möminlərin bu dünyadakı məqsədi Allaha qulluq etmək, Onun rizasını və rəhmətini qazanıb cənnətinə qovuşmaqdır. Bu səbəbdən möminlər həyatlarını onlara Allahın rizasını qazandıracaq saleh əməllər etmək və Quran əxlaqını yaşamaqla keçirərlər.  Allahın “Sizə Allahın ayələri oxunduğu və Onun Elçisi sizinlə olduğu bir vaxtda siz necə küfr edirsiniz? Kim Allaha möhkəm bağlanarsa, həqiqətən də, doğru yola yönəlmiş olar”ayəsi ilə də bildirildiyi kimi, Allaha çox möhkəm bağlandıqları üçün Allah onları Öz haqq yoluna yönəldər.

Möminlərin həyatı boyu yalnız Allahın onlara göstərdiyi yolu izləyən və “De: “Ancaq Allahın haqq yolu doğru yoldur! Bizə əmr edilmişdir ki, aləmlərin Rəbbinə təslim olaq(Ənam surəsi, 71) - deyərək  bu yolda “doğru” istiqamət tutan insanlardır. “Doğru istiqamət tutmaq” möminlərin həyatları boyu Allahın özlərinə göstərdiyi doğru yoldan əsla ayrılmadıqlarının sübutudur.

Allah Quranda möminlərin bu üstün əxlaqını örnək göstərərək mələklər tərəfindən cənnətlə müjdələndiklərini xəbər vermişdir:

Həqiqətən də: “Rəbbimiz Allahdır!”– deyib sonra düz yol tutan kəslərə mələklər nazil olub (deyirlər:) “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin! (Fussilət surəsi, 30)

Həqiqətən də: “Rəbbimiz Allahdır!”– deyib sonra düz yol tutanlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Əhqaf surəsi, 13)

Möminlər Allahın rizasını hər şeydən üstün tutduqları üçün - Allahın diləməsi istisna olmaqla - doğru yoldan azmaları mümkün deyil.Allah onların qəlbinə iman salmış və onları Öz tərəfindən bir ruhla dəstəkləmişdir. (Mucadələ surəsi, 22) Möminlər Allahın onlara göstərdikləri bu yolla irəliləməkdən əsla geri çəkilməzlər. Buna bağlı olaraq duyduqları güclü sədaqət və təslimiyyət duyğusu ilə  Allahın  De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allaha məxsusdur”(Ənam surəsi, 162)  ayəsi ilə bildirildiyi kimi, bütün həyatlarını Allahın rizasını qazanmaq üçün yaşayarlar. Gördükləri hər işdə Allahı anar və o işi Allahın rizasını qazanmaq niyyəti ilə edərlər.

Bununla yanaşı möminlər üzləşdikləri çətinliklərə qarşı ən gözəl tərzdə səbir edərək, daim Allaha dua edərək Allahdan yardım diləyərlər. Onlar üçün həyatları boyu bu yolda irəliləmək və Allahı razı edəcək əməllər və davranışlar göstərmək çox vacibdir. Möminlərin bu yoldakı istəkləri, şövqləri,gücləri,qərarlılıqları onların Allaha duyduqları dərin sədaqətin və təslimiyyətin  dəlilidir

Allaha ibadət etməkdə qətiyyətgöstərərlər

Qətiyyət hər hansı bir məqsədə çatmaq üçün maneə və çətinliklərə baxmayaraq, əzimli şəkildə edilməli olanları əksiksiz yerinə yetirməkdir. Bu mənada qətiyyət möminlərin həyatları boyu ehtiyac duyduqları və onlara Allahın rizasını qazandıran əsas əxlaqi xüsusiyyətlərdən biridir. Allah aşağıdakı ayədə möminləri ibadətlərində qətiyyətli olmaları barədə xəbərdar etmişdir:

O, göylərin, yerin və onların arasında olanların Rəbbidir! Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə səbrli ol! Heç Ona oxşarını tanıyırsanmı?!  (Məryəm surəsi, 65)

Allah Quranda  Ona inanan möminlərin həyatları boyu tabe olmalı olduqları bütün əmr və qadağaları bildirmiş və dünya  həyatında yaşamalı olduqları imani kamilliyi və əxlaqi xüsusiyyətləri onlara açıqlamışdır. Hər müsəlman Qurandan məsul olduğunu və Allahın rizasını qazanmanın vacibliyini bildiyi üçün Allahın ona endirdiyi bütün əmr və qadağalara tabe olar və bu dünyada cənnətə layiq bir əxlaqa çatmağa çalışar. Möminlər Allaha ən gözəl şəkildə qulluq edərək Allahın razı olacağını umduğu düşüncə və davranışlarda olar.

Allah Quranın bir çox ayəsində möminlərin etməli olduqları ibadətləri bildirmişdir. Möminlər bu barədə əsla tənbəllik göstərməzlər. Bütün ibadətləri sevərək və şövqlə ən gözəl tərzdə yerinə yetirərlər. Allah möminlərin bu mövzudakı qərarlılıqlarını Quranda belə xəbər vermişdir:

O kişilər ki, nə ticarət, nə də alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmır. Onlar qəlblərin və gözlərin çevriləcəyi bir gündən qorxurlar. (Nur surəsi, 37)

Möminlər Allahın “Onların nə əti, nə də qanı, Allaha çatmaz. Ona yalnız sizin təqvanız çatar. Sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız deyə, bu heyvanları sizə beləcə ram etdi. Sən isə yaxşılıq edənləri müjdələ! (Həcc surəsi, 37) ayəsində bildirildiyi kimi, etdikləri ibadətləri Allah qatında əsl dəyərli edənin onların  qəlblərindəkı niyyət olduğu bildirilir. Bu səbəbdən də ixlas və səmimiyyətlə hərəkət etməyə çox diqqət edirlər.

Möminlər ibadətlərindəki bu qətiyyəti Allahın razı olduğu və ayələrdə tərif etdiyi üstün əxlaqa çatmaq üçün göstərirlər. Möminlərin bu barədə göstərdikləri qətiyyət və qərarlılıq gözəl əxlaqı yaşaya bilmək üçün öz nəfslərinə qarşı verdikləri səmimi mübarizədən də aydın olur.

Allah dünya həyatındakı imtahanın tələbi olaraq insana iki yol göstərmişdir:doğru və yalnış yol. Möminlər həyatları boyu gözəl əxlaq göstərə bilmək üçün nəfslərindəki bu yanlış yola düşməkdən çəkinirlər. Məsələn, mömin əsəbləşəcəyi hər hansı bir halla qarşılaşdıqda qərarlılıq göstərərək əsəbini boğar və bağışlayıcı olar. Kinli biri ilə qarşılaşdığında ona eyni tərzdə qarşılıq verməz, qətiyyət göstərər və təvazökar olar. Rəbbimiz Quranda “Doğrusu, nəfslər xəsislik etməyə hazırdır  (Nisa surəsi, 128) deyə buyurmuş və nəfsimizin eqoist istəklərinə qarşı diqqətli olaraq gözəl əxlaqda qətiyyət göstərməyimizi əmr etmişdir. Allahın bildirdiyi əxlaqı yaşayan insan comərd, paylaşmağı sevən və özündən çox insanları düşünən birinə çevrilər. Hər şəraitdə qətiyyətini qoruyar və ətrafındakılara hər zaman sözün ən gözəlini söyləyər.

Möminlər Quran əxlaqına böyük hörmətlə bağlıdırlar. Həyatları çətinlik və sıxıntı içində keçsə də, bolluq və rifah içində yaşasalar da, Quran əxlaqından əsla geri addım atmazlar. Allah Quranda “O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz Allaha məxsusuq və Ona da qayıdacağıq!”–deyirlər (Bəqərə surəsi, 156) ayəsi ilə bildirdiyi kimi, Allaha olan bağlılıqlarını və təslimiyyətlərini heç bir zaman itirməzlər. Möminlərin bu şəkildə hərəkət etmələri onlara güclü xarakter qazandırır və imanlarını kamilləşdirır.Allah Quranda iman edənlərin bu üstün əxlaqını və Allaha olan sədaqət və təslimiyyətlərini bu şəkildə tərifləmişdir:

O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər. (Nisa surəsi, 125)

Allah Quranda dininə təslim olan hz.İbrahimi tərifləmiş və onun dostu olduğunu bildirmişdir. Allah möminlərin hər şəraitdə dəyişməyən təslimiyyətli davranışları və Ona bağlılıqlarını Quranda belə xəbər vermişdir:

Əgər onlara yer üzündə hökmranlıq versək, onlar namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin aqibəti Allaha aiddir. (Həcc surəsi, 41)

Möminlərin Quran əxlaqını yaşamadakı qətiyyətlərini göstərən bir digər əlamətdə Allah rizasını qazanmada qətiyyətli davranmalarıdır. Möminlər daim Allahın rizasını qazanmağı düşünür və bunun üçün saleh əməllər edirlər. Allahın sevdiyi və rəhmət etdiyi bir qul olmağı qəlbən arzulayırlar. Həyatları boyu Allahı vəkil tutur, din əxlaqını yalnız Allah üçün yaşayırlar. Möminlərin heç bir zəifliyə qapılmadan daim imanlarını artırmağa çalışmaları Allaha duyduqları sədaqətin onlara böyükqətiyyətqazandırdığını göstərir.

Axirət üçün “ciddi səy” göstərərlər

Möminlərin Allahın rizasını və cənnətini qazanmaq üçün həyatları boyu “ciddi səy”göstərmələri onların Allaha olan sədaqətlərinin sübutudur. Rəbbimiz Quranda möminlərə Allahın rizasını və axirətini qazanmaq üçün “ciddi səy” göstərməklə məsul olduqlarını buyurmuşdur. Möminlər həm öz nəfslərini imani cəhətdən kamilləşdirmək, həm də Allahın Quranda təsvir etdiyi gözəl əxlaqı insanlara anlatmaq üçün “ciddi səy” göstərərlər. Möminlərin göstərdikləri cəhd onların Allaha olan təslimiyyətlərinin verdiyi güc və əzm sayəsində ortaya çıxır. Allaha qarşı duyduqları iman nə qədər güclü olarsa, Allahın onların qəlblərinə verəcəyi şövq və həyəcan da o qədər qüvvətli olacaq. Allah Quranda möminlərə Onun yolunda ciddi səy göstərmələrini belə bildirmişdir:

Kim də Axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar. (İsra surəsi, 19)

Beləliklə, möminlər öz nəfslərini Allahın razı olacağı hala salmaq üçün ciddi səy göstərərlər. İnkar edən bir kimsənin iman etmədiyi müddətcə öz nəfsi ilə mübarizə aparması və bunda həyatı boyu qərarlı olub ciddi səy göstərməsi mümkün deyil. İnsanların bir qismi həyatlarını Quran əxlaqından uzaq, tamamilə öz istək və həvəslərinə görə yaşayırlar. İçlərindəki bu istəkdən əsla əl çəkmədikləri üçün Allahın rizasına görə həyat yaşamağa çalışmırlar.

Nəfsin iman etməyən insanlar üzərindəki məcburedici təsirinin olduğunu bildikdən sonra möminlərin öz nəfsləri ilə apardıqları mübarizənin böyüklüyü də ortaya çıxır. İnkar edənlər öz nəfslərinin istəklərinə məğlub olduqları halda, möminlər Allaha iman gətirdikləri və Ona qəlbən bağlı olduqları üçün nəfsləri ilə ən gözəl şəkildə mübarizə  aparacaq güc və istəyə sahibdirlər. İnsanın öz həvəs və istəklərinə görə yox, sadəcə Allahın istədiyi şəkildə hərəkət etməyə çalışması, şübhəsiz ki, sadəcə Rəbbimizə qarşı qəlbən duyulacaq bağlılıqla mümkündür. Möminlər Allahın “Ey iman gətirənlər! Nəfslərinizi qorumaq sizin borcunuzdur. (Maidə surəsi, 105) ayəsinin hökmünə əsasən, dünyadakı ən böyük məsuliyyətlərindən biri öz nəfsələrini tərbiyə etmək olduğunun fərqindədirlər. Həyatları boyu daim pisliyi əmr edən və Allahın rizasından uzaqlaşdırmağa çalışan bu azğın güclə mübarizə aparırlar. Nəfslərinin aldanışlarına qarşı diqqətləri tam açıq olduğundan Allahın rizasına uyğun olmayan hərəkətlərdən çox çəkinərlər. Məqsədləri Allahın rizasını qazanmaq olduğundan Allahın “İnsanların eləsi də var ki, Allahın razılığını qazanmaq üçün canını da verər. Allah Öz qullarına qarşı Şəfqətlidir”  (Bəqərə surəsi, 207) ayəsi ilə bildirildiyi kimi, öz nəfslərini arxa planda tutaraq daima Allahın rizasına uyğun hərəkət edərlər. Möminlərin nəfslərini Allahın razı olacağını umduqları bir hala gətirmək üçün göstərdikləri bu səmimi və təslimiyyətli səy Allaha qarşı bir ömür boyu qətiyyətlə göstərdikləri sədaqətin gözəl nümunəsidir. Möminlər bu yolda hər zaman qazanclıdırlar. Allah onları öz rəhməti və köməyi ilə dəstəkləyir və hər işlərini də xeyirlə sonlandırır.

Möminlər nəfslərinə qarşı göstərdikləri ciddi səylə yanaşı Allahın seçib bəyəndiyi, insan üçün ən uyğun həyat tərzi olan İslam əxlaqını insanlara anladaraq yaymaq və beləliklə, dünya üzərində fitnə və fəsadın sona çatması üçün də böyük cəhd göstərərlər.

Tarix boyu inkar edənlər haqq dinlərə, dolayısilə möminlərə və peyğəmbərlərə qarşı olmuşlar. Onların fəaliyyətlərinin qarşısını almağa və müxtəlif böhtanlar ataraq onları insanların gözündə alçaltmağa çalışmışlar. Hətta onlara fiziki hücumlar etmiş və güc tətbiq etməkdən də geri qalmamışlar. İman gətirənlər və peyğəmbərlər yer üzündə sülh və əmin-amanlığı bərqərar etmək, inkar edənlərin fikri və fiziki hücumlarının qarşısını almaq üçün çox böyük cəhd göstərmiş və bu yolda çətinlik və əks hücumlara məruz qalmışlar. Müxtəlif böhtanlar atılaraq olduqları şəhərdən sürgün edilmişlər. Ancaq bütün bu çətinliklərə baxmayaraq, Quran əxlaqını yaşamaqdan əsla geri dönməmiş, qınanmaqdan qorxmamış və haqsız yerə edilən təyziqlərdən təsirlənməmişlər.

Çətinliklər iman edənləri heç bir zaman zəiflətməmiş, əksinə, daha şövqlü və güclü hala gətirmişdir. Onlar Allahın “Yer üzü islah olunduqdan sonra orada fəsad törətməyin. Allaha qorxu və ümidlə yalvarın. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə yaxındır(Əraf surəsi, 56) ayəsi ilə bildirdiyi kimi, yer üzündə ədalət, hüzur və xoşbəxtliyin bərqərar olması üçün heç bir fitnə və fəsada yer olmadığının fərqindədirlər. Bunun sadəcə Quran əxlaqının yaşanması ilə gerçəkləşə biləcəyini bildikləri üçün Quran əxlaqını insanlara anlatmaq üçün səmimi şəkildə cəhd edərlər.

Peyğəmbərimiz də “Möminin tərəzisində ən ağır basacaq şey gözəl əxlaqdır. Mütləqdir ki, Allah Təala işi və özü çirkin olan və həyasızca danışan kimsəyə büğz edər” (G. Ahmed Ziyaüddin, Ramuz El Hadis, 1. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 15/9) və "Ruhumu qüdrəti altında saxlayan Rəbbimə and olsun ki, cənnətə sadəcə gözəl əxlaq sahibləri girər” (Tirmizi; Huccetü´l İslam İmam Gazali, İhya´u Ulum´id-din, 2-ci cild, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s.792) hədisi ilə gözəl əxlaqın əhəmiyyətinə diqqət çəkmiş və möminləri bu barədə səmimi cəhd etməyə dəvət etmişdir.

Allahın və Peyğəmbərimizin (səv) gözəl əxlaq barədə tövsiyələrini bilən möminlər həm öz nəfslərinə qarşı mübarizə aparmaq, həm də Quran əxlaqını insanlara anlatmaq üçün ciddi qətiyyət göstərirlər. Onların bu yolda bütün həyatlarını və sahib olduqları hər şeyi fəda edə biləcək qətiyyət göstərmələri  ancaq Qurana möhkəm sarılmaları və Allaha qarşı sədaqət və bağlılıq duyğusu içində olmaları ilə mümkün ola bilər. Allah Quranda möminlərin Allaha verdikləri sözü tutaraq Ona olan sədaqətlərini sübut etdiklərini belə bildirir:

Möminlərin içərisində Allaha etdikləri əhdə sadiq qalan kişilər vardır. Onlardan kimisi əhdini yerinə yetirib şəhid olmuş, kimisi də şəhid olmasını gözləyir. Onlar (əhdlərini) əsla dəyişdirməyiblər. (Bu ona görədir) ki, Allah doğru danışanları doğruluqlarına görə mükafatlandırsın, münafiqlərə də ya istəsə əzab versin, ya da onların tövbələrini qəbul etsin. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. (Əhzab surəsi, 23-24)

 

Peyğəmbərə sadiqdirlər və Peyğəmbərin Allahın Elçisi olduğuna iman edirlər

Allah bütün dövrlərdə insanlara özlərinə dini təbliğ etməsi, bilmədiklərini öyrətməsi və onları təmizləyib paklandırması üçün Özündən rəhmət olaraq peyğəmbərlər göndərmişdir. Peyğəmbərləri digər insanlardan fərqləndirən şey onların Allahın xüsusi olaraq vəzifələndirdiyi, yəni seçdiyi insanlar olmalarıdır.  Bu səbəbdən peyğəmbərlər möminlər üçün çox dəyərli insanlardır. Möminlər Allaha qarşı bütün qəlbləri ilə bağlı olduqları üçün Allahın onlara rəhmət olaraq göndərdiyi peyğəmbərlərə qarşı da dərin sevgi və hörmət bəsləyir, onlara da güclü sədaqət və bağlılıq göstərirlər. Peyğəmbərlərlə danışıq və davranışlarında çox sevgi və hörmət dolu üslub istifadə edirlər.

Həmçinin möminlər də Allahın elçilərinə iman gətirib sədaqət göstərmənin Allahın əmri olduğunu da bilirlər. Peyğəmbərlər Allahın dinini təbliğ edən və iman gətirənlərin örnək aldıqları kimsələrdir. Özlərinə verilən bu böyük məsuliyyət peyğəmbərlərin imanlarının çox üstün və güclü olduğunu göstərir. Bu səbəbdən möminlərin Allahın elçisinə sadiq qalmaları, onun tövsiyələrinə əməl etmələri onlara böyük qazanc gətirir. Allah Quranda Ona və Rəsuluna tabe olan kimsələrin axirətdə üstün qarşılıq görəcəklərini bildirmişdir:

Allaha və Onun elçilərinə iman gətirənlər – məhz onlar doğru olanlardır. Şəhidlər isə öz Rəbbi yanındadırlar. Onların öz mükafatları və öz nurları vardır. Kafir olub ayələrimizi yalan sayanlara gəlincə onlar Cəhənnəm sakinləridir. (Hədid surəsi, 19)

Başqa bir ayədə isə Allah Peyğəmbərimizə (səv) sadiq qalaraq onun yolunu izləyən kimsələri belə müjdələmişdir:

O kəslər ki, yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gördükləri elçinin – yazıb-oxumaq bilməyən peyğəmbərin ardınca gedərlər. O peyğəmbər onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. Onların ağır yüklərini yüngülləşdirər və onları buxovlardan xilas edər. Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun ardınca gedənlər isə nicat tapanlardır”. (Əraf surəsi, 157)

Allahın Rəsuluna sadiq olan, onun yolunu izləyən möminlər dünyada böyük rahatlığa və hüzura qovuşacaqlar. Bu da onların güc və imanlarına iman qatıb artıracaq və -Allahın izni ilə- Allahın rəhmətini və cənnətini qazanmalarına səbəb olacaqdır.

Peyğəmbərə itaət edirlər

İman edənlərin peyğəmbərlərə olan sədaqətlərinin ən önəmli göstəricilərindən biri onların Allahın elçiləri olduğunu bilərək sözlərinə ən gözəl şəkildə itaət etmələridir. Allah Quranın bir çox ayəsi ilə inanan kimsələri peyğəmbərlərə itaət etməyə çağırmışdır. Peyğəmbərlər isə hər dövrdə yaşadıqları cəmiyyətləri Allaha və özlərinə itaət etməyə dəvət etmiş, dünyada və axirətdə qurtuluşlarının yalnız bu əxlaqı göstərmələri ilə mümkün olacağını xatırlatmışdır.

Möminlərin Allaha və elçisinə qarşı itaətkar olmaları onların Allaha qarşı olan sədaqətlərinin nəticəsidir. Allah möminlərin elçilərin hökmləri qarşısında Allaha təslimiyyətlərini belə dilə gətirdiklərini bildirmişdir:

Aralarında hökm vermək üçün Allahın və Onun Elçisinin yanına çağırıldıqda möminlərin sözü ancaq: “Eşidirik və itaət edirik!”– demələridir. Nicat tapanlar da məhz onlardır. (Nur surəsi, 51)

Dolayısilə ancaq səmimiyyətlə yaşana bilən sədaqət də yenə sadəcə möminlərin göstərə biləcəkləri bir davranışdır. Allah Quranın bir çox ayəsində itaətin vacibliyini və bu əxlaqın möminlərə qazandırdığı gözəllikləri xəbər vermişdir.  “Allaha və Peyğəmbərə itaət edin ki, bəlkə, sizə rəhm olunsun”ayəsi ilə Allah elçilərə olan itaətin möminlərə Allahın mərhəmətini qazandıracağını bildirmişdir. Bu səbəbdən möminlər üçün bu mövzu çox əhəmiyyətlidir. Allahın “De: “Allaha və Elçiyə itaət edin!” Əgər üz döndərərlərsə, şübhəsiz ki, Allah kafirləri sevməz (Ali-imran surəsi, 32) ayəsi ilə bildirildiyi kimi, bunun özlərinə Allahın rizasını qazandıracaq bir davranış olduğunu bilərək bu mövzuya çox diqqətlə yanaşırlar.

Allah Quranda möminlərin elçilərə olan sədaqətlərini və itaət barəsindəki qərarlılıqlarını belə bildirmişdir:

Möminlər ancaq Allaha və Onun Elçisinə iman gətirən kimsələrdir. Onlar ümumi bir işə görə Peyğəmbərlə bir yerdə olduqda ondan izin almamış heç yerə getmirlər. Səndən izin istəyənlər, sözsüz ki, Allaha və Onun Elçisinə iman gətirənlərdir. Əgər onlar bəzi işləri üçün səndən izin istəsələr, onlardan istədiyin kəsə izin ver və onlar üçün Allahdan bağışlanma dilə. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. (Nur surəsi, 62)

Allahın ayədə diqqət çəkdiyi kimi, möminlərin Onun Rəsulundan icazə almadan bir iş görməmələri Ona qarşı duyduqları dərin  bağlılığın və sədaqətin açıq dəlillərindən biridir. Möminlərin göstərdikləri bu təslimiyyətli davranış onların Peyğəmbərimizin (səv) sözlərinə və Onun verəcəyi hökmə nə qədər əhəmiyyət verdiklərini və onun hər hansı bir mövzuda etdiyi dəvətə dərhal itaət etdiklərini göstərir. Allah digər bir Quran ayəsində möminlərə Peyğəmbərimizin (səv) özlərinə “həyat verəcək” şeylərə etdiyi dəvətə qarşılıq vermələrini buyurmuşdur:

Ey iman gətirənlər! Peyğəmbər sizi həyat verəcək şeylərə çağırdığı zaman Allahın və Peyğəmbərinin çağırışına cavab verin. Bilin ki, Allah insanla onun qəlbi arasındadır  və siz Onun hüzuruna toplanılacaqsınız. (Ənfal surəsi, 24)

Allahın elçilərinə itaət möminlərə dünyada və axirətdə böyük qazanc və onları xeyirlərə çatdıran mühüm bir ibadətdir. Peyğəmbərimizin (səv) “Sizə iki şey buraxıram. Bunlara tabe olduğunuz müddətcə əsla azmayacaqsınız: Allahın kitabı və Rəsulun sünnəsi”hədisində də bildirildiyi kimi, müsəlmanların  ən vacib iki yol göstəricisi Quran və Peyğəmbərimizin sünnəsidir. (Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 2-ci cild, Akçağ Yayınları, Ankara, s. 328).

Dövrümüzdə Peyğəmbərimizə (səv) itaət isə onun əxlaqını ən gözəl şəkildə örnək alıb tətbiq etmək və onun yolunu izləməklə mümkündür.

Qurana sadiqdirlər

Allah müxtəlif dövrlərdə bir çox qövmə elçilər və peyğəmbərlər göndərmiş və Öz qatından haqq kitablar endirmişdir. Allah hz.Davuda Zəburu, hz.Musaya Tövratı, hz.İsaya İncili və son olaraq da hz.Muhammədə (səv) Quranı endirmişdir. Qurandan əvvəl endirilmiş kitablar təhrif edildiyinə görə Allah Quranı son kitab olaraq endirmiş və onun dəyişdirilməyəcəyini və onu qoruyacağını vəd etmişdir. Quran Allaha və rəsuluna iman edən hər insanın  özünə rəhbər biləcəyi  tək kitabdır.

Möminlər Qurana görə hərəkət edərlər, ancaq Qurandan əvvəl endirilmiş haqq kitablara da inanar və hörmət edərlər. Çünki Allahın “O, sənə Kitabı gerçək olaraq ondan əvvəlkiləri təsdiqləməsi üçün nazil etdi” (Ali-imran surəsi, 3) ayəsində bildirildiyi kimi, Quran daha əvvəl göndərilmiş ilahi kitabları təsdiq edir. Buna bağlı olaraq bir mömin  göndərilən bütün elçilərə də inanaraq Allahın “Ey iman gətirənlər! Allaha, Onun Elçisinə və Elçisinə nazil etdiyi Kitaba və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! (Nisa surəsi, 136) ayəsi ilə bildirildiyi kimi, heç birini digərindən ayırmaz. Ancaq möminlər Allahın qoruması altında olduğunu bildirdiyi Quranı özlərinə yol göstərici seçmişlər. Allah Quranda heç bir təhrifin olmadığını və qiyamətə qədər də qorunacağını bildirmişdir. “Hicr” surəsində Rəbbimiz belə buyurmuşdur:

Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq.  (Hicr surəsi, 9)

Rəbbimizin mesaji olan Quran möminlər üçün çox əhəmiyyətlidir. Mömin Allahın özü üçün seçib bəyəndiyi dini və özünə əmr etdiyi məsuliyyətləri Qurandan öyrənir. Möminin ağlının mənbəyi də yenə Qurandır. Həyatı boyu qarşısına çıxacaq bütün hadisələrdə hərəkətlərini Allahın Quranda bildirdiyi əmr və tövsiyələrə görə yönləndirir. Allah Quranın tək rəhbər olduğunu müsəlmanlara belə bildirmişdir:

"...Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yolu göstərən rəhbər, mərhəmət və müjdə olaraq nazil etdik". (Nəhl surəsi, 89)

"Bu (Quran), insanlar üçün bir bildirişdir. Qoy onunla həm qorxsunlar, həm Allahın Tək İlah olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar. (İbrahim surəsi, 52)

Möminlər Allahın özlərinə öyüd verdiyi əxlaqı, əmrləri, qiyamət günündə və axirət həyatında qarşılaşacaqları həqiqətləri sadəcə Qurandan öyrənirlər. Allahın “Biz bu Quranda insanlar üçün hər cür məsəli ətraflı izah etdik” (Kəhf surəsi, 54) ayəsi ilə bildirildiyi kimi, birmöminin həyatı boyu ehtiyacı olan bütün bilgilər Quranda mövcuddur. Buna görə də möminlər daim Quran oxuyar, Allahın ayələrinə iman gətirər və qarşılaşdıqları hər hadisəni Qurana görə dəyərləndirər. Allahın Quran ilə bildirdiyi hər şey möminlər üçün bir hikmətdir(Qamər surəsi,5). Bu səbəbdən möminlər Qurana “çox möhkəm sarılar” və Allahın bildirdiyi bütün hökmləri diqqətli şəkildə tətbiq etməyə çalışırlar. Allah möminlərin Qurana olan bu güclü bağlılıqlarını belə bildirmişdir:

Kitab verdiyimiz kəslər onu layiqincə oxuyurlar. Onlar ona iman gətirənlərdir. Onu inkar edənlər isə ziyana uğrayanlardır. (Bəqərə surəsi, 121)

Kitabdan möhkəm yapışanlara və namaz qılanlara gəlincə Biz yaxşı işlər görənlərin mükafatını puç etmərik. (Əraf surəsi, 170)

Allahın “Rəbbinin kəlamı həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır. Heç kəs Onun kəlmələrini dəyişə bilməz. O, Eşidəndir, Görəndir(Ənam surəsi, 115) ayəsi ilə bildirildiyi kimi, Quran doğruluq və ədalət baxımından əksiksizdir. Bu səbəbdən Quranı özünə rəhbər bilən möminlər həyatlarının hər anında ola biləcək ən gözəl, ən hüzurlu və ən xoşbəxt şəkildə yaşayırlar.

Möminlərin Allahın onlara “hidayət, öyüd və şəfa” olaraq endirdiyi Qurana möhkəm bağlanmaları, onların imanlarını və Allah qorxularını artırır və Allaha yaxınlaşdırır. Allah Quranda bu həqiqəti belə xəbər vermişdir:

De: “İstər ona inanın, istərsə də inanmayın. Doğrudan da, ondan əvvəl özlərinə elm verilmiş kimsələrə, (ayələr) oxunduğu zaman üzüstə səcdəyə qapanır və: “Rəbbimiz pak və müqəddəsdir! Rəbbimizin vədi mütləq yerinə yetəcəkdir!”– deyirlər. Onlar üzüqoylu düşüb ağlayır və bu ayələr onların itaətini artırır. (İsra surəsi, 107-109)

 Dövlətə və millətə sadiqdirlər

İman edən hər insanda olduğu kimi, ölkəmizdə də inanclı insanların dövlətimizə və millətimizə qarşı sadiq və itaətkar olmalarının əsas səbəbi Allahın Quranda bildirdiyi gözəl əxlaqı mənimsəmiş olmalarıdır. Quran əxlaqını yaşayan kimsələrin dövlətimizə bağlı olmalarının səbəbi də dövlətin bir parçası olmalarıdır.

Dövlət ortaq həyatı və mədəniyyəti olan bir cəmiyyəti formalaşdırmaq, qorumaq, rifah və hüzuru təmin etmək kimi məqsədləri olan və bu məqsədlərə çatmaq üçün ən ədalətli idarəetmə quruluşu olan qurumdur. Bu tərifdən də aydın olur ki, bir ölkədə olan insanların xoşbəxt, hüzurlu və rahat yaşaya bilmələri, milli birlik və bərabərliyin təmin edilməsi və nəticədə ölkədə nizamın və sakitliyin olması üçün dövlətin gücünə və nüfuzuna ehtiyac var. Dövlət ölkənin və millətin varlığı üçün ən önəmli qurumdur.

İstər ölkənin təhlükəsizliyində, istər əmin-amanlıq və sülhün təmin edilməsində, istərsə də iqtisadi və sosial həyatda dövlətin rolu və əhəmiyyəti çox böyükdür.

Bu səbəbdən ölkəyə zərər vermək istəyən hər qrup əvvəlcə dövləti və dövlət avtoritetini hədəf alır. Tarix boyu parçalayıcı ideologiyaya sahib müxtəlif qruplaşma və kimsələr dövlətin mövcud nüfuzundan narahat olmuş və hər fürsətdə dövləti zəiflətmək və gücünü qırmaq üçün müxtəlif işlər görmüşlər.

Dövlətin fərqli sahələrdəki müdaxiləsindən və fəaliyyətlərindən narahat olan bu kimsələrin fikirlərini və məqsədlərini araşdırdıqda hamısının ortaq bir nöqtədə birləşdiyini görürük: dini və dinin meydana gətirdiyi gözəl əxlaqı ortadan qadırmaq. Dövlət əleyhdarları olan bu kimsələr dövlətin unitar quruluşunudağıdıb öz dinsiz ideologiyalarına görə formalaşdırdıqları bir sistemi yerləşdirməyə çalışırlar. Dinsizliyi mənimsədikləri üçün problemləri daim qəzəb və zorakılıqla həll etməyə çalışır və ölkədəki dinclik və balansı pozmağı hədəfləyirlər. Şübhəsiz ki, bu hal həm ölkə, həm də ölkədə yaşayan insanlar üçün böyük təhlükə və təhdiddir. Bu səbəbdən  təhlükənin qarşısını almaq, dinclik və hüzuru mühafizə etmək üçün hər vətəndaş dövlətə hörmət və bağlılıq göstərərək itaət etməlidir.

Ancaq bütün bunlardan daha vacib olan üzərində durulmalı bir nöqtə də var ki, bu da dövlətə itaətin, toplumda əxlaq anlayışına bağlı olmasıdır. Bir toplumda mənfəətçillik, üsyankarlıq, özbaşınalıq və hər şəraitdə ortaya çıxan “degenerasiya” qəbul edilsə, sevgi, şəfqət, fədakarlıq, ədalət və xoşgörüş  kimi anlayışlar tərk edilsə, bu vəziyyətdə o cəmiyyətin vətəndaşlarının da dövlətə bağlı olduqları düşünülə bilməz. Bu səbəbdən də dövlətə bağlılığın təməlində gözəl əxlaq dayanır. Quran əxlaqını yaşayan kimsələr bu həqiqətin şüurunda olan insanlardır. Mənəvi dəyərlərə bağlılıq və Quran əxlaqını yaşamaqla bərabər həm dövlət, həm də millətə bağlılığı gətirəcəyinin və nəticədə əhalinin həyat səviyyəsinin yüksələcəyinin fərqindədirlər.

Möminlər bu həqiqətin şüurunda olaraq böyük şövq və istəklə insanlara Quran əxlaqını anlatmağa çalışır və Quran əxlaqını yaşamağa dəvət edir. Belə bir cəhdin ölkənin və millətin xeyirinə olması onların bu mövzudakı istək və şövqlərinin əsas qaynağıdır.

Quran əxlaqının möminlərə və insanlara verəcəyi başqa bir gözəllik də itaətdir. Quran əxlaqı insanlara itaət xüsusiyyəti qazandırdığından Quran əxlaqının tətbiqi və insanlara anlatılması, dövlətin güclənməsində, əmin-amanlığın və hüzurun bərpa olunmasında çox əhəmiyyətlidir. Quran əxlaqının tətbiqi və yayılması dövlətin və millətin varlığı və birliyi üçün olduqca əhəmiyyətlidir. Bu səbəbdən Quran əxlaqına görə yaşayan insanların yaratdığı cəmiyyət həm gözəl əxlaq göstərərək milli birliyi və bərabərliyi təmin edəcək, həm də dövlətə itaətin ən yüksək səviyyədə yaşandığı bir yerə çevirəcəkdir. İnsanlar daha mərhəmətli, şəfqətli, daha ədalətli və xoşgörüşlü olacaq.Bu da milli birlik və bərabərliyi möhkəmləndirəcəkdir. Quran əxlaqının yayılması, hər bir vətəndaşın  Quran əxlaqını yaşaması hər cür anarxiya, terror və əxlaqsızlığın ortaya çıxardığı degenerasiyanı aradan qaldıracaq və sülh, nizam və hüzur mühiti gətirəcəkdir. Allah Quranın bir çox ayəsində insanların formalaşdırdığı anarxiya və qarışıqlığı “fəsad” olaraq adlandırmış və insanları bundan çəkinmələrini əmr etmişdir:

...Allahın sizə verdiyi ruzidən yeyin-için və yer üzündə fəsad yayıb pis işlərə qurşanmayın! (Bəqərə surəsi, 60)

O dönüb getdikdə yer üzündə fitnə-fəsad törətməyə, əkinləri və nəsilləri məhv etməyə çalışar. Allah isə fitnə-fəsadı sevmir. (Bəqərə surəsi, 205)

...Elə isə ölçüyə və çəkiyə tam riayət edin, insanların əşyalarını əksik verməyin və yer üzü islah olunduqdan sonra orada fəsad törətməyin. Əgər möminsinizsə, busizin üçün daha xeyirlidir. (Əraf surəsi, 85)

Göründüyü kimi, iman edən kimsələr Quran əxlaqını yaşadıqları üçün dövlətə və millətə bağlı olan və böyük hörmət bəsləyən kimsələrdir. Dövlətin güclənməsi, milli birliyin və bərabərliyin təmin olunması üçün Quran əxlaqını insanlara anladan və bu gözəl əxlaqı yaşamağa dəvət edən möminlər bundan böyük şərəf və xoşbəxtlik duyurlar.