Quran

Terrora qarşı bütün insanlar birlik olmalıdır


Terrora qarşı bütün insanlar birlik olmalıdır

Dünya terror ilə əsrlərdir ki, iç-içə yaşayır. Terror hadisələri ölkədən ölkəyə fərqlənsə də, bütün terror təşkilatları müdafiəsiz vətəndaşları hədəf alır, öz mesajlarını bu insanlar vasitəsilə göndərirlər.ABŞ-ın Oklahoma ştatındakı terrorist hücumda 19-u uşaq olmaqla 167 adam vəhşicəsinə qətlə yetirildi. Fələstində məsciddə namaz qılan müsəlmanların üzərinə güllə yağdıran fanatik bir yəhudi 29 adamın ölümünə səbəb oldu.
Hindistanda müsəlmanlara qarşı edilən hücumlarda illərdir ki, minlərlə günahsız insan həyatını itirdi. Fransada, İspaniyada, Filippində, Yaponiyada, İrlandiyada illərdir ki, böyüklü-kiçikli terrorist hücumlar reallaşır. Bu nümunələrin sayını artırmaq da mümkündür. Ancaq bütün dünya terrorun gerçək üzüylə 2001-ci ildə tanış oldu. Amerika Birləşmiş Ştatlarının iki böyük şəhərinə təşkil edilən və minlərlə insanın ölümünə və yaralanmasına səbəb olan hücumların ardınca ´terrorizm´ anlayışı yenidən müzakirə edilməyə başlandı. Çünki, bu hücum heç gözlənilməz bir zamanda, dünyanın tək super gücü kimi qəbul edilən bir ölkəyə qarşı və heç təxmin edilməyən bir şəkildə reallaşdı. Hücum başda Amerika olmaq üzrə bütün dünyada böyük bir qorxu və çaxnaşma yaratdı.
Bu hücumun ardınca 2 ildən də artıq bir zaman keçdi və bu müddət içində ABŞ terrora qarşı güclü bir mübarizəyə başladı. Bu mübarizədə bir çox ölkə iştirak edərək, aparılan mübarizədə ABŞ-a dəstək oldu. Terror mərkəzlərinin nəzarət altına alınması düşünüldüyü müddətdə isə dünya İstanbulda bir-birinin ardınca partlayan bombalarla terrorun qaranlıq üzünü təkrar xatırladı: əvvəl sinaqoqlar, daha sonra ingilis konsulluğu və HSBC-in ümumi müdirlik binası...

Əsrlərdir ki, fasiləsiz olaraq davam edən Şənbə duası 15 Noyabr səhəri partlayan bombalarla sona çatdı. Bəyoğlu Kulədibindəki Neva Şalom Sinaqoqu ilə Şişlidəki Beth İsrael Sinaqoqundakı partlayışlarda 24 adam həyatını itirərkən, 300 adam da yaralandı. İngilis konsulluğuna və HSBC binasına edilən hücumlarda da onlarla adam həyatını itirdi və yüzlərlə adam da yaralandı. Televiziyalarda 11 sentyabr hücumların ardınca göstərilən mənzərələrin bənzərləri göstərilməyə başlanıldı. Dağıdılmış binalar, qorxu içində ora-bura qaçan insanlar, yanmış avtomobillər, yerlərdə uzanan cəsədlər...

Bu yazıda xüsusilə vurğulamaq istədiyimiz mövzu, İslam dininin terror hücumlarına, günahsız insanların öldürülməsinə olan münasibətidir. Hər növ terrorist hücum islam dinində şiddətlə lənətlənir. İslam dininə görə günahsız bir insanı öldürmək çox böyük bir günahdır və günahsız bir insanı öldürən adam axirət həyatında çox böyük bir əzabla qarşılaşacaq:

...kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. Kim də onu ölüm-dən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar. Elçilərimiz onlara aydın dəlillər gətirdilər. Onların çoxu isə bundan sonra da yer üzündə həddi aşdılar. (Maidə surəsi, 32)

Yuxarıdakı ayədə də göründüyü kimi, Quranda günahsız bir insanı öldürmək bütün insanları öldürməklə bir tutulur. Quranda insan həyatına verilən əhəmiyyət Furqan surəsində bu şəkildə bildirilir:


Onlar Allahla yanaşı başqa tanrıya yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar.(Furqan surəsi, 68)

Allah başqa bir ayəsində isə insanlara bu şəkildə əmr edir:


De: “Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum: Ona heç nəyi şərik qoşmayın, valideynlərə yaxşılıq edin və yoxsulluq ucbatından uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Murdar əməl-lərin aşkarına da, gizlisinə də yaxınlaşmayın. Allahın, (öldürülməsini) haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə anlayasınız. (Ənam surəsi, 151)

Allaha səmimi bir şəkildə iman edən, Onun ayələrini dəqiqliklə tətbiq edən və sonsuz axirət əzabından qorxan bir müsəlman tək bir insana belə zərər verməkdən çəkinir. Çünki, Allahın sonsuz ədalət sahibi olduğunu və hər etdiyinin qarşılığını mütləq alacağını düşünür. Peyğəmbərimiz (s.ə.v.) bir hədisində Allahın razı qalmadığı insanları bu şəkildə sıralamışdır:

Hərəm (Müqəddəs bölgə) içində zülm və haqsızlıq edənlər, cahiliyyə adətləriniarzulayanlar və haqsız yerə insan qanı axıtmaq istəyənlər olmaqla üç qrupa bölünürlər. (Buxari, Rudani, Böyük Hədis Külliyatı Cəm´ul-feəvaid, dəri 5, Nömrə: 9704, İz Nəşriyyat, İstanbul, s. 324) Üzərində dayanmaq istədiyimiz başqa bir xüsus isə məbədlərində ibadət etməkdə olan dindar yəhudi vətəndaşlarımıza qarşı törədilən terror hadisəsidir.

Kilsələr, sinaqoqlar, məscidlər bir və tək olan Allaha ibadət edilən evlərdir. Günahsız insanların kilsələrində, sinaqoqlarında, ya da məscidlərində Allaha ibadət edilərkən öldürülmələri Allah qatında böyük bir günahdır. Çünki, buralar Allahın adının xatırlandığı, ucaldıldığı və zikr edildiyi evlərdir. Allah Nur surəsində bu şəkildə buyurur:


…Allah dilədiyini Öz nuruna yönəldir. Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi Biləndir. (Bu nur) Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izn verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər. (Nur surəsi, 35-36)

Oraya gedən insanlar Allaha dua edən, dindar insanlardır. Allahın adının xatırlandığı bütün evlər isə İslam dinində müqəddəsdir. Bu evlərin ziyarətçiləri yəhudi, xristian, ya da müsəlman ola bilər. Amma əsas olan, hər birinin Allaha iman edən, dindar insanlar olmalarıdır. Müsəlman kitab əhlinin Allaha ibadət etdikləri müqəddəs yerlərinə hörmətllə davranmalı, bu məbədləri qorumalıdır. Bu yerlər, istər xristianlara, istər yəhudilərə aid olsun, içlərində Allahın adı xatırlandığı üçün müsəlmanlar üçün də qiymətlidir və bütün iman edənlər tərəfindən qorunmalıdır. Quranda kitab əhlinin ibadət yerləri olan monastr, kilsə və sinaqoqlardan Allahın qoruduğu ibadət məkanları olaraq danışılır:


...Əgər Allah insanların bəzilərini, digərləri ilə dəf etməsəydi, içərisində Allahın adı çox zikr olunan monastırlar, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, mütləq yardım edər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir. (Həcc surəsi, 40)

Peyğəmbərimiz Allahın əmrlərinə bağlılığının bir təcəllisi olaraq kitab əhlinin ibadət yerlərinin dağıdılmaması mövzusunda da böyük bir həssaslıq göstərmişdir. Çünki, bu hər şeydən əvvəl, Allahın əmrinə qarşı çıxmaqdır, bundan başqa Allaha inanan, ona ibadət edən insanlara mane törətmək deməkdir. Necə ki hz. Məhəmməd aralarında sülh sazişi imzalamış olduğu xristianlara məbədlərinin dağılmayacağını, onlara heç bir şəkildə zərər verilməyəcəyini ifadə etmişdir. Xristianlarla edilən cizyə razılaşmalarında da Peyğəmbərimiz (s.ə.v.), məbədlərinin dağıdılmayacağına dair zəmanət təqdim etmişdir.

Hz. Məhəmməddən (s.ə.v) sonrakı dövrdə kilsələrin dağıdılmayacağına dair təminatın da yer aldığı ilk razılaşma Xalid b. Əl-Vəlidin Anat şəhərinin idarəçisi ilə etdiyi cizyə əqdidir. İbn İshaq, Xalid b. Əl-Vəlidin etdiyi bu razılaşmaların hz. Əbu Bəkir tərəfindən etiraz edilmədiyini, daha sonra hakimiyyətə gələn digər üç xəlifənin də bunları uyğun görərək davam etdirdiklərini bildirmişdir. Bundan əlavə, yenə hz. Əbu Bəkir, necranlılara hz. Məhəmməd (s.ə.v.) tərəfindən təqdim edilən zəmanətlərin eynisini öz dövründə də onlara təqdim etmişdir. Peyğəmbərimizin ardınca gerçək İslam əxlaqını yaşayan cəmiyyətlərdə də bu mövzuya xüsusi bir həssaslıq göstərildiyinə diqqət çəkilir. Quranı və Peyğəmbərimizin (s.ə.v.) sünnəsini izləyən müsəlman idarəçilər, fəth etdikləri ölkələrdəki müsəlman olmayan xalqın ibadət yerlərinə qarşı olduqca hörmətli yanaşmış, dindar insanlara da xoşgörüş bəsləmişlər.

Terror islam əxlaqının yaşanması ilə aradan qalxacaq

İnsanı yaradan Allah, ona, Öz ruhundan üfürdüyünü (Səcdə surəsi, 9) və onun yer üzündə Özünün xəlifəsi olduğunu (Ənam surəsi, 165) bildirir. İnsanı digər canlılardan ayıran ən əsas xüsusiyyətlərindən biri, onun nəfsi və vicdanı ilə birlikdə yaradılmış olmasıdır. Hər insanda özünə pisliyi əmr edən bir nəfs və pislikdən necə çəkinəcəyini ilham edən bir vicdan vardır. İnsan vicdanının ilham etdiyi sevgi, fədakarlıq, mərhəmət, təvazökarlıq, şəfqət, düzgünlük, dürüstlük, sədaqət, nəzakət və yardımsevərlik kimi gözəl xüsusiyyətlərinin yanında, nəfsindən gələn mənfi xüsusiyyətlərə də sahibdir. Ancaq inanclı bir insan vicdanı sayəsində doğru ilə yanlışı bir-birindən ayıra bilir və hər zaman gözəl əxlaqı seçir. Allaha olan güclü imanı və qorxusu, axirətin varlığına olan inancı, sonsuz cəhənnəm əzabından duyduğu şiddətli qorxu və cənnət həyatına duyduğu həsrət onu nəfsinin azğınlıqlarından uzaqlaşdırılır. İnsanlarla gözəl rəftar edir, hər zaman bağışlayıcı olur, pisliyə qarşı yaxşılıqla cavab verir, ehtiyac içində olanın dərhal köməyinə qaçır, mərhəmətlidir, sevgi doludur, şəfqətlidir və xoşgörüşlüdür.

Terroristlər isə nəfslərinin səsini dinləyib, hər cür pisliyi rahatlıqla edən, vicdanlarının səsini dinləməyən insanlardır. Bu səbəblə də sevgisiz, təcavüzkar, hər cür əxlaqsızlığı asanlıqla edən, insanlara heç vicdanı sıxıntı duymadan əziyyət edə bilən insanlardır. Bunun səbəbi isə bu insanların Allah qorxusuna sahib olmamaları və həqiqi din əxlaqını bilib tətbiq etməmələridir. Çünki Allahdan qorxmayan bir insanı cinayət törətməkdən mane ola biləcək heç bir güc yoxdur.

Cəmiyyətin mövcud qaydaları insanları günahdan və pis əxlaqdan ancaq bir nöqtəyə qədər çəkindirə bilir. Dövlət ictimai yerləri, küçələri və mərkəzi bölgələri təhlükəsizlik qüvvələri sayəsində qismən qoruya bilir, cəmiyyətin nizamını təmin edə bilir, güclü bir ədalət sistemi sayəsində cinayət nisbətini salma mövzusunda lazım olan tədbirləri görə bilir. Lakin, hər insanın iyirmi dörd saat nəzarət edilməsi mümkün olmadığına görə, müəyyən bir vaxtdan sonra insanın vicdanı hərəkətə keçməlidir. Vicdanını dinləməyən insan, təklikdə və ya özü kimi düşünən insanlarla birlikdəykən asanlıqla cinayət işləyə bilir. Bu vəziyyətdə yeri gələrsə yalana müraciət edən, haqsız qazanc təmin etməkdən çəkinməyən, məzlumu əzməkdən heç bir narahatlıq duymayan fərdlərdən ibarət olan bir cəmiyyət modeli ortaya çıxır. Allah qorxusunun olmadığı, mənəvi dəyərlərin itirildiyi bir cəmiyyətdə fiziki tədbirlərin və tətbiqlərin nəticə verməyəcəyi aydındır. Halbuki din əxlaqı, insana, tək də olsa, etdiyi pislik səbəbiylə ətrafındakı heç kim onu cəzalandırmayacaqsa da, pislikdən çəkinməsini əmr edir. Etdiyi hər hərəkətə, verdiyi hər qərara, söylədiyi hər sözə görə Allah qatında hesaba çəkiləcəyini və sonsuz axirət həyatında bu etdiklərinə görə qarşılıq tapacağını bilən bir insan pislikdən şiddətlə çəkinir.

İnsanların öz razılıqlarıyla pislikdən çəkinməyi öyrəndikləri bir cəmiyyətdə terror təşkilatlarının fəaliyyət göstərə bilmələri mümkün deyil. Çünki, din əxlaqının hakim olduğu bir cəmiyyətdə şiddət mənbəyi olan bir çox təşkilatın ortaya çıxmasına səbəb olan problemlər də, təbii olaraq, aradan qalxmış olar. Cəmiyyət dürüstlük, fədakarlıq, sevgi, şəfqət, ədalət kimi yüksək dəyərlərə sahibdirsə, bu cəmiyyətdə kasıblıq, sosial bərabərsizlik, ədalətsizlik, haqsızlıq, məzlumun əzilməsi, azadlıqların məhdudlaşdırılması kimi mənfiliklərlə qarşılaşılmır. Tam əksinə, ehtiyac içində olanların ehtiyaclarının aradan qaldırıldığı, zəngin olanın kasıb olanı kömək etdiyi, güclü olanın zəif olanı qoruduğu, sağlamlıq, təhsil, nəqliyyat kimi ictimai imkanlarda hər kəsin ən yaxşısını istifadə edə bildiyi, fərqli etnik mənbələr, dinlər və mədəniyyətlər arasında xoşgörüş və anlayışın hakim olduğu bir cəmiyyət nizamı olur.

Elə buna görə də, gözəl əxlaq, bir çox ictimai problemin həllinin açarıdır. Bu əxlaqın qaynağı da, Allahın insanlara bir rəhbər olaraq göndərdiyi Qurandır. Unudulmamalıdır ki, əgər lazım olan tədbirlər alınmasa və köklü həll yolları tətbiq olunmasa, 21-ci əsrdə də eyni 20-ci əsrdə olduğu kimi şiddət və terror davam edəcək. Müdafiəsiz insanların yaşadığı binalar bombalanacaq, qadınlar, uşaqlar vəhşicəsinə qətlə yetiriləcək. Bunun üçün terrorla fikri mübarizənin çox böyük bir sürətlə və çox geniş kütlələri əhatə edəcək şəkildə başladılması lazımdır. Sözügedən fikri mübarizə cahillikdən və şiddətdən qüvvət tapan terroristlərlə, Allaha iman edən, şəfqətli, sevgi dolu, bağışlayıcı, mərhəmətli və vicdanlı insanlar arasında reallaşacaq. Rəbbimiz Hud surəsinin 116. ayəsində "... yer üzündə fitnə-fəsada mane olan fəzilət sahibi kəslər olmalı deyilmiydi?" şəklində buyurur. İman edənlər Allahın ayələrdə təsvir etdiyi bu fəzilət sahibi olan insanlardır. Terroristlər nəticəni şiddətdə axtararkən, onlar gerçək müvəffəqiyyətin ancaq Allahın dininə sıx sarılmaqla əldə ediləcəyinin şüuruyla hərəkət edəcəklər. Müsəlmanlar, yəhudilər və xristianlar bir olub, bu fikri mübarizəni hər inanca və hər fikrə hörmət edərək icra edəcək və Allahın izni ilə, mütləq müvəffəqiyyətlə qarşılaşacaqlar. Bu, Allahın bütün inanc sahibi qullarına olan və mütləq reallaşacaq bir vədidir.

Elə bu nöqtədə hansı dinə mənsub olmasından asılı olmayaraq, iman sahibi hər insana çox böyük bir məsuliyyət düşür. Yəhudilər Tövratda olan və insanlığı barışa və xoşgörüşə çağıran şərhlərə diqqətlə yanaşmalı, bütün yəhudiləri terrorun qarşısını almağa dəvət etməlidirlər. Xristianlar da Allahın məmnun olacağı gözəl əxlaqı özlərinə rəhbər edərək, bütün xristianları terrorizmlə mübarizəyə dəvət etməlidirlər. Şübhəsiz bu mübarizə, terrora zəmin hazırlayan ideologiyalarla fikri sahədə ediləcək bir mübarizədir. Bir tərəfdən bu ideologiyaların ziddiyyətlərini, bir tərəfdən də heç bir fikrin şiddətlə, təzyiqlə, zülmlə hakim ola bilməyəcəyini, zorbaçılığın əsla bir çarə yarada bilməyəcəyini izah etməlidirlər.

Terrorist ideologiya çürük təməllər üzərinə qurulmuşdur və bu dayaqların bütünlüklə bir təhsil səfərbərliyi ilə asanlıqla aradan qaldırılması mümkündür. Yer üzünün dörd bir tərəfindəki səmimi möminlər də həll yolları çıxarmaqla, kitablar və yazılar yazmaqla, müxtəlif təhsil təşəbbüsləriylə, mədəni bir təcrübə təqdim etməklə terrorizmin qarşısını ala bilər, cəhalətin önünü kəsə bilərlər. Dünyada Allahın əmr etdiyi xoşgörüşün, barışın və sağlamlığın hakim olması, terrorizmi geri dönməyəcək şəkildə tarixin səhifələrinə basdıracaq. Terror qarşısında ümidsizliyə qapılmaq, pessimist olmaq qəbul edilə bilməz bir rəftardır. İstəyimiz bu ağrıların təkrar yaşanmaması, bunun üçün də hər növ tədbirin alınmasıdır.
Bu mənfur hücumlarda ölənlərə Allah rəhmət etsin, yaralılara şəfa versin. Bütün insanlıq aləminin başı sağ olsun..