MÜNAFİQLƏR

Münafiqlər qorxaq xarakterlidirlər


Münafiqlər qorxaq xarakterlidirlər

"Onlar sizdən olduqları barədə and içirlər. Halbuki onlar sizdən deyildirlər. Əslində, onlar qorxaq adamlardır." (Tövbə surəsi, 56)

Şeytani məntiqlə düşünən münafiqlər əslində göstərməyə çalışdıqları kimi heç də cəsur xarakterli deyillər. Müharibə və çətinlik vaxtları qəlblərindəki xəstəliyin ortaya çıxması baxımından olduqca önəmli məqamlardır. Məsələn, Peyğəmbərimizin (səv) dövründə müharibəyə çağırıldıqları zaman mütləq bu çağırışı qəbul edəcəkləri barədə söz verən münafiqlər müharibə başlayan zaman insanlara qarşı duyduqları şiddətli qorxu ilə arxalarına belə baxmadan qaçıblar. Bu da onların qorxaq xarakterli olduqlarının açıq dəlilidir:

"...Onlara vuruşmaq vacib edildikdə, içərilərindən bir dəstəsi Allahdan qorxduqları kimi və ya daha artıq qorxu ilə insanlardan qorxdular və: "Ey Rəbbimiz! Vuruşmağı nə üçün bizə vacib etdin? Nə olardı ki, bizə yaxın vaxtadək möhlət verəydin!"– dedilər..." (Nisa surəsi, 77)