İnkar edənlər

Allah inkar edənlərin şüurlarını bağlayır


Allah inkar edənlərin şüurlarını bağlayır

Allahın bizə Quranda bildirdiyi ən önəmli sirrlərdən biri də bəzi insanların Quranı anlamamalarıdır. Bu, əslində böyük sirrdir. Çünki Quran çox açıq və rahat anlaşılan kitabdır. Hər insan Quranı oxuya bilər, Allahın əmrlərini, bəyəndiyi əxlaqı, cənnət və cəhənnəmin xüsusiyyətlərini və indi oxuduğunuz bu kitabın əsas mövzusu olan bir çox sirri Qurandan öyrənə bilər. Ancaq Allahın hikmətlə yaratdığı bir sirr olaraq insanların bir qismi atom mühəndisi, biologiya professoru olmalarına, fizika, kimya, riyaziyyat kimi çətin elm sahələrini çox yaxşı bilmələrinə, hətta buddizmi, induizmi, şintoizmi, materializmi, kommunizmi qavramalarına baxmayaraq, çox açıq və asan kitab olan Quranı anlaya bilmir.

Beləcə, bu insanların çox asan olanı anlaya bilməmələri, həqiqətən də, onlarda bir möcüzə olduğunu göstərir. Allah onların bu qədər güclü anlama və qavrama əskiklikləri olduğunu göstərərək bəzi insanların fərqli yaradılışa sahib olduqlarını bildirir. Digər tərəfdən, bu, bütün insanların qəlblərinin, ağıl və şüurlarının tamamilə Allahın nəzarətində olduğunun açıq sübutudur. Allah təkəbbürlü, yəni Allaha boyun əyməyən insanların qəlblərini, şüurlarını bağlayacağını bildirmişdir. Qurandan başqa hər şeyi anlayıb təkcə Quranı anlaya bilməmələri Allahın onları ayələrindən məhrum etdiyini, səmimiyyətsizliklərindən ötrü onları Qurandan uzaq tutduğunu göstərir. Allahın Quranda bununla bağlı bildirdiyi ayələrdən bəziləri belədir:
(Cənab Adnan Oktarın Tempo TV müsahibəsindən, 5 oktyabr, 2009)

"Sən Quran oxuduğun zaman səninlə axirətə inanmayanların arasına gözəgörünməz pərdə çəkdik. Quranı anlamasınlar deyə Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən Quranda Rəbbinin tək Allah olduğunu yada saldığın zaman onlar (bu dəvətə) nifrət edərək arxalarını çevirib gedərlər." (İsra surəsi, 45-46)

"Aralarında səni dinləyənlər də vardır. Quranı anlamasınlar deyə onların qəlblərinə pərdə çəkdik, qulaqlarına da tıxac vurduq. Onlar istənilən ayəni görsələr belə, yenə də ona inanmazlar. Hətta sənin yanına gəldikdə səninlə mübahisə edirlər. Kafir olanlar: “Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir”– deyərlər." (Ənam surəsi, 25)

"Rəbbinin ayələri yadına salınarkən onlardan üz döndərən, əvvəlcə öz əlləri ilə etdiklərini (günahlarını) unudan adamdan daha zalım kim ola bilər? (Quranı) anlamasınlar deyə Biz onların qəlblərinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən onları doğru yola çağırsan da, onlar heç vaxt doğru yola gəlməzlər. (Kəhf surəsi, 57)

Ayələrdən də məlum olduğu kimi, inkar edənlərin ayələri anlaya bilməmələrinin sirri Allahın şüurlarını bağlamasıdır. Allah inkar etdikləri üçün bu insanların qəlblərini möhürləmişdir; buna görə də Quranı anlaya bilmirlər. Bu, eyni zamanda, Allahın böyüklüyünü, hər insanın qəlbinin, düşüncələrinin Hakimi olduğunu göstərən böyük möcüzədir.